Şimalla Cənub arasındakı ziddiyətlər. XIX əsrin birinci yarısında fermerlərin yeni torpaq tutmaq üçün qərbə doğru hərəkəti kütləvi hal almışdır. Koloniyalaşdırma azad və quldar ştatlarda iki istiqamətdə aparılırdı-Şimal və Cənub istiqamətlərində. İki sistemin- quldarlığın və kapitalizmin bir dövlət çərçivəsində mövcud olmasına baxmayaraq Şimalda qəbul olunmuş konstitusiya quldarlığı qadağan edirdi. Quldar ştatların marağı Konqresdə də məhdudlaşdırılmışdır. Hər bir tərəf ittifaqa həm Cənub, həm də Şimal Ştatlarından bərabər sayda qəbul olunmasına nəızarət edirdi.
1819-1820-ci illərdə ölkədə ilk dəfə olaraq quldarlıq məsələləri üzrə ümümimilli siyasi böhran oldu. Misisuri ərazisi (Amerika dövlətinin yeni, hələ ştat hüququ ala bilməyən özünüidarə əyalətləri belə adlanırdı) bir ştat olaraq onu ittifaqa qəbul etmək haqqında xahişlə müraciət etdi. Bu məsələ tədricən həmin ərazidə quldarlığın ləğv edilməsi şərti ilə Konqresə çıxarıldı. Belə olduqda isə Senatda Şimalın səsi arta bilərdi. Odur ki, cənub quldarları etiraz etdilər. Bu mübarizə bütün ölkəni ayağa qaldırdı. Beləliklə, Misisuri kompromisi deyilən proses oldu. Yəni Misisuri ilə birlikdə Şimal- şərq Ştatı olan Meni (Massausetsdən ayrılmışdır) də ittifaqa qəbul etdilər. Bu quldarlar üçün çox böyük bir fursət idi.
Şimalda qulların vəziyyətini çox yaxşı bilirdilər, lakin onların azad olunması haqqında heç kim çıxış etmirdi. Çünki bu qullar plantatorların xüsusi mülkiyyətinin bir parçası idi. XVIII –XIX əsrlərin qovşağında Haiti adasında baş vermiş qul inqilabı Amerika zəncilərinə də böyük təsir göstərmişdir. ABŞ –da ən böyük zənci çıxışı 1831-ci ildə Virciniyada baş vermişdir. Bu çıxış qəddarcasına yatırılmış, təşkilatçıları isə edam edilmişdir. Hərəkatın rəhbəri Nat Ternerin adı isə sonralar qullar tərəfindən hörmətlə yad olunurdu.
Qulların ən çox yayılmış mübarizəsi isə plantasiyalardan qaçmaq idi. Hesablamalara görə, 1830-1860-cı illərdə hər il orta hesabla 2 min qul qaçıb Şimalda yerləşirdi. Bu illərdə qulların qaçması “yeraltı dəmir yolları” vasitəsilə təşkil edilirdi. Azad zəncilər (bu gizli cəmiyyət olmaqla orada çoxlu sayda ağlar və qaralar iştirak edirdilər) arasında isə siyasi təşkilatlar yaranmağa başladı. Bu təşkilatların işində zənci Frederik böyük rol oynayırdı. Bu hərəkat “abalosionist “(abolition sözündən yaranmışdır ki, bu da məhv etmək deməkdir) hərəkatı adlanırdı. Bu təşkilat XIX əsrin 30-cu illərində yaranaraq quldarlığın ləğv edilməsi uğrunda mübarizə aparırdı. Onlar yarandığı gündən quldarlığın tədricən ləğv edilməsi və zəncilərin Afrikaya köçürülməsi layihəsinə qarşı çıxırdılar. Bu hərəkatı başlayan keçmiş mətbəə fəhləsi olmuş V. L. Harrison idi. Təşkilat Yeni İngiltərədə yaranmaqla öz məqsədlərinə inam vasitəsilə çatmaq istəyirdilər. Onların cərgələrində fermerlərin, burjuaziyanın, sənətkarların, ziyalıların, fəhlələrin və qismən də dindarların nümayəndələri var idi. Lakin təşkilata burjua elementləri rəhbərlik edirdi.
1848-ci ildə abolisionistlərin bir hissəsi tərəfindən frisoylerlər (Free soil-sözündən götürülərək azad torpaq deməkdir) partiyası yaradıldı. Bu partiyaya sol elementlər toplaşmağa başladı. Frisoylerlər yeni torpaqlarda quldarlığın genişləndirilməsi və arzu edənlərə torpaq sahələrinin pulsuz verilməsini tələb edirdilər. Onları-fermerlər , fəhlələr –ağlar və qaralar, radikal burjuaziya müdafiə edirdi. Onlar əhəmiyyətli siyasi təsirə malik idilər.
Pambığın qiymətinin qalxması plantatorların iqtisadi vəziyyətini yaxşılaşdırdı və onların siyasi çəkisini artırdı. Meksikadan qoparılıb alınmış torpaqların isə məsələsi hələ həll olunmamışdı. Şimallılar həmin ərazidə quldarlığın qadağan olunmasını tələb edirdilər. Kaliforniya isə özü azad Ştat kimi ittifaqa qəbul edilməsini xahiş etdi. Bu vaxtı cənublular buna cavab olaraq ittifaqdan çıxacaqlarını bildirirdilər. Bu kəskin mübarizə 1850-ci ildə yeni kompromislə həll olunmuş oldu. Konqresin qərarı ilə Kaliforniya azad, Ştat statusu aldı. Kolumbiya vilayətində qul alveri qadaöan olundu. Yeni Meksika və Yuta ərazisində isə quldarlığın olub-olmamasına qərar verilməsi isə əhalinin özünə həvalə olundu. Bununla da Missuri kompromisi pozulmuş oldu, keçmiş Meksika əraziləri isə faktiki olaraq quldarlara verilmiş oldu. Kompromisin əsas hissəsindən biri qaçqın qulların tutulması idi.
Üç ildən sonra həmin məsələ Kanzas və Nebraska ərazilərində də meydana çıxdi. Cənublular bu məsələnin həllinə xalqın arzularından istifadə edərək “demokratik yolla skvaterlərin suverenliyi” əsasında nail oldular. Onların niyyətləri ölkədə quldarlığı qanuniləşdirmək və hər hansı bir ştatda konqresi quldarlığı ləğv etmək hüququndan məhrum etmək idi.
Şimal ilə Cənub arasında yeni münaqişə 1854-cü ildə Demokratik partiyanın lideri Stiven Duqlasın Nebraska haqqında qanun layihəsinin Konqresdə müzəkirəsi zamanı qızışdı. Duqlas təklif edirdi ki, Nebraskanın ərazisi iki hissəyə (Kanzas və Nebraskaya) bölünsün. Layihəyə görə Kanzas Nebraskadan cənubda yerləşdiyinə görə quldar təsərrüfatı olmalı idi. Kanzas- Nebraska qanununun qəbul edilməsi yenidən ölkədə həyacana səbəb oldu. Bu qul Dred Stoktun işi adı altında ali məhkəmənin qərarından sonra Ali məhkəmə qərar çıxarmışdır ki, qul vətəndaş ola bilməz və quldarlığı qadağan edən bütün qanunlar onun qərarı ilə ləğv edilmişdir. Bu qərarla bütün ABŞ ərazisi quldarlıq üçün açıq elan olunurdu. Şimalın zəhmətkeş təbəqəsi Ali məhkəmənin bu qərarını bütün xalq üzərində quldarlığın genişləndirilməsi təhlükəsi hesab etdi. Qərarın verildiyi 1857-ci il həm də iqtisadi böhranın gücləndiyi il idi. Böhran sənaye və kənd təsərrüfatına ağır zərbə vurmuşdur.
Şimalda quldarlığa qarşı mübarizənin güclənməsi Cənubda da bu mübarizəni gücləndirmişdir. 50-ci illərdə qulların fermalardan qaçması faktı çoxalmışdır. Bu dalğanın təsiri ilə 1859-cu ildə həm Şimalda, həm də Cənubda Con Braunun rəhbərliyi ilə üsyan baş verdi. Braunun əsas məqsədi qul-zəncilərin azad olunması idi. O, 1857-ci il 16 oktyabrda elə də böyük olmayan bir dəstə ilə (22 nəfərlə) Virciniya Ştatının Harpers Ferri şəhərində üsyanı başlamışdır. Ətrafda yaşayan əhali tərəfindən müdafiə olunmayan dəstə həbs olundu və Braun 2 dekabr tarixində məhkəmənin qərarı ilə edam olundu.
Bu vaxt siyasi səhnədə mövqeyi möhkəmlənən Respublikaçılar partiyası geniş fermer kütləsinin xeyrinə, torpaq haqqında qanunun radikalcasına həllinə müqavimət göstərən Cənubun siyasətindən narazı olanları bir araya topladı.
1860-cı ildə keçirilmiş prezident seçkilərində respublikaçılar da iştirak edərək öz liderləri Avraam Linkolnun namizədliyini irəli sürdülər. A. Linkoln məsləkcə vəkil idi. Quldarlığa qarşı mübarizədə çox məhşur olmaqla özünün dürüstlüyü, zarafatcıllığı ilə seçilirdi. O, əhalinin aşağı təbəqəsinə mənsub insan idi.
Respublikaçılar seçkiqabağı kampaniyada seçicilərə uzun vaxtlar demokratiyanı ləngidən homstedlər haqqında qanunun-torpağın əvəzsiz paylanmasının həyata keçirilməsi haqqında söz vermişdilər. Seçki kampaniyasında onların əsas şüarlarından biri “özünün fermana səs ver” olmuşdur. Bu şüar birbaşa quldarlığa qarşı mübarizə ilə bağlı idi. Beləliklə, 1860-cı ilin noyabr ayında A. Linkoln prezident seçildi.
Quldarlar Linkoln siyasəti ilə barışmaq istəmirdilər. Linkolnun prezident seçilməsi qiyamın başlaması və Amerika ittifaqının dağılması üçün bir siqnal oldu. 1860-cı ilin dekabrında Cənubi Karolina özünün müstəqilliyini elan etdi. Növbəti ay ərzində ittifaqdan daha altı cənub ştatı çıxdı. 1861-ci ilin fevralında isə ittifaqdan ayrılmış 11 cənub ştatları öz konfederasiyalarını yaratdılar. Konfederasiyanın prezidenti isə Misisipi plantatoru Cefferson Devis oldu.
Dostları ilə paylaş: |