Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Cənubun yenidən qurulması(1865-1877)



Yüklə 0,52 Mb.
səhifə39/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   138
Yeni tarix müh

Cənubun yenidən qurulması(1865-1877). Müharibənin qurtarması ilə ölkə qarşısında bir məsələ -yenidən qurma dayanırdı. Bu proses Amerika tarixində vahid dövlətin bərpası və Cənubun həyatında yenidənqurma adlanır. Quldarlıq hələ Linkoln sağkən 1865-ci ilin fevralında konqres tərəfindən konstitusiyaya 13-cü düzəlişin edilməsi ilə ləğv edildi. Bu düzəlişi Senat aprel ayında, Ştatların dörddən üçü isə dekabr ayında təsdiq etdi. Lakin Cənub Ştatlarının gələcək fəaliyyətləri kimi vəcib və konkret məsələlər, keçmiş Konfederasiyaya daxil olmuş Ştatların ittifaqa buraxılması, keçmiş qul sahiblərinin və azad olunmuş qulların vəziyyəti, cənubda hakimiyyətin qurulması və s. məsələlər həll olunmamış qaldı. ABŞ –ın hakim dairələrində də bu məsələlərin həllinə dair yekdil fikir yox idi. Hələ Linkolnun sağlığında onun sülhməramlı kursuna qarşı başda Tadeuş Ştivens və Çarlz Sammer olmaqla, böyük nüfuz olan konqresmen respublikaçılar qrupu çıxış edirdilər. Onlar cənub üzərində hərbi diktaturanın qurulmasını və fəal qiyam iştirakçılarının mülki hüquqlarının alınaraq zəncilərə çevrilməsini qətiyyətlə israr edirdilər.

A. Linkolnun ölümündən sonra prezidentlə konqres arasında fikir ayrılığı gücləndi. Keçmiş vitse prezident və yeni seçilmiş prezident Endryu Conson Linkolnun nəzərdə tutduqları ideyaları həyata keçirməyə başladı. O, öz sələfi kimi şöhrətə malik olduğuna görə ilk sülhməramlı siyasətinin nəticələri özünə qarşı çevrildi. 1865-ci ilin may ayında o, plantatorların siyasi və mülki hüquqlarının (qul əldə etmək hüququndan başqa) bərpasını təmin edən əfv haqqında fərman verəcək çox ağır məsuliyyət altına girdi.

Müharibə illərində müsadirə edilmiş plantasiyalar öz keçmiş sahiblərinə qaytarıldı. Həmin plantasiyalarda isə qara əhalini qul kimi işləməyə məcbur edirdilər. Özlərini ağlar kimi aparan itaətsiz zəncilərə vəhşicəsinə divan tuturdular. Bu məqsədlə geniş ərazilərdə şaxələnmiş terrorçu təşkilatlar da meydana gəldi. Məşhur Ku-Kluks –Klan gizli terror təşkilatı da buna misaldır. Yenidən hakimiyyəti qazanan plantatorlar Ştatların qanunvericilik orqanlarına təsir edərək keçmiş qulları torpaq üzərində mülkiyyətdən , azad hərəkət etməkdən, soz, mətbuat və yığıncaq azadlıqlarından və evlənmək hüququndan məhrum edən qanunlar-“qara kodekslər “verilməsinə nail oldular.

Cənubda yeni vətəndaş müharibəsinin olacağı qorxusu var idi. Plantatorlara keçmiş qaydalarla müqavimət göstərməyə başlayan qullar arasında” yunionist liqa” əsasında hərəkət artıq başlamışdır. Plantatorlar konqresə yeni seçkilər keçirdilər. 1865-ci ilin dekabrında Vaşinqtona gəldilər. Onların arasında Konfederasiyanın vitse- prezidenti Aleksandr Stefens də var idi. Konqresin radikal əhval-ruhiyəli üzvləri onların iclas zalına buraxılmamasına, Cənubda yenidənqurma işinin davam etdirilməsini Konqresin sərəncamına verilməsinə və vəziyyətin Konqres tərəfindən araşdırılacağına nail oldular. 1866-cı ilin iyununda Konqres ABŞ Konstitusiyasına 14-cü düzəlişi etdi. Bu düzəlişlə keçmiş Konfederasiya liderləri dövlət vəzifələri tutmaqdan məhrum oldular, zəncilər isə hüquqi cəhətdən ağlarla eyniləşdi. Düzəlişin birinci abzası belə oxunurdu:ABŞ-da doğulmuş və orada vətəndaşlıq almış, ölkə qanunlarına tabe olan bütün şəxslər, onun və yaşadıqları ştatların vətəndaşlarıdır; yaşayış , azadlıq və mülkiyyət hüquqlarından hər hansı məhdudiyyətli qanun çap olunmasından deyil, yalnız məhkəmənin qərarı ilə məhrum oluna bilərlər. Həmçinin Konqres “qara kodeksilər”idə qadağan etdi.

Seçkilərdə qələbə çalan respublikaçılar Konqresdə səslərin üçdə iki hissəsindən çoxunu alaraq radikalcasına yenidənqurmaya başladılar. 1867-ci ildə Cənubda hərbi vəziyyət elan olundu və ştatların köhnə Konstitusiyaları ləğv edildi. 14-cü düzəlişə əsasən qaraların hüquqları təsdiq edildi. Cənubun hərbi dairələrə bölünməsinə mütərəqqi hal kimi baxıldı. 1868-ci ilin iyulunda keçirilən fövqəladə tədbirlər nəticəsində Cənub ştatları onu təsdiq etdilər və vətəndaş müharibəsinin nailiyyətləri xilas oldu. Cənub ştalarına yeridilən ordu hissələrinə arxalanan radikallar yenidənqurma, terror və yakobin diktaturası olmadan məcburi surətdə demokratikləşməni həyata keçirdilər. Hər şey qanuni yolla həll edilirdi. Konstitusiyaya edilmiş 14-cü əlavə 1870-ci ildə 15-ci əlavə ilə tamamlandı. Bu əlavədə də xüsusi olaraq belə vurğulanırdı:ABŞ-da seçki hüququ vətəndaşların dərisinin rənginə, irqi mənsubiyyətinə və ya keçmişdə qul vəziyyətində olmasına görə məhdudlaşdırılmır.

Aqrar məsələ hər bir zənci ailəsinə “40 akr və mula” verilməsini tələb edən azad zəncilərin xeyrinə torpağın yenidən bölüşdürülməsi yolu ilə deyil daşınmaz əmlak əldə etmək yolu ilə həll edildi. Plantasiyaların bir hissəsi kiçik hissələrə bölünməklə nisyə satıldı. Homstedlər haqqında 1862-ci il qanununun fəaliyyəti cənub ştatlarında geniş yayılmışdır. Təbiidir ki, zəncilərin imkanları olsa da, mülkiyyətçiyə çevrilə bilmədilər, özlərinin natamam hüquqlarını uzun müddətə möhkəmləndirdilər. Lakin mülkiyyətin yenidən bölüşdürülməsi kimi sürüşkən yol Amerikanın siyasi ənənələri ruhuna uyğun gəlmirdi. Əvəzində isə zəncilərin təhsil sahəsindəki nailiyyətləri hiss olunacaq qədər yüksəldi. 1880-ci ildə, demək olar ki, zəncilər arasında olan tam savadsızlıq 70% -dək endirildi. 60-cı illərin sonlarında Cənub Ştatlarında “Yenidən qurma” hökuməti fəaliyyət göstərirdi. Zəncilər öz siyasi hüquqlarından fəal şəkildə istifadə edərək, konqres də daxil olmaqla, digər seçkili vəzifələrə də seçildilər. Cənub Ştatlarının konstitusiyasına yenidən baxıldı ki, bu da onları yeni əsasda ittifaqa qəbul etməyə yardım etdi.

Radikal yenidənqurma özünün əsas məsələsini həll etdi. 1868-ci ildə hətta prezident Conson impiçmentə məruz qaldı, lakin onu mühakimə etmək və tutduğu vəzifədən kənarlaşdırmaq istəyən senatorların səsi çatmadı. 1869-cu ildə keçmiş Şimal ordusuna baş komandanlıq etmiş general U. Qrant ABŞ prezidenti oldu. Onun vaxtında ölkədə sahibkarlıq fəaliyyəti çox yüksəldi. Yeni təsərrüfat şərtlərinə uyğunlaşan torpaq aristokratlarından burjuaziya tipli kommersantlara çevrilən plantatorların yeni nəsli meydana gəlməyə başladı. Yüksək sürətlə inkişaf edən Kapitalizm tədricən Şimalla Cənub arasında mövcud olan fərqləri aradan qaldırmağa başladı və 70-ci illərdə radikal yenidənqurma tədricən yox oldu. Zəncilərə torpaq verilməsinin tərəfdarı olan T. Stivensin 1868-ci ildə ölməsi də buna kömək etmişdir. Cənub ştatlarındakı yenidənqurma hökuməti də yeniləri ilə əvəz edirdi. Bu hökumətlər Demokratlar partiyasının Cənub qanadı tərəfindən formalaşdırıldı. Onlar öz tələblərini konqresdə səsləndirdilər. Belə bir şəraitdə qara amerikalıların iqtisadi və siyasi cəhətdən kölə halına salınmasını planlaşdıran və Konstitusiyaya əlavə edilən 14-cü və 15-ci əlavələri inkar edən təcavüzkar qüvvələr qiyam qaldırdılar. Konqres tərəfindən də 1876-cı ildə ku-kluks-klan terror təşkilatının qadağan edilməsi də az effektli oldu.

Demokratik partiya Cənubda fermerlərin və kasıb ağların hesabına özünün sosial bazasını genişləndirirdi. Respublikaçılar partiyası isə kütlə içərisində təsir qüvvəsini itirərək iri kapital tərəfindən rəhbərlik edilən antiquldar xalq partiyasına çevrildi. Onun nüfuzdan düşməsinə səbəb olan amillərdən biri də pul dövriyyəsini sabitləşdirmək məqsədilə, çatışmayan dəmir pullarla bərabər kağız pulların dövriyyəyə buraxılması kimi qeyri populyar maliyyə sisteminin mövcudluğu oldu. ”Qulların bahalaşması” sələmçilərdən və banklardan borc və kredit götürən insanlara böyük zərbə vurdu. Bu “ucuz” kağız dollarların buraxılmasında maraqlı olan fermerlərdə güclü narazılıq yaratdı və bir çoxlarının müflis olmasına gətirib çıxardı. ABŞ-da qrinbekerlər(kağız dolların buraxılmasına marağı olanlar) assosiasiyası meydana gəldi. Onlar borcların ödənilməsini yüngülləşdirməyə ümid edərək qeyri-məhdud şəkildə kağız pulların çap olunması tərəfdarı idilər. 1876-cı ildə Demokratik partiyasının prezidentliyə namizədi Semuel Tilden(Nyu-York ştatı) Ohayo Ştatından respublikaçı B. Heysə nisbətən daha çox səs topladı. Lkain səsvermənin nəticələri yenidən baxılmağa göndərildi. Bu vaxt seçkinin nəticələri saxtalaşdırılaraq Heysin üzərinə hesablandı. Hər iki partiyanın liderlərinin pərdəarxası sövdələşməsi nəticəsində respublikaçı Heys prezident olmuşdur. Əvəzində isə hələ də Cənub ərazisində qalmış federal ordunun oradan çıxarılması haqqında öhdəlik götürülmüşdür. 1877-ci ildə hakimiyyətə gələn Heys Cənubda fövqəladə vəziyyətin sonuncu elementini ləğv etdi və radikal yenidənqurma həyata keçirildi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin