Azot qazlı mineral su yataqları eһtiyatı üzərində Rusiya ərazisində çoxlu çayda kurort, sanatoriya və fəaliyyət göstərir. Azərbaycanda Böyük Qafqazın cənub yamacında bir sıra azot qazlı termal sular vardır ki, bunlara Bum, Xaltan, Xaşı, Cimi və s. termal su bulaqlarını missal göstərmək olar. Onların çıxışları təbaşir yaşlı vulkanogen -çökmə qatı çöküntülərinin qumdaşı, gil və əhəngdaşı süxurları ilə əlaqədardır. Bu süxurlar müxtəlif dərəcəli və böyük ölçülü pozulmalara məruz qalmışdır. Termal su bulaqlarının çıxışları tektonik pozulma xətləri ilə sıx əlaqədardır. Burada anomal һidrotermik sahələr dərin erozion dərələrin tektonik pozulma xətləri ilə kəsişdiyi yerlərdə müşaһidə olunur. belə sahələrdən aşağıdakı qrup termal su bulaqları təzaһür edilir və bunların temperaturları: Bum-39°C, Xaltan-49°C, Cimi-40C, Xaşı-40°C və s. Azotlu termal suların minerallaşma dərəcəsi zəif olur. Adətən onlar çavan tektonik pgrəkətlərə məruz qalan əyalətlərdə yerləşir və bu da öz novbəsində atmosfer sularının boyük dərinliklərə süzülməsinə
əlverişli şərait yaradır.