Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Otto Eduard Leonald(Şenhauzen) fon Bismarkın həyatı və siyasi portreti



Yüklə 0,52 Mb.
səhifə52/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   138
Yeni tarix müh

Otto Eduard Leonald(Şenhauzen) fon Bismarkın həyatı və siyasi portreti. Bismark 1815-ci il aprelin 1-də Maqdeburq yaxınlığındakı Şonhauzendəki malikanədə anadan olmuşdur. Onun uşaqlıq illəri Knindorfda (Pomeraniyada) keçmişdir. Bismark zadəgan nəslindən idi. O, yeddi yaşından Berlində Prussiya çinovliklərinin övladları oxuyan məktəbdə oxumuşdur. 17 yaşında buraxılış imtahanlarını müvəffəqiyyətlə verən Bismark əvvəlcə Kottingen olmuşdur. O, eyni zamanda tarix , beynəlxalq münasibətlər, siyasi coğrafiya, ədəbiyyat və istədiyi xarici dil ilə çox yaxından maraqlanmışdır. Həyatda sakit olmayan Bismark çoxsaylı duellərdə olmuş(28 dəfə), onlardan yalnız birində məğlub olub üzündən çapıq almaqla qutarmışdır. Bir sözlə, o, sarsılmaz iradə sahibi idi.

Bismark universitetdə oxuyan zaman tez-tez qayda-qanunları pozduğuna görə dəfələrlə cəzalandırılmış, karserə salınmışdır. Lakin o bu cəzaları rişxəndlə qarşılayır, rəhbərliyin hərəkətlərinə güldü. Hətta o, öz dostlarının birinə söyləmişdir ki, o, ya çox böyük əclaf, ya da ki, Prussiyanın birinci insanı olacaqdır.

Hüquq elmini öyrəndikdən sonra diplomatik idarələrə müraciət etdi. Lakin “dayağı” olmadığına görə qəbul edilmədi. 1839-cu ildə Pomeraniyadakı mülklərini idarə etməyə başladı və bu sahədə böyük müvəffəqiyyətlər nail oldu. Artıq 40-cı illərdə Bismarkın formalaşmış siyasi baxışları var idi. O, tələbəlik dövründəki yarımrespublika baxışları ilə xudafizləşmiş və möhkəm əqidəli monarxist olmuşdu. 1851-ci ildə Frankfurt-Maynda yerləşən Birləşmiş Seymdə Prussiyanın nümayəndəsi təyin ediləndə o, bir həqiqəti dərk etdi ki, Almaniyanın birləşməsi qaçılmazdır. Bu həm iri torpaq sahiblərinin , həm alman burjuaziyasının, həm də ümumiyyətlə, alman xalqının mənafeyinə uyğun gəlirdi. Alman dövlətləri üzərində hegemonluğa nail olmaq məsələsində onun qarşısında ən böyük maneə Avstriya idi. Diplomat kimi o yaxşı məktəb seçdi. Özü demişkən, 8 il Frankfurtda, bu “Birləşmiş Seymin tülkü yuvasında” bütün diplomatik hiyləgərliklərə yiyələnmişdi. Rəqibləri Metternix məktəbini keçmiş Avstriya diplomatlarından çox şey öyrəndi. Əvvəl Rusiyada, sonra Fransada Prussiyanın nümayəndəsi olan Bismark bu ölkələrin xarici siyasətini dərindən öyrənmək imkanı əldə etdi.

Onu çox vaxt Taleyranla müqayisə edirdilər. Ancaq bu düzgün deyildi. Taleyran satqın idi. Şəxsi müvəffəqiyyətləri onun üçün əsas idi. Bismark isə satılmaz idi. Avropa ölkələri nə qədər onu ələ almaq istədilərsə, bacarmadılar. Taleyranın əsas silahı mahir diplomatlığında idi. Bismark da bundan istifadə edirdi, amma yeri gələndə möhkəm iradəsi ilə rəqiblərini iflic edirdi. Taleyran hiyləgər idi, Bismarkda da bu keyfiyyət var idi, lakin bəzən sadə və açıq da danışırdı.

Almaniyanın birləşmə zərurətini Bismark gənc yaşlarından başa düşmüşdü. Onu da dərk edirdi ki, Avropada əlverişli beynəlxalq şərait olmasa bunu həyata keçirmək mümkün olmayacaq. Qərb dövlətləri Prussiyadan öz məqsədləri üçün istifadə etməyə çalışır, ona Avropada ikinci dərəcəli dövlət kimi baxırdılar. Bismark Prussiyanın qərbpərəst siyasətinin əleyhinə idi. O, belə hesab edirdi ki, Fransa, İngiltərə, Avstriya ilə ittifaqda Rusiyaya qarşı çıxış etməklə Prusianın güclü dövlətə çevrilməsi xəyaldır. O, Rusiya ilə hətta qalibiyyətli müharibənin əleyhinə idi. Deyirdi ki, Prussiyanın torpaqlarının Rusiyanın hesabına genişləndirilməsi ölkəyə siyasi zərbə vura bilər. Bismark deyirdi ki, Prussiya 2 dəfə Almaniyanı birləşdirmək ikmanını əldən vermişdi. Birincisi, 1848-ci ildə Prus ordusu inqilabı yatırarkən bunu edə bilərdi. İkincisi isə Krım müharibəsindən sonra İtaliya uğrunda mübarizədə Avstriyanı yox Fransanı müdafiə edib Avstriyanı zəiflədə birlərdi və təbii ki, Almaniyanın birləşməsi qarşısında olan bu maneə aradan qalxa bilərdi. Beləliklə, 1859-cu ildə Bismarkın Avstriya ilə qəti mübarizə aparmaqla, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq imkanı qəbul edilmədi. Hökümət xarici işlər naziri vəzifəsinə Bismarkın namizədliyini rədd etdi.

1861-ci ilin əvvəlində I Vilhelm Prussiya taxtına çıxdı. O, köhnə qayda ilə təbəələrinin ona and içməsini tələb etdi. Konstitusiyaya əsaslanaraq nazirliklər buna etiraz etdi. Prussiyanın hərbi naziri general Roon onu təcili Peterburqdan çağırdı. Prus hərbiçiləri onu baş nazir vəzifəsinə ən yaxşı nümayəndə hesab edirdilər. Kral ilə nazirlər arasında razılıq əldə edilmişdi. Bir az keçdikdən sonra onun vaxtı gəlib çatdı. 1862-ci ilin payızında Prussiyada siyasi böhran baş verdi. Hakim dairələr krala Konstitusiyanı ləğv etməyi məsləhət görürdülər. Vəziyyət elə çətinləşmişdi ki, kral taxt-tacdan imtina etmək qərarına gəlmişdi. Onda hərbiçilər “vəhşi yunkeri” Prezident-nazir vəzifəsinə irəli sürdülər. Onlar deyirdilər ki, yalnız o, “güclü əl” ilə landtaqı susdura bilər. 1862-ci il sentyabrın 23-də onu əvvəl Prussiya Nazirlər Kabinetinin tərkibinə daxil etdilər, iki həftədən sonra isə Prezident-nazir vəzifəsinə təyin edildi. Vəzifəyə təyin ediləndə o çıxış edərək bildirdi:”Almaniya Prussiyanın liberalizminə yox, onun gücünə baxır. Zamanın böyük məsələləri parlament çıxışları və qətnamələri ilə deyil, dəmir və qanla həll olunur”. Bununla O, gələcək siyasi fəaliyyətində gücə arxalanacağını bəyan etdi. O, siyasi və diplomatik müvəffəqiyətin əsasını bunda görürdü.

Bismark 28 il Prussiyanın, sonra isə Almaniya imperiyasının siyasətinə rəhbərlik etdi. Onu hakmiyyətə hərbiçilər gətirmişdilər və o, landtaqa , siyasi partiyalara deyil, krala və hərbi müşavirlərə arxalanırdı. Prussiyanın hərbi naziri Albret fon Roon, baş qərargah rəisi Helmut Moltke və Bismark Prus kralının əli altında yaradılmış bu “üçlük” Prussiya və Almaniyanın siyasi həyatında mühüm rol oynamağa başladılar. Bismark başa düşürdü ki, bu şəxslər olmadan onun siyasəti müvəffəqiyyət qazanmayacaq.

Bismark hansı vəzifədə olduğundan aslı olmayaraq Almaniyanın birləşdirilməsi planından əl çəkmirdi. Bu məsələdə Pusiyanın bitərəfliyini əldə etdikdən sonra o. Şlezvinq və Qoldşteynin Danimarkadan ayrılaraq Alman İttifaqına daxil edilməsi planını həyata keçirməyə başladı. İngiltərə çığır-bağırdan savayı bir şey edə bilmədi. Fransanın başı Meksikadakı müharibəyə qarışmışdı. Avstriya isə Prussiya ilə birgə çıxış etməyə məcbur oldu. Az vaxtda Danimarka məğlub edildi. Lakin Bismark başa düşürdü ki, Avstriyanı birləşmə hərəkatından sıxışdırıb çıxarmalıdır. Rusiya Avstriyanın zəifləməsini istəyidi. Fransaya isə ərazi güzəşti vəd edən Bismark onun bitərəfliyinə nail oldu. 1866-cı ildə Sadovo yaxınlığında Avstriya ordusu darmadağın edildi. Müvəffəqiyyətdən başı gicəllənən Moltke Vyanaya hücum etmək istəyirdi. Kral da onun tərəfində idi. Bismark başa düşürdü ki, hücumu genişləndirsə, bi iri dövlətləri qıcıqlandıracaq və əldə etdikləri də puça çıxacaq. Ona görə müşavirə zamanı həm krala, həm də hərbiçilərin planına qarşı çıxdı. Böyük müqavimətlə rastlaşan Bismark dəlicəsinə çığıraraq, öz istefasını tələb etdi. Onun bu hərəkətindən qorxuya düşən kral və müşahidəçilər ona güzəştə getməyə məcbur oldular.

Fransa Şərqdə güclü, birləşmiş Almaniyanın yaranmasını istəmirdi. Prussiyanın başçılğı altında Şimali Alman İttifaı yarananda bu təhlükə reallığa çevrildi. Fransa Avstriya ilə danışıqlara başladı və müvəffəqiyyətsziliyə uğradı. Baş qərargah səbrsizlik göstərirdi. Bismark hərbiçilərə başa salırdı ki, hazırlız müharibə məğlubiyyətə gətirib çıxacaq.

1870-ci ilin yayında Prussiya hərbi cəhətdən müharibəyə hazır idi. İndi bəhanə lazım idi. Bəhanə boşalmış İspaniya taxt-tacına namizəd üstündə Fransa ilə Prussiya arasında mübahisə oldu. Kral Vilhelm Bismarkın irəli sürdüyü namizədə qəti etiraz etdi. Lakin “üçlük” kralı inandırdı ki, Prussiyanın mənafeyi bunu tələb edir. Buna baxmayaraq kral Fransa nümayəndələri ilə danışığa başladı. Bismark qəzəbləndi. Danışıqların hesabatı ona gəlib çatanda “üçlüyün” razılığı ilə mətndə dəyişiklik edildi. Hesabatın “ruhundan” əsəbiləşən III Napoleon Prussiyaya müharibə elan etdi. Bismark istədiyinə nail oldu. Hərbi əməliyyatlar nəticəsində nəinki Fransız ordusu məğlub oldu, hətta Fransa imperatoru Sedanda əsir düşdü. Moltkenin bir gözü Bismarkda idi. Qorxurdu ki, 1866-cı ildəki kimi, qələbədən sonra sülh danışıqlarına başlasın. Bu dəfə isə Bismark hərbiçilərin ləng hərəkət etməsindən narazı idi. O, başa düşürdü ki, sürətlə Parisə hərəkət etməsələr, bitərəf ölkələr işə qarışa bilərlər. İndiyədək Bismarka adi zabit kimi baxan hərbiçilər müşavirədə qərara gəldilər ki, “belə müharibədə hərbi və diplomatik rəhbərlik əl-ələ verib fəaliyyət göstərməlidir”. Məhz, Bismark da hərbi maraqla, siyasi marağı birləşdirmək istəyirdi.

Fransada genişlənən partizan hərəkatı Bismarkın planını pozdu. O, Fransa üzərində böyük qələbə qazanmaq istəyirdi, amma qorxurdu ki, bu qələbə “Pir qələbəsi”nə çevrilə bilər. Ona görə Pyer höküməti ilə sülh danışıqlarına başladı.

1871-ci il yanvarın 18-də Versalda, XIV Lüdovikin güzgülü zalında, məğlub edilmiş rəqibin gözü qarşısında Alman imperiyası yarandı. Prussiya kralı Almaniya imperatoru elan edildi. Bismark arzusuna çatdı. 1871-ci il fevralın 26-da Fransa sülh müqaviləsini imzalamağa məcbur oldu. Müqaviləyə görə Fransanın Elzas və Lotaringiya əyalətləri Almaniyaya keçdi. Bismark Fransa əyalətlərinin Almaniyaya keçməsinin siyasi nəticəsini də dərk edirdi. Bu gündən etibarən Fransa Almaniyaya düşmən kəsiləcək və gələcəkdə bununla hesablaşmaq lazım gələcəkdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin