Almaniyanın iqtisadi və sosial inkişafı. Ölkənin siyasi pərakəndəliyi, feodal və yarımfeodal qaydaların hökmranlığı kapitalist münasibətlərinin formalaşması və inkişafını ləngidirdi. Lakin Alman İttifaqı meydana gəldikdən sonra alman dövlətlərində kapitalist münasiətləri sürətlə inkişaf etmişdir. Prussiyada yunker-mülkədar təsərrüfatı (latarundiyaları) artıq torpaqsız muzdurların və aztorpaqlı kəndlilərin əməyindən istifadə olunan burjua-yunker formasına keçdi. Qərbi və Cənubi Almaniyada kəndlilərin təbəqələşməsi, iri təsərüfatların meydana gəlməsi, kəndlilərin kütləvi surətdə müflisləşməsi pik həddə çatmışdı. Bu proses ölkədən mühacirətin böyüməsinə də səbəb olmuşdur. Belə ki, 1834-cü ildən 1846-cı ilə kimi ölkədən 20 min adam getmişdirsə, 1846-1855-ci illərdə 1 milyon 100 min adam xaricə getmişdir. Bunlara baxmayaraq, Almaniyada kapitalizmin inkişafı 1816-1847-ci illərdə böyük müvəffəqiyyətlər əldə etmişdir. Əgər 1822-ci ildə Almaniyada 2 buxar maşını işləyirdisə, 1847-ci ildə onların sayı 1139 olmuşdur. Həmin dövrdə dağ-mədən , kimya sənayesi daha böyük uğur qazanmışdır. Alman kapitalistləri İngilis və Fransız kapitalistlərindən çox da geri qalmayan texniki yeniliklər əldə etmişdir.
Sənayenin inkişafı şəhər əhalisinin çoxalması ilə müşayət olunurdu. 1816-cı ildən 1848-ci ilə kimi Berlin şəhərinin əhalisinin sayı 85, Zolingerinki isə 130 faiz çoxalmışdır. Kapitalist sənayesi üç əsas rayonda:Reyn-Festifalya, Sileziya və Saksoniyada əhəmiyyətli dərəcədə artmışdır.
1834-cü ildə Almaniyada gömrük ittifaqının yaranması dövlətlərarası əlaqələrin də inkişafına müsbət təsir göstərmişdir. Bu ittifaq Almaniyanın müxtəlif dövlətləri və vilayətləri arasında ticarət əlaqələrini yaxşılaşdırmış, müxtəlif sosial qrupların liberal- müxalifət cəbhəsinə keçməsinə kömək etmişdir. Alımaniya burjuaziyası hakimiyyət uğrunda mübarizəyə qoşulmuşdur. Prussiyanın təşəbbüsü ilə yaradılmış gömrük ittifaqı bu dövlətin tarxində böyük müvəffəqiyyət idi. Alman fəhlə sinfi də məhz bu dövrdə öz mövcudluğunu göstərə bilmişdir. Sileziya toxucularının 1844-cü ildəki çıxışları fəhlələrin feodalizm və despotizmə qarşı mübarizəsinin əsasını qoymuşdur.
XIX əsrin 30-cu illərində proletariatın ilk təşkilatı yarandı. Əvvəlcə belə təşkilatlar Fransa, İngiltərə, İsveçrə və Belçika fəhlələri və sənətkarları tərəfindən yaradılmışdırsa, həmin əsrin 40-cı illərinin ikinci yarsında Alman ittifaqında da daxili ziddiyyətlər və konfliktlərin kəskinləşməsi zamanı cəmiyyətdə ictimai-siyasi dirçəliş doğurmuşdu. Alman dövlətlərinin vahid mərkəzdə birləşdirilməsi ideyası meydana çıxmışdı. Almaniyanı birlik və demokratiya uğrunda mübarizəsinə ən çox Prussiyanın irticaçı feodal monarxiyası maneçilik törədirdi. Kral II Fridrix Vilhelm vermiş olduğu sözə naxələf çıxaraq yeni Konstitusiya yaradılmasına etiraz etdi.
Almaniyanın birliyi və demokratikləşməsinin tərəfdarları öz məqsədlərinə çatmaq üçün mübarizənin başqa yollarını axtarmağa başladılar. İlk illərdə demokratik cəbhədən çıxışları tələbələr həyata keçirirdi. Onların da əksəriyətini xırda burjuaziyanın nümayəndələri təşkil edirdi. 1817-ci ilin payızında tələbə-gənclər Reformasiya hərəkatının üç yüz illiyini bayram etmək fikrinə düşdülər. 17 oktyabrda Leypsiq döyüşünün ildönümündə bir neçə yüz tələbə bütün universitetlərdən Eyzenaxa toplaşaraq oradan da tarixi Vartburq qalasına yollandılar. Vaxtilə M. Lüter bu qalada Roma kilsəsinin təqibindən gizlənmişdir. Həmin gün gecə yarısı tələbələrin bu bayram şənliyi qəddarcasına qağıdıldı.
1818-ci ilin iyununda tələbələrin qəsdçi dərnəkləri yarandı. Dərnəyin qərarı ilə irtica dramaturqu Kotsebu Karl Zand tərəfindən öldürüldü. Kotsebu rus çarına məlumatlar ötürən bir şəxs idi. Şübhəsiz ki, demokratiyanın elə də ciddi düşməni deyildi.
Dostları ilə paylaş: |