Alman dövlətləri Napaleon müharibələri dövründə. Napaleon müharibələri alman ictimaiyyətinin həyat və taleyinə böyük təsir göstərmişdir. Belə ki, Napaleonun hegemon hökmranlığı Almaniyada da qurulmuşdu. Hətta Almaniyanın bir hissəsi Fransanın hökmranlığı altına düşmüşdür. 1803-cü ildə dini istiqamətli dövlətlər və çoxlu sayda xırda alman torpaqları özlərindən daha iri olan dövlətlərə birləşdirildi. 1806-cı ildə isə Napaleon protektoratlığı altında alman Reyn ittifaqı yaradıldı. Bu ittifaq 1817-ci ildə kiçilmiş Avstriya və Prussiyadan, eləcə də Fransaya birləşdirlmiş torpaqlardan başqa bütün alman torpaqlarını da özünə birləşdirdi. Reyn ittifaqı dövlətlərində Fransada olduğu kimi, anti-feodal dəyişikliklər edilmişdir. O cümlədən, kəndlilərin təhkimli asılılığı, bəzilərində isə Fransa vətəndaş kodeksi(Napaleon kodeksi) qəbul edilmiş, yəhudilərin emansipasiyası həyata keçirilmişdir. Lakin istehsalın modernləşdirilməsinə ciddi əngəllər törədilirdi.
1806-cı ildə alman dövlətləri içərisində söz sahibi olan Prussiya neytrallıqdan imtina etməklə, Reyn ittifaqının yaradılmasının və alman dövlətləri üzərində fransız hegemonluğunun qarşısının almağa çalışmışdı. Lkain Prussiyanın Fransa ilə müharibəyə girməsi Prussiya qoşunlarının 1806-cı ildə Yen və Averştedtom yaxınlığında tam məğlubiyyəti ilə nəticələndi. Fransızlar Berlinə girdilər. Sonrakı döyüşlərdə almanların məğlubiyyəti nəticəsində fransızlar bütün Prussiyanı işğal etdilər. Amma I Aleksandrın proseslərə müdaxiləsi Napaleonu 1807-ci ildə bağlanmış Tilzit sülh müqaviləsinə riayət etməyə razı saldı. Prussiya Elbanın qərb sahil torpaqlarını da itirdi. Polşa torpaqları Böyük Varşava hersoqluğu hökmranlığına verildiyinə görə həm təzminat verir, həm də kontinental mühasirəyə qoşulmalı olurdu. Prussiya düşdüyü pis vəziyyətdən çıxmaq üçün güclənməyi, bunun üçünsə islahatlar keçirməyi üstün tutdu. 1807-ci ilin payızında nazir Fon Şteynin, sonra isə knyaz Fon Xardenberqin rəhbərliyi ilə, islahatlar həyata keçirildi. Bu islahatlara görə, kəndlilərin şəxsi asılılğı ləğv edildi, onların öhdəlikləri və borclarının satın alınması qaydası qoyuldu və sex sistemi ləğv edildi. Müvafiq sahələri idarə etmək üçün nazirliklər və şəhərlərin özünüidarəçilik orqanları yaradıldı. Hərbi islahatlar sahəsində zadəganların güzəştləri və orduda fiziki qəza sistemi ləğv edildi, ehtiyat ordu(ladver) yaradıldı.
Dostları ilə paylaş: |