Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


ABŞ –ın ərazisinin genişləndirilməsi



Yüklə 0,52 Mb.
səhifə35/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   138
Yeni tarix müh

ABŞ –ın ərazisinin genişləndirilməsi. XIX əsrin əvvəllərindən ABŞ-ın xarici siyasəti fəallaşdı. O, iki istiqamətdə aparılırdı:Şimalın ticarət burjuaziyası və Cənub plantatorlarının maraqları dairəsində . Bu siyasətin nəticəsi olaraq şimallılar neytral ölkənin bayrağı altında beynelxalq aləmdə tanınmış azad dəniz ticarəti hüququna, ikincilər isə cənubi-qərb istiqamətində ərazinin genişləndirilməsinə nail oldular.

Fransa ilə müharibə aparan İngiltərə okeanda ABŞ gəmilərini də tuturdu. Odur ki, ABŞ hökuməti gəmi sahiblərini ingilislərdən qorumaq üçün 1812-ci ildə İngiltərəyə qarşı müharibə elan etdi. Metropoliyanı bir daha cəzalandırmaq məqsədi ilə Birləşmiş Ştatların hakim dairələri öz qüvvələri ilə müdafiə olunan Kanadanı İngiltərənin əlindən almaq istəyirdi. Lakin Monrelanın tutulması uğrunda edilən cəhd baş tutmadı.

1814-cü ilin dekabrında Gentedə (Belçikada) bağlanmış sülh müqaviləsinə görə ABŞ heç bir şey qazanmadı, nə də itirmədi. Sülh xəbərini eşidənədək ABŞ orduları 1815-ci ilin yanvarında Yeni Orlean yaxınlığında ingilis qüvvələrini darmadağın etdi. Bu müharibə ABŞ dövlətinə heç bir şey qazandırmasa da, Ştatların müstəqilliyini möhkəmləndirmək istiqamətində amerika xalqını birləşdirdi. İngiltərə ilə ticarətdə fasilə yaranan zaman öz sənayesinin ayaq üstə qalxmasına müyəssər oldu.

1803-cü ildə Luiziananı özünə birləşdirməklə ərazisini iki dəfə böyütmüş ABŞ Florida yarımadasna sahib olan zəif İspaniya dövlətinin nazı ilə oynayırdısa, 1810-1818-ci illərdə də onu hissə-hissə ilhaq etdi. İspaniya Floridanı havayı olaraq ABŞ-a verdi. Bundan başqa 42-ci paraleldən yuxarı, materikin bütün qərb hissəsi də ABŞ-a verildi. Beləliklə, Amerikaya Sakit okean istiqamətində geniş ərazilər tutması üçün yol açıldı.

İspaniya Cənubi Amerikadakı bütün müstəmləkələrindən məhrum edildikdən sonra ABŞ 1823-cü ildə məşhur Monro doktrinasını elan edərək bütün qərb yarımkürəsində mütləq hakim misiyasını öz üzərinə götürdü. Bu doktirinanın mahiyyəti ondan ibarət idi ki, ABŞ Avropanın böyük dövlətlərini Latın Amerikası və bütövlükdə Amerika kontingentindəki hadisələrə qarışmamağa kökləmişdir. ABŞ hökuməti Avropa ölkələrini yeni koloniyalar zəbt etmək cəhdlərindən yayaınmağa çağırırdı. Belə bir təşəbbüslə çıxış edən İspaniyanın və “Müqəddəs İttifaqı”na üzv olan ölkələrin latın Amerikasına heç bir hərbi təcavüzü gözlənilməsə də, ABŞ Amerika qitəsində siyasi proseslərə nəzarəti ələ alıb lider olmaq fikrində idi.

Latın Amerikası ölkələrindəki müstəqillik hərəkatını alqışlayan ABŞ iyirmi ildən çox ən yaxın qonşusu olan Meksika ilə müharibə aparmışdır. Texas əyalətində ucuz qiymətə torpaq almaq üçün Meksika hökumətindən icazə alan Cənub Ştatlarının nümayəndələri faktiki olaraq oranı işğal edərək 1836-cı ildə respublika elan etdilər. Bu hadisə ABŞ ordusunun qələbəsi ilə başa çatan müharibəyə (1846-1848) səbəb olmuşdur. Nəticədə Meksika yalnız Texasdan deyil, həmçinin Kaliforniyadan, Arizonadan və Nyu Meksikadan(demək olar ki , ərazisinin təxminən yarısından) məhrum oldu və əvəzində isə 15 milyon dollar kompensasiya aldı. Avropa dövlətləri, xüsusən də İngiltərə AbŞ-ın hərəkətlərindən narahatçılıq keçirməyə başladı. Lakin Şərqdə başı müstəmləkə siyasətinə qarışdığına görə Amerika qitəsi ilə çox az maraqlanırdı. ABŞ-ın sonuncu olaraq mənimsədiyi ən iri torpaq rus Alyaskası(Alkut adaları və Alyaska yarımadası) oldu. O, bu torpaqları Rusiyadan 1867-ci ildə 7. 2 milyon dollar müqabilində almışdır.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin