Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Almaniyanın iqtisadi yüksəlişi



Yüklə 0,52 Mb.
səhifə48/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   138
Yeni tarix müh

Almaniyanın iqtisadi yüksəlişi. XIX əsrin ortalarında Almaniyada inqlabi qüvvələr qalib gələ bilməsə də, burada feodal-mütləqiyyət qayda-qanunlarının fəaliyyətinə son qoyuldu. Hakimiyyət milli ideyaların geniş yayılması ilə razılaşdı və milli-liberal hərəkatı ilə hesablaşmağa məcbur oldu. Məhz bu dövrdə Prussiya ilə Avstriya arasında hegemonluq uğrunda mübarizə gücləndi. Alman ittifaqı mübarizə meydanına çevrildi.

XIX əsrin 50-60-cı illərində Almaniyada sənayenin unkişafı özünün ən yüksək nöqtəsinə çatmışdı. Dünyanın əsas aparıcı sənaye dövlətləri içərisində Almaniya, İngiltərə və ABŞ –dan sonra üçüncü yerdə qərarlaşmışdı. Sənayenin belə tez inkişaf etməsinə səbəb olan amil isə kəndlilərin feodal asılılığının ləğv edilməsi və torpaq islahatlarının aparılması olmuşdur. Feodal qalıqları Prussiyada verilmiş 1850-ci il 2 mart tarixli fərmanla tam aradan qaldırıldı. Bu fərmana görə, kəndlilər pul ödəməklə azad olurdular. Hətta kəndlilərə kömək üçün dövlət renta bankı da yaratmışdı. Həmin banklar pulu mülkədara bir dəfəyə ödəyir və bununla da malikanələrin kapitalist təsərrüfat sisteminə keçməsinə şərait yaradırdı. 50-ci illərin əvvəllərində digər alman dövlətlərində -Vyutenberq, Hissen, Baden və Saksoniyada da asılılıq sisteminin aradan qaldırılması üçün islahatlar keçirildi. Sənayenin inkişafının digər bir səbəbi də Alman Gömrük ittifaqının yaranması idi. Vahid gömrük qanun və qaydaları, ittifaq üzvlərinə aşağı rüsumun ödənilməsi alman dövlətlərinin beynəlxalq bazarlara çıxması üçün imkan yaratmışdı.

Artıq XIX əsrin II yarsında Almaniyada sənaye istehsalının əsasən ağır sənaye təşkil edirdi. Ağır sənaye yüngül sənayeyə nisbətən daha sürətlə inkişaf edirdi. Sənayenin yeni maşın və texnika ilə təchiz edilməsi istehsalın, əsasən də toxuculuq, dağ-mədən, fabrik və zavodların sürətli inkişafına səbəb oldu. Ağır sənaye və maşınqayırma tədricən iqtisadi inkişafın aparıcı sahəsinə çevrildi. Daxili bazarın inkişafı üçün vacib olan dəmiryol şəbəkəsi genişləndi.

Ağır sənaye inkişaf etdikcə ona qoyulacaq sərmayənin də artmasını tələb edirdi. Odur ki, sənayenin sərmayə ilə təchizi üçün aksioner cəmiyyətlərinin sayı artırdı. 20 il ərzində(1851-1870) bu kimi cəmiyyətlərin sayı əvvəlki illərdən 42 dəfə çox artmışdır. Bankların funksiyaları genişlənərək və dəyişmişdi. Onlar sənayenin inkişafı üçün kredit təşkilatına çevrilmişdilər.

Almaniyada sənayenin bütün səhaləri kənd təsərrüftaına nisbətən çox surətlə inkişaf edirdi. Əksər sənaye sahələrində maşınların tətbiqi nəticəsində xırda müəssisələr olan manufakturalar öz yerlərini iri müəssisə-fabriklərə verirdi. Beləliklə, tez bir zamanda Berlin, Vestvaliya, Reyn vilayəti, Sileziya və Saksoniya iri sənaye mərkəzlərinə çevrildilər. Şəhərlərin sayı durmadan artmağa başladı.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin