Sahə üzrə müxtəlif növ laylanmanın inkişaf etmə zonaları Layların ilk və törəmə (ikinci) yatımı Yer səthindəki çöküntülərin əksər hissəsi dəniz və ya kontinental hövzələrdə, eləcə də dəniz sahili düzən zonalarda toplanır. Məlumdur ki, çöküntütoplanma səthinin ilk dövrdə çox kiçik mailliyi (10 –dən az) olur. Əksər hallarda maillik 150 –dən artıq olmur. Nadir hallarda isə bir neçə dərəcə olur. Sualtı sürüşmələrdə və sualtı qayalıq zonalarda səthin mailliyi bir neçə on dərəcəyə çatır. Ona görə də çökmə süxurların əksər hissəsi ilk dövrdə horizontal yatıma yaxın olur. Əgər çöküntütoplanma fasiləsiz olaraq uzun müddət davam edərsə , hövzə dibi daha yaxşı nivelirlənir. İlk mailliyi 3-40 , bəzən isə 100 olan süxurlara çöküntütoplanmanın yerüstü yamaclarda, sualtı qalxımlarda getdiyi sahələrdə rast gəlmək olur. Çökmə süxurların ilk yatımı çox nadir hallarda saxlanır, çünki ilk yatım sonradan baş verən tektonik hərəkətlər nəticəsində pozulur. Tektonik hərəkətlər çökmə süxurlarda bir istiqamətli maili yatım və qırılma pozğunluğu yaradır.
Kəsilişdə laylanmanın növləri
Çəp laylanma
İmtahan sualları: 1.Lay və onun elementləri
2. Laylanmanın növləri
Ədəbiyyat 1.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
2. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991
3.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. .Moskva, Nedra, 1973, 1084 (rus dilində);
4.Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);
Hacıqasımov A., Orucov V.Ə. , Hüseynov H.M. Struktur geologiya və geologi xəritəalma, Bakı 1989. (Azərbaycan dilində)
N.R.Nəimanov, M.S.Babayev, G.C.Nəsibova. , Ş.Ə.Qənbərova. Struktur geologiya və geoloji xəritəalma, Bakı- 2013. (Azərbaycan dilində)
7.Məmmədov T.Ə., Kərimov A.Ə. Struktur geologiya və geoloji xəritəalmanın əsasları. AzNKİ nəşri, 1972;
8.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.