Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Müəssislər məclisi və iyun islahatı



Yüklə 0,52 Mb.
səhifə29/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   138
Yeni tarix müh

Müəssislər məclisi və iyun islahatı. 1848-ci il 23 aprel tarixində müəssislər məclisinə seçkilər keçirildi. Burjuaziya, mülkədarlar və din xadimləri bütün gücləri ilə çalışırdılar ki, bu məclisə demokratik qüvvələrin nümayəndələrinin seçilməsinə mane olsunlar. Fəhlələrin zəif təşkil olunması, kəndlilər və xırda burjuaziya içərisində əks-inqilabi təbliğatın aparılması nəticəsində irticaçı burjuaziya qələbə qazandı. Məclisdəki 880 yerdən 550-sini burjua-respublikaçılar, 200 civarında, orleanistlər və 100 yer isə burjua demokratlar götürə bildilər. Seçkilərdə irticanın qələbəsi fəhlələrin yeni etirazı dalğasının başlamasına səbəb oldu. Lion, Limonje və Elbefe şəhərlərində fəhlə hərəkatı başladı. Hətta Ruan şəhərində iş fəhlələrin nümayişə çıxmasına və (27-28 aprel) ordu ilə 2 günlük toqquşmaya gətirib çıxarmışdır.

Müəssislər məclisi bütün qanunverici hakimiyyəti əlində cəmləyirdi. 1795-ci il Konstitusiyasına uyğun icra hakimiyyətinin strukturlarını da təşkil etdi.

Yeni hökumətin tərkibindən narazı qalan demokratlar və sosialistlər 15 may tarixində Parisin küçələrinə 150 minlik nümayişçi çıxararaq, hətta onlardan bir qrupu Məclisin iclas zalına daxil olmaqla Müəssislər məclisinin buraxılmasını tələb edərək öz hökumətlərini qurmağa çalışmışdılar.

Onlar yeni hökumətin tərkibini müzakirə edən zaman Milli qvardiya və ordu birliklərinə üsyanı yatırmaq əmri verilmişdi. İnqilab xadimləri Blanki, Raspayl, Barbes, Albert və. b həbs edildilər. Demokratik klublar bağlanıldı. May ayının 15-dən sonra əks-inqilab daha qətiyyətlə hücuma keçdi. İyulun 21-də hökumət yeni bir sərəncam verdi. Həmin sərəncama əsasən 18-25 yaşlarında olan subay fəhlələr orduya çağırılır, 25 yaşdan yuxarı fəhlələr isə əyalətlərə işləməyə göndərilirdi.

İrticanın güclənməsi siyasi qüvvələrin ayrılmasına səbəb oldu. . 4 iyun tarixində keçirilən əlavə seçkilərdə monarxistlər və sosialistlər qələbə çaldılar. Bu seçkilərdə hətta Lui Napoleon deputat seçildi. Məclisdə mötədillər sosialist və bonopartist təhkükəsinin artmasına səbəb kimi siyasi mətbuat mərkəzinə çevrilmiş “milli emalatxanalarda” görür və onların bağlanmasını tələb edirdilər.

22 iyunda fəhlələrin yeni ixtişaşı başlandı. Bastiliya meydanında böyük mitinq keçirildi. Nümayişçilər səngərlər quraraq, “Ya azadlıq, ya da ölüm” şüarı irəli sürdülər. Fəhlələrin bu üsyanı da kortəbii xarakter daşıyırdı. Onların nə hərəkət planları, nə də ki, ümümi rəhbərliyi var idi. İnqilabın bütün rəhbərləri 15 may hadisələrindən sonra həbsxanalara atılmışdılar. Demək olar ki, üsyanın strateji məqsədi də yox idi, sadəcə olaraq imkanların çıxılmaz vəziyyətdə olduğunu ifadə edirdi.

Bu üsyan demokratik yolla seçilmiş qanun hesab olunan hakimiyyətə qarşı yönəlmiş olsa da, respublikaçılar və demokratlar fəhlə hərəkatını pislədilər. Fəhlə hərəkatını anarxist hərəkat adlandırdılar. 24 iyunda isə İcra komissiyası istefaya göndərildi. Müəssislər məclisi Paris şəhərini mühasirə vəziyyətində elan etdi və icra sturukturunu hərbi nazir Kavenyakin tabeliyinə verdi. 25 iyunda da ordu Milli qvardiyanın köməyi ilə üsyançılara qarşı hücuma keçdi. 26 iyunda səhər tezdən üsyançıların müqaviməti tam kəsildi. Sonuncu səngərlər də hərbiçilər tərəfindən dağıdıldıqdan sonra üsyançılara divan tutuldu, onlar məhkəməsiz və istintaqsız güllələnməyə başlandı. Üsyan zamanı 11 min nəfər ölmüş, 15 min nəfər isə həbsxanalara göndərilmişdir.

1848-ci il iyunun 28-də general Kavenyak əsasən mötədil respublikaçılardan ibarət olan hökumət kabineti yaratdı. Kabinetə vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıracaq tədbirlərin keçirilməsini təkid edirdilər. Müəssislər məclisi isə demokratik klubları nəzarətə götürərək qanun qəbul etdi. Digər bir dekretlə mətbuat azadlığını məhdudlaşdırmaq fikri ilə qəzet nəşryatlarının haqlarını artırdı. 15may -23 iyun vaxtında baş vermiş hadisələri araşdıran xüsusi komissiya sosialistlərin və bu hadisələrə heç bir aidiyyəti olmayan Lui Blanın məhkəməyə verilməsini təklif etdi. Bütün ölkədə olan “milli emalatxanalar” buraxıldı və iş vaxtı 12 saata qaldırıldı.

Paris şəhərində 1848-ci il iyun üsyanının başlıca təslimolma səbəbi o idi ki, Paris fəhlələrinin olkənin digər şəhərlərindəki fəhlələrlə əlaqısi yox idi. Fransanın irticaçı qüvvələri , eləcə də beynəlxalq irticanın bu üsyana qarşı çıxırdı . Hətta Rusiya çarı I Nikolay Fransadakı irticaya köməklik göstərməyi təklif etmiş və qələbələri zamanı isə təbrikini çatdırmışdır.

İyun üsyanı zamanı bir çox Avropa ölkələrindən mütərəqqi fikirli insanlar və siyasi xadimlərdə Paris fəhlələri ilə həmrəy olduqlarını bildirmişdilər.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin