Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Bərpaçılığa qarşı mübarizə və Karbonarilər



Yüklə 0,52 Mb.
səhifə56/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   138
Yeni tarix müh

Bərpaçılığa qarşı mübarizə və Karbonarilər.

XIX əsrin 20-30 cu illərində dağınıq fəaliyyətgöstərən vətənpərvərlər klerikal rejimə və onları müdafiə edən Avstriya imperyasına qarşı qeyri-bərabər şəlkildə mübarizə aparırdılar. Lakin bu qüvvələr mübarizədə itkilər verib məğlub oldular. Buna baxmayaraq, həmin qüvvələr yenidən təzələndilər. Ölkədəki sosial dəyişikliklərdə müxalifət düşərgəsi az iş görməmişdir. Bu prosesdə, öz növbəsində, şəhər və kənd sahibkarları çoxsaylı orta şəhər təbəqələri arasında geniş əks-səda doğurmuşdur . Ziyalı aristokratlar, yüksək çəkili məmurlar, azad sənət sahibləri ali məktəb müəllimləri, tələbə və hərbiçilər, Napoleon ordusunda təlim görmüş insanlar və s. müxalifətin əhval-ruhiyyəsinin artması naminə böyük işlər görürdülər. Bərpa dövrünün bütün onilliklərində qeyri-leqal fəaliyyət göstərən Karbonari təşkilatı əhalinin dəyişiklik istəyən təbəqəsinin əhval-ruhiyyəsini özündə əks etdiridilər. Onlar hakim rejimə münasibətdə sanballı mövqe tutur, respublika qurululuğu vaxtınının gəldiyini deyir, İtaliyanın düçar olduğu bəlalardan söhbət açırdılar. Bir sıra İtaliya dövlətlərini əhatə edən və beynəlxalq aləmdə əks-səda yaradan 1820-1821-ci illər eləcə də 1831-ci il inqilabi hərəkatlarının təşəbbüskarları məhz karbonarilər olmuşdur.

Karbonarilərin təbliğatı ilə 2 iyul 1820-ci ildə əyalət şəhərciyi olan Nolada yerləşən hərbi hissədə baş vermiş üsyanla Neapolda inqilab başladı. Bu inqilab Siciliya adası da daxil olmaqla bütün krallığı bürüdü və gözlənilmədən tez qələbə çaldı. Sicilya krarlı I Ferdinanda müqavimət göstərməkdən vaz keçib konstitusiya qəbul etmək və onun əsasında seçki keçirməyə razı oldu. Üsyançıların əsas tələbi 1812-ci ildə qəbul edilmiş İspaniya konstitusiyasına uyğun konstitusiya quruluşunun həyata keçirilməsi idi. Üsyanın rəhbərləri bununla öz vəzifələrini bitmiş hesab edirdilər. Onlar hətta xalq kütləsinin xeyrinə iqtisadi islahatların aparılması tələbini də parlamentdə etmədilər.

Neapol parlamenti konstitusiyasını müdafiə edəcəyinə söz verən I Ferdinanda inandı və ona konqresə getmək üçün izcazə verdi. Lakin inqilabı Neapoldan çıxan kral maskasını atdı və qiyamçılarla mübarizədə köməklik istədi. Onun çıxışı Metternixə köməklik göstərdi, Fransa və Rusiyanı qabaqlayaraq Müqəddəs İttifaqdan Neapol inqilabını yatırmaq üçün sanksiya da aldı. Müqəddəs İttifaq isə Cənubi İtaliyada baş qaldırmış konstitusializm hərəkatını məhv etmək üçün Avstriyanın müdaxiləsinə razılıq verdi.

1821-ci il 4 fevral tarixində Avstriya ordusu Papa vilatyətindən keçərək Lombardo-Venetsiyaya doğru irələlədi. Hakimiyyət isə Avstriya ordulatı üçün öz sərhədlərini açdı. Əhali isə inqilabın məğlubiyyətindən məyus olataq heç bir müqavimət göstərmədi. Hərbi hissələrin müqaviməti isə əzildi. 23 mart 1821-ci il tarixində avstriyalılar Neapola daxil oldular

1821-ci ilin mart-aprel aylarında Pyemontda inqilabi hərəkat başladı. İnqilabda ordunun da bir hissəsi iştiak edirdi. Pyemont Karbonarilərinin başlamış olduğu bu inqilab qısa bir müddətdə qalib də gəldi. Pyemont kralı Viktor I Emmanuil qaçmışdı. Lakin Karabonarilər xalq ilə çox zəif əlaqədə idilər. Onların ümidləri Viktor I Emmanuilin oğlu, liberallardan olan Karl Albertə bağlı idi. İnqilab liderləri nümayişdən əvvəl bir neçə dəfə onunla görüşmüşdü. O, isə onları başa düşən kimi özünü göstərərək konstitusiyanın xeyrinə danışmışdır. O konstitusiyaya sadiq qalacağına and içib, hakimiyyəti öz əlinə aldı. Viktor I Emmanuil hakimiyyəti ona verməyə tələsirdi. Təyin edilmiş regent və şəhzadə Albert konstitusiyanın qəbul olunmasına və tanınmış aristokrat Santarozanın rəhbərliyi ilə müvəqqəti hökumətin yaradılmasına mane olmadı. Lakin yeni rejim möhkəmlənməyə macal tapmamış üsyançı qüvvələr 1821-ci ilin aprelində Avstriya monarxiyasına sadiq ordu hissələri tərəfindən darmadağın edildi. Bütün İtaliyada olduğu kimi, Pyemontda da irticaçı qüvvələr hakim mövqedə idi. Artıq bu vaxt Risordajmentonun siyasi-tarixi üçün xarakterik olan sağ və sol radikalistlər mübarizə metodları tərəfdarlarının bağlılığı yarandı.

Neapol və Pyemontda inqalabın məğlubiyyətindən sonra irtica əksər İtaliya dövlətlərində yayıldı. Hər yerdə karbonarilərin kütləvi məğlubiyyətləri və edam edilməsi başlamışdır. 1831-ci ilin fevralında Mərkəzi İtaliyada (Papa vilayəti olan Bolonyada) olaninqilabi hərəkat Fransadakı iyul inqilabının və Belçikada baş vermiş konstisyon quruluş və müstəqillik uğrundakı mübarizənin birbaşa təsiri ilə başlamışdır. Üsyançılar bu dəfə Parmda, Modendə və Papa vilayətlərində cəmləşmişdilər. Lakin, Pyemont, Neapol və Toskana üsyançıları dəstəkləyə bilmədilər. 1820-1821-ci illərdə olduğu kimi, üsyançılar qısamüddətli qələbəyə nail ola bilmişdilər. Adı çəkilən İtaliya dövlətləri birlik forması kimi mərkəzi Bolonya şəhəri olan birləşmiş İtaliya əyalətini elan etdilər. Papa XVI Qriqori tərəfindən gətirilən Avstriya ordusu üsyançıları təslim olmağa məcbur etdi və hərəkatın iştirakçılarına divan tutdu.

Beləliklə 10 il əvvəl olmuş Neapol və Pyemontda hadisə təkrar olunurdu. Müvəqqəti hökümət özünü itirərək müdafiəni təşkil etməkdə aciz qaldı. Beləliklə Mərkəzi İtaliyada başlamış inqilab artıq mart ayının sonlarında yatırılmış oldu.

1821-1831-ci illərdə İtaliyada baş vermiş inqilablar xaraktercə burjua demokratik deyil, sadəcə olarağ burjua inqilabı idi. Bu inqilablar gizlin cəmiyyətlər tərəfindən hazırlanmışdır ki, həmin cəmiyyətlərdə burjuaziya və liberallar tərəfindən təşkil olunmuşdur. Ən obyektiv vəzifəsi isə hakimiyyəti ələ almaq idi. Onlar geniş xalq kütləsini özlərinə tərəf çəkmədilər.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin