Paleocoğrafi xəritə- belə xəritə adətən kiçik miqyaslarda qurulur və orda litologiya ilə bərabər aşınma, daşınma və toplanma zonaları qeyd edilir.
Bərabər qalınlıqlar xəritəsi-izopaxit yəni, həqiqi qalınlıqlar əsasında qurulan xəritə və izoxor xəritəsi, bu xəritənin qurulmasında şaquli qalınlıqlardan istifadə edilir.
Deyilənlərdən əlavə müxtəlif geoloji məsələ və problemləri həll etmək üçün müvafiq miqyasda çoxlu sayda başqa xəritələrdə tərtib edilir.
Ədəbiyyat Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1973, 1084 (rus dilində);
Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);
Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991
İmtahan sualları: Geoloji qrafiklər haqqında anlayış
MÜHAZİRƏ 3 Geoloji cisim anlayışı və geoloji sərhədlərin növləri. Tarix: 05.10.2021 Plan: 1. Geoloji cisim anlayışı və növləri 2.Geoloji sərhəd və onun növləri
Geoloji cisimlər və geoloji sərhədlər Məlumdur ki, Yer qabığında müxtəlif tərkibə, müxtəlif formaya və müxtəlif ölçüyə malik geoloji obyektlər, geoloji cisimlər mövcuddur. Geoloji cisim geoloji statik fəzanın geoloji sərhədlərlə hüdudlanmış elə bir hissəsinə deyilir ki, onun daxilində həmin sərhəd-ləri ayıran amillər sabit yaxud əhəmiyyətsiz dərəcədə dəyişməyə məruz qalmış olsunlar.
Geoloji statik fəza dedikdə ilə bir geoloji cismin yerləşdiyi mühit nəzərdə tutulur (Yer qabığı yaxud bütövlükdə Yer planeti).
Geoloji sərhəd dedikdə isə, bir geoloji cismin digərinə keçməsi ilə bağlı onun tərkibinin səlis yaxud kəskin dəyişdiyi səddə deyilir.Deməli Yer qabığının təbii yolla əmələgəlmiş istənilən cismi geoloji cisim kimi qəbul edilə bilər. Bəzən eyni kimyəvi tərkibə malik olmasına baxmayaraq kristallik şəbəkəsində atom ionlarının düzümünün fərqli olması ilə fiziki, mexaniki, kimyəvi xüsusiyyətlərinə görə fərqli olan geoloji cisimlər əmələ gəlir. Məsələn: kimyəvi tərkibi karbon elementindən ibarət olmasına baxmayaraq məhz kristallik şəbəkəsində atom və ionların düzülüşünün fərqli olması, fiziki-kimyəvi xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən almaz və qrafit mine-ralların yaranmasına səbəb olur.
Yer qabığında minerallardan tutmuş bütövlükdə Yer kürəsinə qədər təbii yolla əmələ gəlmiş cisimlər geoloji cisimlərdir. Mineral, kristal, lay, lay dəstəsi, horizont, çökmə qatı, qranit və bazalt qatı bütövlükdə Yer kürəsi geoloji cisim kimi qəbul edilir.
Geoloji sərhədlərin növləri—Geoloji cisimləri ayıran geoloji sərhədlər müxtəlif xüsusiyyətdə ola bilərlər. Burda onların tərkibindən, quruluşundan və morfologiyasından asılıdır. Əksər geoloji cisimlər arasında geoloji sərhədlər aydın, əksər geoloji cisimlər arasında isə geoloji sərhədlər aydın seçilmir. Elə buna görə də geoloji sərhədlərin aşağıdakı növlərə ayrılır:
Aydın yaxud kəskin ifadə olunmuş sərhəd;
Səlis yaxud qeyri-müəyyən sərhəd.
Layların uyğun yatımında həm kəskin, həm də qeyri-müəyyən sərhədlər müşahidə olunur. Layların qeyri-müəyyən yatımında isə əksər hallarda aydın sərhəd müşahidə edilir. Aydın yaxud kəskin ifadə olunmuş sərhəd dedikdə bir geoloji cisimdən digərinə keçid birbaşa baş verir.
Fasiləsiz çöküntü toplanma şəraitində layların uyğun yatımında çox kiçik qalınlığa malik (qalınlığı mm və sm-lə ölçülür), litaloji tərkibi hər iki geoloji cismin litoloji tərkibindən fərqli olan, nazik ara qatda kəskin sərhəd rolunu oynaya bilər. Ara qatın qalınlığı nə qədər kiçik olarsa geoloji sərhəd bir o qədər aydın ifadə olunur.
Əksər hallarda kəskin sərhəd dedikdə, bilavasitə iki bir-birinin üzərində yatan müxtəlif paleocoğrafi şəraitdə formalaşmış geoloji cisimlər arasında onları bir-birindən ayıran səth nəzərdə tutulur. Qeyri-uyğun geoloji sərhəddə bir geoloji cisimdən digərinə keçid birbaşa deyil, tədricə keçir.
Səlis yaxud qeyri-uyğun sərhəd o zaman formalaşır ki, fasiləsiz çöküntü toplanma zamanı layların uyğun yatımında iki geoloji cisim litoloji tərkibinə uyğun bir neçə ara qatı yaranmış olsun. Geoloji sərhəd elə bir zaman kəsimidir ki, onun ərzində növbəti geoloji cismin formalaşması üçün çöküntü toplanma hövzəsində paleocoğrafi şərait qismən və yaxud təmamilə dəyişmiş olsun. Aydın sərhədlər bir qayda olaraq çöküntü toplanma hövzəsində uzun müddətli fasilə zamanı yerin relyef səthinə ekzogen proseslə-rin göstərdiyi fiziki-kimyəvi, mexaniki təsiri zamanı yaranan fiziki səth kimi qəbul edi-lir. Qeyri-müəyyən sərhəd isə çöküntü toplanmada baş verən qısa müddətli fasilə zamanı formalaşır.