Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Konstitusiya və ikinci respublikanın böhranı



Yüklə 0,52 Mb.
səhifə30/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   138
Yeni tarix müh

Konstitusiya və ikinci respublikanın böhranı. İyun üsyanının məğlub olması və Parisdə silahlı üsyançıların tərksilah edilməsi irticanın qələbəsi ilə nəticələndi. General Kavnyak 28 iyun tarixində Fransa respublikasının başçısı təsdiq edildi. Demək olar ki, hakimiyyət sənaye və ticarət burjuaziyası ilə sıx əlaqədə olan burjua respublikasının əlinə keçdi.

1848-ci ilin yayında tərkibinə respublikaçı, monarxist və sosialistlərin daxil olduğu komissiya yeni konstitusiyanın layihəsini hazırladı, 4 sentybrda həmin layihə məclisin müzakirəsinə çıxarıldı, 4 noyabr tarixində isə səsvermə keçirildi. 739 səs lehinə və 30 səs isə əleyhinə olmaqla layihə qəbul edildi.

Yeni konstitusiyanın hazırlanmasında əsasən 2 mənbədən istifadə edilmişdir:Birincisi, Fransanın öz konstitusyon təcrübəsindən, ikincisi isə, ABŞ konstitusiyasından. Bu konstitusiya Fransanı “ bütöv və bölünməz”, bərabərlik və qardaşlıq prinsipləri əsasında yaşayan azad respublika elan etdi. Məhz bu prinsiplər əsasında , ailə, əmək, mülkiyyətçilik və ictimai qayda-qanunları yaradıldı. Bu konstitusiya vətəndaşlara geniş demokratik hüquqlar verdi.

Layihənin hazırlanması zamanı ABŞ-ın konstitusyon təcrübəsi və icra hakimiyyətinin təşkilində isə təsiri böyük idi. Çünki konstitusiyada hakimiyyətin bölgüsü məsələsi çox aydın təsbit edilmişdir. Konstitusiyaya görə ali qanunverici hakimiyyət- Qanunverici məclis, Fransa üçün yeni olan respublikanın prezidenti isə ali icra orqanının rəhbəri idi.

Məclisin deputatları ümümi səsvermə hüququ əsasında seçilirdi. Lakin prezidentlik məsələsində deputatların çox hissəsi hesab etdi ki, prezident seçkisində ümümxalq səsverməsi olmalıdır. Prezident seçkisi 1848-ci il 10 dekabr tarixinə təyin olundu. Prezidentliyə namizədlikdə Kavenyakın əsas rəqibi Lamertin, Ledryu –Rollin və Lui Napoleon Bonopart idi. Çox maraqlıdır ki, seçki zamanı seçicilərin dörddə üçünü səsini (5. 434. 000) Lui Napoleon almışdır. Seçicilərin çoxunun Lui Napoleona səs verməklə vergiləri artıran, üsyan zamanı polis özbaşnalıqlarına yol verən siyasətçilərin əleyhinə səs verilmişdir. Napoleonun qələbəsinin digər səbəblərindən biri də monarxiya tərəfdarlarının ona səs verməsi olmuşdur.

Respublika prezidenti vəzifəsinə başlayan Lui Napoleon “qayda-qanun partiyası”nın rəhbərlərindən olan Odilana Barronu baş nazir təyin etdi. Yeni hökumət isə Müəssislər məclisinin buraxılmasına çalışırdı. Çünki, burada respublikaçılar çoxluq təşkil edirdi. Və ümid edirdilər ki, Onlar “qayda –qanun partiyası”nın qələbə çalacağına inanırdılar.

Qanunverici məclisə seçkilər 1849-cu il 13 may tarixində keçirildi. Hökumətin ümidləri çin oldu . Seçilmiş 750 deputatdan 500 nəfəri bonopartistlərlə birləşmiş legitimçilər idi. Onlar da, “qayda-qanun partiyası”ndan idilər. Mötədil respublikaçılar 70 yer, demokratlar və sosialistlərin seçkiqabağı yaratdıqları “Yeni dağ” bloku isə 180 yer ala bilmişdi.

28 may 1849-cu ildə Qanunverici məclisin iclası oldu. Elə ilk gündən onun daxilində fikir ayrılığı baş qaldırdı. Bu iclasda Roma məsələsi əsas idi. Çünki, 1849-cu ilin aprelində Fransa Roma respublikasına qarşı hərbi əməliyyata başlamağı qərara alınmışdı. Odur ki, sol respublikaçılar əksinqilabi müdaxiləyə qarşı çıxdılar. İyulun 11-də isə Ledryu –Rollan Prezidentin və nazirlərin konstitusiyalarını pozduqlarına görə məhkəməyə verilməsini tələb etdi. Lakin məclis onun təklifini qəbul etmədi. Belə olduqda xırda-burjua demokratlar etiraz olaraq geniş nümayiş təşkil etdilər. Nümayiş iyunun 13-də oldu. Nümayişə çıxmış bir neçə minlik dəstə Burbon sarayına doğru irəlilədi, hansı ki, orada Qanunverici məclis iclas keçirirdi. Lakin hökumət qüvvələri hərəkatı yatırtdı.

“Yeni dağ” siyasi blokunun məğlubiyyətindən sonra artıq monarxiyanın bərpası üçün şərait yaranmışdı. Lakin buna legitimçilərlə bonopartçılar arasında mövcud olan fikir ayrılığı maneə oldu. Yəni legitimçilər kral taxtında X Karlın nəvəsi qraf Şamboranı, orleançılar Lui Flippin nəvəsi Parisi qrafını kömək istədikləri halda Lui Napoleon isə hakimiyyətdən getmək istəmirdi. 1849-cu ilin sentyabrında Lui Napoleonun tərəfdarları “10 dekabr cəmiyyəti” yaratdılar və onun təbliğatını genişləndirərək rəqiblərini şantaj və qorxutmağa başladılar.

1849-cu il oktyabrın 31-də Bonapart bütün nazirləri istefaya göndərdi, yerlərinə isə özünə sadiq olan insanları təyin etdi. Tezliklə bütün idarəçilik Lui Napoleonun əlində cəmləşdi. Bundan sonra o, respublikaçılardan istifadə edib monarxistləri neytrallaşdıra bildi. Fransız ordusunun köməyi ilə İtaliyada inqilab əzilib Papanın dünyəvi hakimiyyəti bərpa olunduqdan sonra 1850-ci il 16 mart tarixində Qanunverici məclis təhsil haqqında “ Fallu qanunu” adlanan qanun qəbul etdi. Bu qanuna əsasən dövlət məktəbləri ilə yanaşı özəl və dini məktəblər də açmaq olardı. Hətta 1849-cu ilin aprel ayında Qanunverici məclisə keçirilmiş əlavə seçkilərdə “Yeni dağ” ın namizədləri qələbə çaldıqdan sonra Lui Napoleon ümümi seçki qanununun dəyişdirilməsinə belə maneçilik törətmədi. 31 may 1850-ci il tarixində monarxistlər yeni seçki qanununu qəbul etdilər. Bu qanuna görə seçkilərdə işrirak etmək əmlak senzi əsasında olmalı idi. Nəticədə milyona yaxın insan özünün seçkidə iştirak hüququnu itirmiş oldu. 1850-ci ilin payızında isə Lui Napoleon imperiyanı bərpa etmək fikrində olduğunu bildirdi. Onun tərəfdarları da Qanunverici məclisə petisiyaların gönrədilməsini təşkil etdilər. Həmin petisiyalara görə prezidentin səlahiyyət müddətinin 4 il olması bəndinin dəyişdirilməsi idi. Lakin məclis bundan imtina etdi. Belə olan halda Napoleon açıq-aşkar dövlət çevrilişinə hazırlanmağa başladı. 1851-ci il 2 dekabr tarixində “respublikanı müdafiə” etmək adı altında çevriliş həyata keçirildi. Qanunverici məclis buraxıldı. Müxalifət partiyalarının rəhbərləri həbsxanaya atıldılar. Lakin Napoleon bu siyasi oyunu ilə heç kimi aldada bilmədi. Bütün ölkədə çevrilişə qarşı kütləvi ixtişaşlar başladı. 14 yanvar 1852-ci ildə yeni Konstitusiya elan olundu ki, burada da prezidentlik müddəti 10 il nəzərdə tutulurdu. Beləliklə, Fransada demokratik respublikanın yerinə avtoritar rejim gəldi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin