Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Cəmiyyətdə baş vermiş dəyişikliklər



Yüklə 0,52 Mb.
səhifə49/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   138
Yeni tarix müh

Cəmiyyətdə baş vermiş dəyişikliklər. Sənaye inqilabı dövründə alman cəmiyyətində çox böyük dəyişikliklər baş vermişdir. Sənaye və maliyyə mərkəzlərinin artması ilə Kölndə, Berlində, Rur vilayətində, Yuxarı Sileziyada, Saar vilayətində və Saksoniyada sənaye və maliyyə burjuaziyası iqtisadiyyatda çox yüksək mövqe tutmuşdur. İri müəssisə sahibləri içərisində var-dövlətinin çoxluğuna görə Ştum, Krupp, Stines və başqaları digər sahibkarlardan seçilirdilər. Sənayenin digər sahələrindən fərqli olaraq kimya, optika, sonra isə elektronika sənayelərində yeni tip burjuaziya yetişmişdir ki, bunlarda ən yeni elmi-texniki nailiyyətləri sənayeyə tətbiq etməklə daha çox gəlir əldə etməyə çalışmışdır. Artıq burjuaziya zadəganlar və hərbiçilərlə eyniləşdirildi. Bank və iş adamları özlərini orta təbəqəyə uyğun hiss edirdilər. Yunkerlər dövlət strukturlarında öz üstünlüklərini saxlamalarına baxmayaraq, onların sülalə üsütünülkləri tədricən ortadan çıxırdı. Onların bir çoxu kəndlilərdən alınmış azadlıq haqqı hesabına öz təsərrüfatlarını genişləndirməklə mexanik­ləşdirilmiş kənd təsərrüfatı sahəsində önəmli iş adamlarına çevrilmişdilər. Zədəganlar və burjuaziya arasında da heç bir ciddi qarşıdurma yaşanmamışdır.

Almaniyada fəhlələrin sayı torpağı əlindən çıxan kəndlilərin və sənaye müəsisələri ilə rəqabətdə məğlub olan sənətkarların hesabına sürətlə artırdı. Fəhlələrin əmək şəraiti və yaşam tərzi çox acınacaqlı idi. Texniki təhlükəsizlik təcrübi şəkildə yox idi.

Sənaye sahəsində olduğu kimi, kənd təsərrüfatında da çalışanlar sırasında təbəqələşmə prosesi gedirdi. Prussiyada və Meklenburqda hələ də feodal qayda-qanunlarının saxlanılmasına baxmayaraq, kəndlilərin şəxsi azadlığı hər bir alman bölgəsində baş verirdi. Torpaq və əmlak bazarı formalaşmışdı. Varlı kəndlilər torpaq alır, təsərrüfatlarını genişləndirirdilərsə, onların çoxu torpaqdan məhrum olub şəhərlərə üz tutur, yaxud da muzdurlara çevrilirdilər.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin