Mühazirə -V. DİM 6 Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin edilməsi


DİM 7. Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə



Yüklə 271,88 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix07.04.2023
ölçüsü271,88 Kb.
#94261
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-V. Davamli inkisaf(06.04.23)

DİM 7. Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə 
çıxışını təmin etmək. Enerji dayanıqlı inkişafa nail olunması və yoxsulluğun 
aradan qaldırılması üçün mühüm amildir. İnsanların səmərəli fəaliyyət 
göstərməsi və onların bərabər inkişafı etibarlı və sərfəli enerjidən asılıdır. Bu 
baxımdan biznes, tibb və təhsildən tutmuş kənd təsərrüfatı, infrastruktur, 
kommunikasiya və yüksək texnologiyalara kimi bütün sahələrin enerji 
təchizatının yaxşılaşdırılması əsas şərtdir. BMT-nin açıqladığı məlumata əsasən, 
2010-cu illə müqayisədə 2019-cu ildə elektrik enerjisinə qlobal çıxış səviyyəsi 
83 (%) faizdən 90 (%) faizə yüksəlmiş və 1,1 milyard insan ilk dəfə elektrik 
enerjisi ilə təmin olunmuşdur. Bununla belə, 2019-cu ildə 759 milyon insan hələ 
də elektrik enerjisi ilə təmin olunmamışdır, onların dörddə üçü Sub-Saxara 
Afrikasının payına düşür. Bu tendensiya davam edərsə, 2030-cu ildə 660 milyon 
insanın hələ də işıqsız qalacağı gözlənilir. Qlobal səviyyədə, yemək hazırlamaq 
üçün təmiz yanacaq və texnologiyalara çıxışı olan əhalinin xüsusi çəkisi 2010-cu 
ildəki 57 faizdən 9 faiz bəndi artaraq 2019-cu ildə 66 faiz təşkil etmişdir, lakin 
bu irəliləyişə baxmayaraq 2,6 milyarda yaxın insan yemək hazırlamaq üçün hələ 
də ilk növbədə səmərəsiz və çirkləndirici sistemlərdən istifadə edir. Təmiz 
yanacaq və enerjiyə, o cümlədən bərpa olunan enerjiyə çıxış imkanlarının 
artırılması məqsədi ilə təmiz və bərpa olunan enerjini dəstəkləmək üçün inkişaf 
etməkdə olan ölkələrə beynəlxalq maliyyə axını 2010-cu ildəki 9,9 milyard ABŞ 
dollarından 2018-ci ildə 14 milyard ABŞ dollarına yüksəlmişdir.
DİM 7 hamı üçün əlçatan, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxış 
imkanının təmin edilməsini, qlobal enerji təchizatında bərpa olunan enerjinin 
payının əhəmiyyətli dərəcədə artırılmasını, enerji səmərəliliyinin artırılması 
səviyyəsinin ikiqat qaldırılmasını nəzərdə tutur. Bu da, öz növbəsində, bütün 
ölkələrdə hamının müasir və dayanıqlı enerji xidmətləri ilə təchiz edilməsi üçün 
enerji infrastrukturunun genişləndirilməsini və texnologiyaların yenilənməsini 
zəruri edir. Qeyd olunanlara əlaqədar, təmiz enerjiyə dair tədqiqat və 
texnologiyaya çıxış imkanlarının genişləndirilməsi üçün beynəlxalq əməkdaşlıq 
gücləndirilməli, enerji infrastrukturu və təmiz enerji texnologiyasına 
investisiyalar təşviq edilməlidir. Azərbaycanda elektrik enerjisinə çıxış hamı 
üçün əlçatan olmuşdur. Belə ki, 2010-2020-ci illər ərzində elektrik enerjisinə 
çıxışı olan əhalinin xüsusi çəkisi 100 faiz təşkil etmişdir. 
Son enerji istehlakının ümumi həcmində bərpa olunan enerji mənbələrinin xüsusi 
çəkisi bərpa olunan enerji mənbələrindən istifadə səviyyəsini əks etdirir. Bu 
göstərici bərpa olunan enerjinin miqdarının il ərzində istehlak edilmiş enerjinin 
ümumi miqdarına nisbətinin 100-ə hasili kimi hesablanır. Bərpa olunan enerji 


daim bərpa olunan təbii proseslərdən alınan enerjidir. Bu zaman təbiətdə daim 
baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində 
tükənə bilməz. Bərpa olunan enerji mənbələrinə su elektrik stansiyalarının 
elektrik enerjisi, külək enerjisi, qabarma, dalğa və okean enerjisi, günəş enerjisi, 
geotermal enerji, bərk biokütlə, bioqazlar, maye bioyanacaq aiddir. 2010-2020-
ci illər ərzində ümumi enerji təchizatında bərpa olunan enerjinin xüsusi çəkisi 4,2 
faizdən azalaraq 1,2 faizədək enmişdir. Azərbaycanda 2020-ci ildə bərpa olunan 
mənbələrdən enerji təchizatı 2010-cu ilə nisbətən 44,98 faiz azalaraq 212,7 min 
neft ekvivalenti tonu (NET) təşkil etmiş və onun 43,2 faizi sudan, 51,0 faizi 
biokütlə (bioyanacaq) və tullantılardan, 1,9 faizi günəş enerjisindən, 3,9 faizi isə 
küləkdən alınmışdır. 

Yüklə 271,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin