Astara termal su bulaqları. Bu bulaqların suları İstisuçay dərəsində çaqıllı terrasdan çıxır. Alaşa, Maşxan bulaqlarının yerləşdiyi sahədə 30-500 m dərinlikdə qazılmış quyulardan 35-50°C temperaturlu termal sular alınmışdır. Bulaq və quyu sularının ümumi debiti 50 l/Can, minerallaşma dərəcəsi 18-20 q/l-dir. Suların tərkibi xloridli-natriumludur. Alaşa bulağının suyu paleogen-eosen yaşlı bazalt, andezit, tuflu qumdaşı, alevrolit və argillit süxurlarından çıxır. Maşxan bulağının suyunun çıxarları isə orta oliqosen yaşlı tuflu qumdaşı süxurları ilə əlaqədardır, temperaturu 16,8°C-dir.