Hər 100000 işləyənə düşən istehsalatda həlak olma və xəsarət alma halları, cins üzrə bölgüdə. Bu göstərici istehsalatda həlak olan və xəsarət alan şəxslərin
ümumi sayının muzdla işləyən işçilərin ümumi sayına nisbətinin 100000-ə hasili
kimi hesablanır. Göstərici müvafiq olaraq qadın və kişilər üçün ayrıca hesablanır.
İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək
vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının
zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Hər 100000
işləyənə istehsalatda həlak olma və xəsarət alma hallarının sayı 2020-ci ildə
2010-cu illə müqayisədə 4 hal azalaraq 15 təşkil etmişdir. Baxılan dövr ərzində
istehsalatda həlak olan şəxslərin sayı 68 nəfərdən 48 nəfərədək azalmış, xəsarət
alan şəxslərin sayı isə 196 nəfərdən 202 nəfərədək artmışdır.
Məşğulluq sahəsində milli strategiya çərçivəsində və ya ayrıca strategiya kimi gənclərin məşğulluğu üzrə milli strategiyanın mövcudluğu və onun həyata keçirilməsi. Qeyd etmək lazımdır ki, bu göstərici ölkələrdə gənclərin
məşğulluğu üzrə strategiyanın işlənib hazırlanması, onun həyata keçirilməsi və
Beynəlxalq Əmək Təşkilatının Qlobal Məşğulluq Paktının yerinə yetirilmə
vəziyyətini bildirir. Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsi,
əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin
dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək
məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli
Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələrində başlıca məqsəd olaraq müəyyən edilmişdir. Bu
baxımdan səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli
dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə “