Mühazirə -V. DİM 6 Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin edilməsi


Su Ehtiyatları üzrə İnteqrasiyalı İdarəetmənin (SEİİ) tətbiqi səviyyəsi



Yüklə 271,88 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix07.04.2023
ölçüsü271,88 Kb.
#94261
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-V. Davamli inkisaf(06.04.23)

Su Ehtiyatları üzrə İnteqrasiyalı İdarəetmənin (SEİİ) tətbiqi səviyyəsi. 
Beynəlxalq səviyyədə razılaşdırılmış tərifə əsasən, Su Ehtiyatları üzrə 
İnteqrasiyalı İdarəetmə (SEİİ) həyati əhəmiyyət daşıyan ekosistemlərin 
dayanıqlılığına xələl gətirmədən iqtisadi və sosial rifahı ədalətli şəkildə 
maksimum səviyyəyə çatdırmaq məqsədilə su, torpaq və əlaqəli resursların 
əlaqələndirilmiş şəkildə inkişafını və idarə olunmasını yaxşılaşdıran prosesdir 
(Qlobal Su Tərəfdaşlığı 2010). “Su ehtiyatları üzrə İnteqrasiyalı İdarəetmənin 
tətbiqi səviyyəsi” göstəricisi faizlə ifadə olunur və ölkədə su ehtiyatlarının 
idarəçiliyinin nə dərəcədə inteqrasiyalı olduğunu səciyyələndirir. BMT-nin Ətraf 
Mühit Proqramı (UNEP) tərəfindən göstəricinin qiyməti üzrə 6 kateqopriya 
müəyyənləşdirilib: çox aşağı (0-10 faiz); aşağı (11-30 faiz), orta aşağı (31-50 
faiz); orta yüksək (51-70 faiz); yüksək (71-90 faiz); çox yüksək (91-100 faiz).
Göstərici üzrə qiymətləndirmələr 4 komponent (normativ-hüquqi baza; SEİİ-nin 
tətbiqinə dəstək göstərən təşkilatlar və onların vəzifələri; idarəetmə vasitələri; 
maliyyələşdirmə) əsasında aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
tərəfindən 2019-cu və 2020-ci illər üçün aparılan qiymətləndirmənin nəticələrinə 
əsasən Azərbaycan Respublikasında su ehtiyatları üzrə inteqrasiyalı 
idarəetmənin tətbiqi səviyyəsi 30 faiz (“aşağı”) təşkil etmişdir. Suyun istifadəsi 
sahəsində əməkdaşlıq haqqında sazişlərlə əhatə olunan transsərhəd su 
hövzələrinin xüsusi çəkisi transsərhəd hövzələrin suyun istifadəsi sahəsində 
əməkdaşlığa dair işlək sazişə malik ölkənin daxilində olan hissəsinin sahəsidir. 


2015-2020-ci illər ərzində suyun istifadəsi sahəsində əməkdaşlıq haqqında 
sazişlərlə əhatə olunan transsərhəd su hövzələrinin xüsusi çəkisi 21,7 faiz təşkil 
etmişdir. 

Yüklə 271,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin