Böyük Fransa burjua inqilabının Almaniyaya təsiri. XVIII əsrin sonlarında Almaniyanın elm və mədəniyyət nümayəndələri Fransada olan inqilabın ideyalarından çox ruhlanmışdılar. Fransa inqilabı zamanı oraya yaxın olan bəzi alman dövlətlərində kəndli çıxışları da olmuşdur(1790-cı ildə Saksoniya kəndlilərinin, 1794-cü ildə isə Sileziya kənd toxucularının üsyanları).
Fransada baş vermiş inqilabi hadisələr alman dövlətlərinin hakim təbəqəsində xoş qarşılanmadı. İnqilab zamanı Fransadan qaçmış mühacirlər alman dövlətlərində yerləşirdilər. Mühacirlərin yığıldığı yer isə Kobiense şəhəri idi. Fransadakı inqilabi hadisələrə son qoymaq arzusu ilə Prussiya 1792-ci ilin aprelində müharibəyə başladı. Avqust ayında isə artıq alman qoşunları Paris şəhəri üzərinə yeridi. Lakin bu hücumun qarşısı 20 sentyabr tarixində baş vermiş Valmi döyüşündə alındı.
Fransa inqilabının təsiri alman torpaqlarından Reyn çayının sol sahilinə daha güclü olmuşdur. Artıq 1792-ci ilin oktyabrında Mayns şəhəri Almaniyada inqilabi hərəkatın mərkəzinə çevrilmişdir. Hətta burada yakobin klubunun nümunəsində”Bərabərlik azadlığı dostluğu cəmiyyəti” adlanan inqilabi təşkilat da yaradılmışdır. Fransız qoşunlarının zəbt etdiyi ərazilərdə fransa konventinin dekreti ilə xalqın suverenliyi bərpa edildi, feodal öhdəlikləri və hüquqları ləğv olundu. İlk dəfə olaraq alman torpaqlarında demokratik seçkilər keçirildi. 1792-ci ilin martında Reyn-Alman milli konventi (Konventin prezidenti inqilabi demokrat Georq Forster idi) açıldı. Konventin qərarı ilə feodal-sahibkarlar bütün hüquqlardan məhrum edildi. Konvent sədrinin təşəbbüsü ilə Londondan Binqya qədər bütün ərazilər “ ümumi bərabərlik əsasında azad, müstəqil, bölünməz dövlət “ elan edildi. Mayns respublikası alman torpaqlarında yaradılmış demokratik respublika idi. 19 mart 1793-cü ildə Mayns konventi dövlətin Fransaya qoşulması haqqında qərar da çıxarmışdı. Lakin Fransız qoşunları respublikanın ərazisindən çıxdıqdan sonra koalisiya qoşunları bu alman torpaqlarında inqilabi qayda-qanunları ləğv edərək, köhnə qaydaları bərpa etdi.
1794-cü ildə fransız hərbi birləşməsi Reynin sol sahilinə yenidən qayıtdıqdan sonra alman yakobinçiləri məhz fransızların köməkliyi ilə bir sıra nailiyyətlər qazanmışdırlar. Alman yakobinçilərinin çıxışları XVIII əsrin II yarsında fransızların zəbt etdikləri Cənubi Almaniyada da baş verdi.
Dostları ilə paylaş: |