Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


ABŞ Tomas Ceffersonun prezidentliyi dövründə



Yüklə 0,52 Mb.
səhifə34/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   138
Yeni tarix müh

ABŞ Tomas Ceffersonun prezidentliyi dövründə. Yeni əsrin başlanğıcında federalistlər yeritmiş olduqları irticaçı siyasətin nəticəsi olaraq baş qaldırmış geniş narazılıqlara rəğmən ali hakimiyyəti respublikaçılara güzəştə getməli oldular. Respublikaçıların nümayəndəsi T. Cefferson prezident (1801-1809) seçildi. İki seçki hakimiyyətdə qalmış T. Cefferson prezidentlik dövründə yeni siyasi adət formalaşdırdı. Hökumət kabineti yalnız bir partiya daxilində formalaşdırıldı (bu prinsip XX əsrin ortalarına kimi qorunub saxlanmışdır). Bununla o, 1794-cü ildən respublikaçı adını qəbul etmiş partiyasını əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. İnqilabçı –demokrat, “Müstəqillik deklarasiyası”nın banisi olan bu şəxs prezidentliyi dövründə böyük mötədillik göstərmişdir. Ölkənin iqtisadi və siyasi inkişafı əvvəlki yolu ilə gedirdi. O, ştatların federasiya daxilində müstəqilliyinin tərəfdarı idi. Ceffersonun daha əhəmiyyətli demokratik fəaliyyətlərindən biri də dövlət torpaqlarının daha asan şərtlərlə alınmasının təşkili olmuşdur. Onun planına əsasən torpaq daha kiçik sahələr, daha az qiymətə və ödənilməsinin vaxtinin uzadılması yolu ilə alınması idi.

O illərin ən əhəmiyyətli hadisələrindən biri də 1803-cü ildə Luiziananın alınması olmuşdur. Bu ərazi seyrək meşələrlə Misisipi çayından qərbə doğru uzanırdı (Muasir Luiziana Ştatı həmin ərazinin kiçik bir hissəsində yaradılmışdır). Bu ərazilər həmin dövrdə Napoleon Fransasına məxsus idi. ABŞ hökuməti Misisipi çayında gəmiçiliyə rəvac vermək üçün bu ərazinin bir hissəsini-Yeni Orleanı almağa hazırlaşırdı.

Lakin Napoleon İngiltərə ilə müharibədə pula ehtiyyacı olduğuna görə bütün Luiziananı Birləşmiş Ştatlara 15 min dollara satdı. Bununla ABŞ –ın ərazisi iki dəfə böyümüş oldu. Hətta onun qərb sərhədlərində insan məskunlaş­madığından boş qalırdı.

Fransa inqilabının müharibələrində və Napoleon müharibələrində döyüşən tərəflərin ərzaqla təmin olunmasında ABŞ xüsusi rol oynadığına görə böyük gəlirlər əldə etdi. Onun ticarət donanması həddən çox böyüdü. Lakin bu Amerika gəmilərinə böyük risk əsasında nəsib olmuşdur, çünki ingilis və fransız gəmilərinin hücumlarına daim məruz qalırdı. Bu səbəbdən də ABŞ və İngiltərə münasibətləri kəskinləşmişdir. Hətta ingilislər Amerika sərhədlərini mühasirədə saxlamağa çalışırdılar ki, onların gəmiləri okeana çıxa bilməsin. Buna cavab olaraq Birləşmiş Ştatlatlar bir sıra ticarət qadağaları tətbiq etdi. 1807-ci ildə isə ticarətə embarqo qoydular(malın aparılması və gətirilməsinə ümumi qadağa). Bu siyasətin ən əsas nəticələrindən biri o oldu ki, xarici sənaye məhsullarının ölkəyə gətirilməsinin qarşısının alınması Amerika sənayesinin inkişafı üçün bir təkan oldu.

İngiltərə ilə baş vermiş bu münaqişə 1812-ci ilin yayında Birləşmiş Ştatların ona qarşı müharibə elan etməsi ilə nəticələndi. Bu müharibəyə İngiltərə ABŞ-ı özünə tabe etdirmək vasitəsi kimi baxırdısa, Amerikanın təsir dairələri isə çalışırdılar ki, İngiltərənin təsirindən qutarsınlar və ona məxsus qonşu torpaqlara sahib olsunlar.

İnkişafın əsas meylləri:XIX əsrin ilk onilliklərində Birləşmiş Ştatlar sənayenin inkişaf səviyyəsinə görə Qərbi Avropadan, xüsusən də Böyük Britaniyadan geridə qalırdı. Ölkənin iqtisadiyyatı hələ də aqrar formada qalmaqda idi. Lakin kapital yığımı, daxili bazarın formalaşması, səmərələşdiriciliyin inkişafı (bu patent bürosunun yaranması ilə nəticələnmişdir) və mühacirlərin içərisində olan ixtisaslı mühəndis və mexaniklərin mühacir formasında axını sənaye inqilabına təkan verdi. Artıq 1790-cı ildə ABŞ-da müasir tipli müəssisələr yaranmağa başlamışdır. Qısa bir zamanda toxuculuq, metallurgiya və digər sahələrdə də fabrik sistemi tətbiq olundu.

Nəqliyyat sisteminin yaradılması ölkənin iqtisadi inkişafında həlledici əhəmiyyət kəsb etdi. Amerikalılar və mühacirlər qərbdə boş torpaqlarda məskunlaşır, oraya mal göndərib, mal alır, iş yerləri açır, sazişlər bağlayırdılar. Lakin min kilometrlərlə uzanan yollar, sıx meşələr, ram edilməmiş geniş çöllər inkişafı ləngidirdi. Odur ki, XIX əsrin ilk rübündə Atlantik okeanına tökülən çayların yuxarılarını birləşdirən kanalların tikintisi genişlənmişdir. Əsrin ortalarında ölkədə yüzlərlə buxar gəmisi var idi. (Dünyada ilk buxar gəmisi 1807-ci ildə Fulton tərəfindən hazırlanaraq Missipi çayına buraxılmışdır).

ABŞ-da XIX əsrin 30-cu illərinin əvvəllərində ilk dəmir yolu çəkilməyə başlandı. ABŞ 1860-cı ildə artıq dəmir yolunun uzunluğuna görə (30. 600 mildən çox idi) dünyada birinci yerdə dururdu. Çoxlu sayda fəhlə cəlb olunmuş dəmir yolu tikintisi primitiv texnika vasitəsilə aparılsa da, onun surəti çox yüksək idi. 1869-cu ildə isə transkontinental magistral dəmir yolu açıldı. Dəmir yolu ilə bərabər şəhərlər telefon xətləri vasitəsilə də birləşdirildi. Boş ərazilər bir-birinin ardınca məskunlaşır, sonra da bərabərhüquqlu ştatlar kimi ittifaqa qəbul olunurdular. 1861-ci ildə artıq ABŞ –ın 40 ştatı (ilk vaxtlar böyük Britaniyanın 13 koloniyası əsasında 13 ştat yaradılmışdır) var idi.

Əsrin ortalarında məskunlaşmanın sərhədləri artıq Sakit okeana çatmışdır. 1867-ci ildə Alyaska Rusiyadan satın alındıqdan sonra ölkə, demək olar ki, bugünkü sərhədlərində müəyyən olunmuşdur. Materiki ələ keçirməyə çalışan ABŞ digər dövlətlərin – Fransa , Meksika və İspaniyanın tabeliyində olan əraziləri müxtəlif vasitələrlə birləşdirdi.

Fasiləsiz olaraq torpaqların ələ keçirilməsi ABŞ iqtisadiyyatında aqrar xarakterin üstün olması ilə xarakterizə olunurdu. Burada torpağın yararlı hala salınması üçün yarım əsrdən çox vaxt tələb olunurdu. Əvvəcə torpaqlar çox böyük ərazilər şəklində baha qiymətə satılırdısa, sonra aqrar qanunvericilik yumşaldıldı, bir ələ satılan ərazilərin ölçüləri kiçildildi ki, bu da qiymətlərin düşməsinə səbəb oldu.

Torpaqların satın alınması və həmin torpaqlarda fermaların qurulması kifayət qədər baha başa gəlmişdi. Torpağı icarəyə götürənin muzdlu əməklə işə başlamaq imkanı var idi. Skvarterçilik(torpaqların özbaşına tutulması) davam edir və 1841-ci ildən etibarən məskunlaşanlar tutduqları torpaq sahəsini atalarının torpağı kimi rəsmiləşdirə bilirdilər. Fermerlərin istehsal etdikləri məhsullar nə qədər uzağa aparıldısa, bir o qədər də çox satılırdı. Buğda, qarğıdalı, donuz əti və s. ölkənin bütün tərəflərinə daşınırdı. 40-cı illərdə kütləvi şəkildə buraxılmış əla kotanlar, mexaniki otçalan maşınlar və b. texnika əl əməyini sıxışdırıb çıxarır, kənd təsərrüfatının sürətli inkişafı üçün əlverişli şərait yaradırdı. Makkornikinin zavodunda hazırlanan o dövr üçün məhşur taxılbiçən maşın bütün dünyada tanınırdı, yüz min ədədlərlə satılırdı. Ailə əməyinin üstünlük təşkil etməsi və onun mexanikləşdirilməsi ştatlarda inkişaf etməkdə olan kənd təsərrüfatının xarakterik xüsusiyyətlərindən birinə çevrilmişdir.

Eyni zamanda ABŞ-da sənayeçi fəhlə sinfi də formalaşdı. Gündəlik haqqı odənilən işə təkcə mühacirlər deyil, həm də amerikalıların çoxu üstünlük verirdilər. Təkcə kasıb deyil həm də varlı ailələrdən gənclərin fabriklərə getməsi Amerika cəmiyyəti üçün hal almışdır. Belə ki, Yeni İngiltərədə toxuculuq fabrikinin işçiləri pula ehtiyyacı olan ətraf ərazilərin fermerlərinin övladları idi.

Qaydalara görə fermalar irsən böyük oğula qalırdı. Yaranmış bu vəziyyətlə razılaşmayan kiçik oğlanlar isə ayrılıb özləri üçün var-dövlət əldə edə bilmələri üçün birləşdilər. Bu da qədim Prutan ənənələri ilə eyni idi. Uşaqlar isə həddi büluğa çatdıqdan sonra mülkiyyətçiyə çevrilirdilər.

Sənayedə iş adətən movsimi xarakter daşıyırdı. Əgər ailənin başçısı qara fəhlə və ya fermer idisə, onun kiçik özvləri, müstəsna hallarda atalarının sənətini davam etdirirdilər, onlar təhsil almağa və nüfuzlu iş tapmağa çalışırdılar. Mühacirət bu işdə onlara kömək edir:yəni tanış olmayan ölkəyə gələn kasıblar ağır və ixtisaslaşdırılmış işlərdə çalışır, ABŞ –da doğulanlarla birləkdə irəliyə doğru hərəkət üçün imkan qazanırdılar. Məsələn XIX əsrin II yarısında ABŞ-ın polad istehsalı maqnatı Endryu Karneqi Şotlandiyadan ABŞ –a gələrkən əmək fəaliyyətinə dəmir yolunda adi xidmətçilikdən başlamış, 12 yaşında isə toxuculuq fabrikində fəhlə yardımçısı olmuşdur.

Cənubun quldar ştatları, başda quldar-plantator olmaqla xüsusi bir dünyanı təmsil edirdilər. Əvvəlcə tütünçülük onların möhtəşəm həyat qurmasına şərait yaratmadı, lakin XVIII əsrin sonlarından başlayaraq pambıqçılıqla məşğul olmaq onlara görünməmiş gəlirlər gətirdi. Pambıq inkişaf etməkdə olan toxuculuq sənayesinin əsas xammalına çevrildi. İngiltərənin, sonra isə ABŞ-in bu xammala olan tələbatı çox yüksək həddə çatmışdır. 1793-cü ildə çox da mürəkkəb olmayan dəzgahın koməyi ilə vacib texniki problem-pambığın təmizlənməsi məsələsi həll olundu. Bunun nəticəsi olaraq plantasiyalarda məhsuldarlıq yüz dəfələrlə artdı.

Amerikalı plantator ən arxaik istismar formalarından istifadə edirdi. Qullar üzərində onun məhdudiyyətsiz hakimiyyəti ilə aristokrat həyat tərzi keçirir, özünü “cenlitmen” adlandırırdı. Lakin digər şeylərdə özündə kapitalist sahibkarlığı əks etdiriridi. Torpaq və qullar üzərində mövcudluğu üçün kapital qoyuldu. Qullar tərərfindən istehsal olunan məhsullar qulun saxlanılmasına sərf olunan vəsaitdən başqa hamısı sahibkarlar tərəfindən mənimsəlinirdi. Pambığa olan daimi və yüksək ehtiyyac, boş torpaqların olması, münbit iqlim şəraiti minimal xərclə qulun saxlanılması ABŞ-ın cənubunda onsuz da primitiv şəkildə becərilən plantasiyaların məhsuldar və rentabelli olmasını qeyri-mümkün edirdi.

Cəbubda pambıqçılıqdan basqa tütün, düyü və şəkər qamışı plantasiyaları da var idi ki, onlarda da vəziyyət pambıqçılıqda olduğu kimi idi.

Quldarlıq azad-muzdlu əməyin genişlənməsinə mane olurdu. Belə ki, qullardan hətta sənaye müəssisələrində də istifadə edirdilər. Rasist(irqçilik) ideologiyası ilə yoluxmuş oğlanlar qaradərililərlə birgə çalışmaqdan imtina edirdilər. Qul əməyi azad-muzdlu əməklə rəqabətə girirdi. Qullara olan yüksək ehtiyac onların qiymətini durmadan artırırdı. 1859-cu ildə Yeni Orleandakı qul hərracında qulun başlanğıc satış qiyməti 1. 5 milyon dollar olmuş, bir ildən sonra isə 4. 5 min dollara qalxmışdır. Bu da Orta Qərbdə bir fermanın avadanlığı ilə birlikdə qiymətinə bərabər olmuşdur. Qullar sözün tam mənasında “canlı kapitalist” və real var-dövlət idi.

1808-ci ildə qulların ölkəyə gətirilməsi ABŞ Konstitusiyasına görə rəsmən qadağan olunsa da, qul sahibləri çıxış yolu tapdılar, yəni qulların yüksək doğum faizi dəstəkləndi. Qulların artırılması üçün xüsusi “ferma” fəaliyyət göstərirdi ki, qullar mal-qara kimi saxlanılır və satışa çıxarılırdı. Plantatorlar isə onların əmək qabilliyətlərini artırmaq məqsəd ilə onlara kifayət qədər yüksək kalorili yeməklər verir, vaxtli-vaxtında istirahətlərini təşkil edir, yaşayış yerlərində təmizlik təşkil olunur və hətta sağlamlığı üçün tibbi yardım da göstərirdilər. Anaları tarlalara işləməyə getmiş uşaqlara isə qaradərili dayələr baxırdı. Qaçqın zəncilər isə tutulduqdan sonra qamçılanır və satılırdı.

Maşınların təkmilləşdirilməsi və muzdlu fəhlələrin artması nəticəsində inkişaf edən sənayedən fərqli olaraq, plantasiyalara qulluq ekstensiv xarakter daşıyır və yeni torpaq sahələrinə keçməli idi. Pambıq və tütün torpağı tez gücdən salırdı. Onun keçmiş sərhədlərindən kənara yayılması, yeni quldarlıq təsərrüfatlarının yaranması qanuna çevrildi. Azad torpaqlarda məskunlaşmada bütün cəmiyyət maraqlı idi. Pambıq becərən təsərrüfatların kommersiya sisteminə çevrilməsi nəhəng azad torpaq fondunun və qulların mövcudluğu cənub ştatlarını dünyanın iri pambıq ixracatçısına çevirdi. Ona olan tələbat isə plantasiya quldarlığının inkişafına xüsusi təkan verir və onun genişləndirilməsinə marağı artırırdı. Yalnız XIX əsrin sonlarında aqrokimyanın müvəffəqiyyətləri, kübrələrin tətbiqi, sonra isə pambıq yığımının mexanikləşdirilməsi, onun istehsalında sosial şəraitin radikal şəkildə dəyişməsinə gətirib çıxartdı. Plantasiya quldarlığı pambığın sənaye üsulu ilə becərilməyə başlanması ilə bağlı tarixi keçid xarakteri aldı.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin