Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix30.03.2023
ölçüsü0,58 Mb.
#91515
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
krgzrlq

"Kargüzarlığın təşkili" kursunun predmetini dövlət orqanları arasında, aparatın vəzifəli 
şəxsləri arasında, xüsusi müəssisələr arasında və bunlarla vətəndaşlar, işçilər arasında sənədlərlə 
işin aparılmasını, onların hərəkətinin nizamlanmasını, istifadə olunmasını və saxlanmasını 
tənzimləyən məsələlər təşkil edir. 
Bu tənzimləmə hüquq normaları əsasında aparılanıq, vətəndaşların hüquqlarını və vəzifələrini 
kargüzarlıq işlərinin təşkilində dəqiqləşdirir. Haqqında söhbət aparılan hüquq münasibətlərinin 
subyektinə dövlət qulluqçuları, onlara müraciət edən şəxslər aid olur. Kargüzarlıq prosesində 
əmələ gələn hüquq münasibətləri aşağıdakı hallarda baş verir: 

sənədlərin tərtib olunmasında; 

vizalaşdırmada; 

xidməti sənədlərin icrası prosesində təsdiq etmədə; 

sənədlərin icrasına nəzarətdə; 

sənədlərin formalaşdınlmasında və saxlanmasında. 
Kargüzarlıq prosesinin gedişi qanunlarla, normativ aktlarla, Vahid Dövlət Kargüzarlıq Sistemi 
ilə və xidməti sənədlərin hazırlanmasında istifadə olunan dövlət standartları ilə tənzimlənməlidir. 
Dövlətin qəbul etdiyi iqtisadi - hüquqi istiqamətlər, ölkənin sosial- iqtisadi inkişafının təşkil 
olunması, xüsusi mülkiyyətin formalaşması idarəetmə sisteminin yenidən qurulmasına gətirib 



çıxarır. Kargüzarlığın təşkili prinsipləri belə halda dövlət orqanlarında kargüzarlıq aparatının 
fəaliyyəti üçün vahid sənədləşmə xidmətinin qurulmasını tələb edir.sBu prinsiplər iki əsas qrupa 
bölünür: 
l. Kargüzarlığın qurulması istiqamətlərini müəyyən edən ümumi prinsiplər. 
2. Kargüzarlığın təşkilinin xüsusi prinsipləri. 
Ümumi prinsiplər idarəetmə fəaliyyətindən asılı olmayaraq bütün dövlət aparatında, idarə, 
müəssisə və təşkilatlarda eyni formada fəaliyyət göstəriıVXüsusi prinsiplər isə kargüzarlığın 
hansı sahəyə aid olduğu istiqaməti konkretləşdirir və bilavasitə o sahəni əhatə edir. Kargüzarlığın 
qurulması məsələlərinin prinsiplərində qeyd edilmişdir ki. idarəetmədə yeni qaydaların, 
vəzifələrin həlli üçün sənədlərlə işləmənin formaları yenidən qurulmalı, kompüter sistemlərinin 
imkanlarından daha da geniş istifadə etməyə şərait yaradan vahid, birtipli \ə asanlıqla idarə 
edilən, müasir kargüzarlıq sistemi yaradılmalıdır. 
Dövlət kargüzarlığının prinsiplərinin formalaşdınlmasında əsas məsələlər idarəetmə aparatının 
çevikliyinin möhkəmləndirilməsini, idarəetmə sisteminin daha da təkmiliəşdirilməsini müəyyən 
edən proseslər araşdırılmalı və qaydalar hazırlanmalıdır. Müasir kargüzarlıq sisteminin 
prinsipləri onu göstərir ki, yeni kargüzarlıq aparatını qurmaq və möhkəmləndirmək vacibdir. 
Kargüzarlıq xidmətinin təşkilinin gedişi aşağıdakı prinsiplərə də cavab verməlidir: 
1. 
İxtisaslaşma prinsipləri, yəni kargüzarlıq əməliyyatlarında və sənədlərlə işləmədə iş 
bölgüsünün aparılması. 
2. 
Paralellik prinsipləri, yəni iş proseslərinin icra müddətinin qısaldılması məqsədi ilə ayrı-ayrı 
kargüzarlıq əməliyyatlarının paralel yerinə yetirilməsi. 
3. 
Dəqiq çatdırma üsulu prinsipi, yəni sənədlərin hazırlanma yerindən onların icra yerinə qısa 
yollarla çatdırılması. 
4. 
Fasiləsizlik prinsipləri, yəni sənədlərlə iş prosesində işlərin operativliyini təmin etmək 
məqsədi ilə bir sıra fasilələrin aradan qaldırılması. 
•5. Ritmlilik prinsipləri, yəni idarəetmə aparatı qarşısında qoyulmuş məsələlərin eyni vaxtda 
icra olunması. 
Vəsaitdə qoyulmuş məsələlər praktikada yerini tutmuş və özünü doğrultmuş metod, təcrübələr 
və materiallar əsasında qurulmuşdur. Burada sənədləşmə sisteminin aparılması üç istiqamətdə 
müəyyən olunur: 



1. 
Dövlət hakimiyyət orqanlarının sənədləşmə sistemi üzrə
2. 
İdarəetmə orqanlarında sənədləşmə sistemi üzrə; 
3. 
Müəssisələrin, maliyyə, bank, məhkəmə və digər təşkilatların sənədləşmə sistemləri üzrə. 
4. 
Dövlət hakimiyyət orqanlarının fəaliyyətini əhatə edən əsas sənədlər qrupunu hüquqi 
aktlar, qanunlar, fərmanlar, qərarlar, protokollar və s. tutur. Buna görə də kargüzarlıq aparatının 
düzgün qurulması sahəsində qəbul olunmuş normativ sənədlər tamamilə istisnasız olaraq bütün 
dövlət idarələrinə, yerli, mərkəzi idarəetmə orqanlarına, xüsusi müəssisələrə, notariat, tədris. 
arxiv, gömrük və s.. idarələrə aid olmalıdır. 
5. 
Azərbaycan Demokratik Respublikasının qurulduğu ilk günlərdən bütün aparat 
işçilərindən tələb edilirdi ki, kargüzarlıq işlərinin sənədləşdirmə hissəsinin aparılmasını daha 
dəqiq və səmərəli təşkil etsinlər. 
6. 
İndiki və gələcək idarəetmə işlərimizdə vətəndaşların ərizələrinə, şikayətlərinə, təklif və 
məktublarına diqqətlə yanaşılaraq onların rəsmiləşdirilməsi qaydaları öyrənilməli, vətəndaşların 
məktublarma tez və vaxtında cavab verilməlidir. 
7. 
Kargüzarlığın texniki təşkili və onun aparılmasının mədəni səviyyəsi müəssisənin 
idarəetmə fəaliyyətinə müsbət təsir göstərir. O, sadə və çevik olmalıdır. İdarəetmə sistemində 
kargüzarlıq əməliyyatlarını icra edərkən səliqəli olmaq tövsiyə edilir və sənədlərin qeydə ahnma 
işlərində, onların doldurulmasında diqqətli olmağı tələb edir. 
8. 
Bu gün idarəetmə sisteminin təkmilləşdirilməsi kargüzarlığın inkişafına mühüm təsir 
göstərir, deməli, qarşıda kargüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi üzrə əsaslı işlərin aparılması 
qoyulur. İdarə aparatının fəaliyyətinin səmərəliliyi sənədlərlə işin düzgün təşkili ilə qırılmaz 
surətdə bağlıdır. Praktiki olaraq məlumat mənbələri əsasında qərarların hazırlanması və qəbulu 
ilə əlaqədar olan bütün idarəetmə məsələləri sənədləşdirmədən, sənədlərin yaradılması, icrası və 
rəsmiləşdirilməsindən kənarda qala bilməz. 
9. 
İdarə aparatının bütün işçilərinin, texniki icraçılardan tutmuş struktur bölmələrinin 
rəhbərlərinədək fəaliyyəti sənədlərlə əlaqəlidir. Bir hissə sənədləri yaradır, digərləri sənədlərin 
rəsmiləşdirilməsini və verilməsini təmin edir. Onlara əsasən qərarlar qəbul edilir və sonra isə 
icraya yönəldilir. Müasir dövrdə iqtisadiyyatın idarə edilməsi normativ hüquqi sənədlərə 
əsaslanaraq qurulmalıdır. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin