- sənədlərin qəbulu, qeydə alınması və uçotunu;
- sənədləri bölüşdürmək və icraçılara çatdırmağı;
- göndərilən sənədləri rəsmiləşdirmək və yola salmağı;
- kompüterdə və texniki vasitələrlə sənədlərin sayını çoxaltmaq;
- sənədlərin icrasına nəzarət etmək;
- sənədlərin vaxtında icraçılardan qaytarılmasını tələb etmək;
- sənədləri cilidlərə tikmək və formalaşdırmaq;
- işləri hazırlamaq və arxivə təhvil vermək;
- arxiv sənədlərindən istifadə etməyi təşkil etmək;
- bütün bölmələrdə kargüzarlığın təşkilinə müntəzəm metodiki rəhbərlik etmək və
təkmilləşdirmək;
- kargüzarlıqla məşğul olan əməkdaşların ixtisasartırma kurslarını təşkil etmək;
- tabelikdə olan bölmələrdə kargüzarlığın vəziyyətinə nəzarət və əməli kömək etmək.
Katiblik bütün daxil olan məktub və yazıları yoxlayır, onları rəhbərliyə çatdırır, əmrlərin və
məktubların layihələrini hazırlayır; kollegiya planlarının layihələrini hazırlayır və quruluş
bölmələrinə göndərir, kollegiyanın vaxtını bildirir; müşavirələrin protokolunu tərtib edir və
göndərir, kollegiyanın qərarlarının yerinə yetirilməsinə nəzarət edir.
Dəftərxanada aşağıdakı bölmələr fəaliyyət göstərir:
- kargüzarlığı səmərəliləşdirən bölmə - kargüzarlıq xidmətinin təkmilləşdirilməsi üçün
tədbirlər hazırlayır və onları həyata keçirir; kargüzarların ixtisaslarını artırmaq üçün tədbirlər
görür və xüsusi ixtisasartırma kursları təşkil edir; kargüzarlıq haqqında təlimat işləyib hazırlayır;
müəssisədə işlərin nomenklaturasını hazırlayır və təsdiqə göndərir;
- icraya nəzarət edən bölmə - icraya çevik, nəzarət edir və bu haqda rəhbərliyə xəbər verir;
sərəncamverici sənədləri rəsmiləşdirir və göndərir; xidmət işçiləri üçün olan sənədlərin uçotunu
aparır. Rəhbərliyə imza etmək üçün veriləcək sənədlərin düzgün tərtib olunmasını və keyfiyyətini
yoxlayır. Vətəndaşların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmasına nəzarət edir və bu
haqda rəhbərliyə bildirir. Vətəndaşların qəbulunu təşkil edir;