Mühazirə-1 İctimai iaşə müəssisələrinin tipləri və onların xarakteristikası


Mühazirə-14 Qabyuma şöbəsində işin təşkili və əməyin mühafizəsi



Yüklə 93,97 Kb.
səhifə17/20
tarix04.12.2022
ölçüsü93,97 Kb.
#72282
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
Mühazirə

Mühazirə-14 Qabyuma şöbəsində işin təşkili və əməyin mühafizəsi,
təhlükəsizlik qaydası.


Zəhmətkeşlərin sağlamlığını qorumaq, işçilərin təhlükəsiz əmək şəraitini təmin etmək, istehsalat zərərçəkmələrinin qarşısını almaq məsələləri dövlətin başlıca qayğılarından biridir. Əmək mühafizəsi qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitusiyasına uyğun, qanunvericilik əsasları, Əmək Məcəlləsi xüsusi qayda və normalar əsasında tənzim edilir. Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57-ci konvensiyasının (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21-ci konvensiyasının) prinsipləri Əmək Məcəlləsində öz əksini tapmışdır. Əməyin mühafizəsi haqqında hər bir işçi maarifləndirilməlidir, bundan əlavə, hər bir gənc işləməzdən öncə bu mövzuda hər hansı bilgiyə sahib olmalıdır. Yalnız bu zaman peşəsini yerinə yetirən şəxslərin təhlükəsizliyi qorunar. “Əmək mühafizəsi”nin metodiki əsası əmək proseslərində istifadə olunan maşınların, alətlərin, avadanlıqların, materialların və başqa texniki və canlı obyektlərin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılmasını təşkil edir. Bunun nəticəsində istehsalın təhlükəli sahələri, təhlükəli vəziyyətlər aşkar edilərək onların aradan qaldırılması üçün elmi əsaslarla tədbirlər hazırlanır. “Əmək mühafizəsi” kursunun əsas məqsədi gələcək mütəxəssislərə lazımi nəzəri bilikləri öyrətmək və təcrübi vərdişlərlə müxtəlif istehsalat proseslərində sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasını təmin etməkdən ibarətdir və sonunda gələcək mütəxəssislər Əmək mühafizəsinin öyrəndiyi məsələlər, şəxslərin daşıdığı öhdəliklər, onların sağlam və təhlükəsiz əmək şəraitini yaratmaq üçün məsuliyyəti bilməli olacaqlar: Travmatizm və xəstələnmənin hansı analiz· metodları var; Təhlükəli və zərərli istehsal faktorları amilləri· barədə necə xəbərdarlıq etməli; Əməyin təhlükəsiz şərtlərini təmin edən fərdi· və kollektiv müdafiənin metod və vasitələri; Elektrik qurğuları ilə iş zamanı və onların· təmiri vaxtı təhlükəsizlik texnikasına olan əsas tələblər; Yanğının səbəbləri nə ola bilər, yanğınların· profilaktikası və onları necə söndürməli. Əməyin normaları· Müəssisədə əməyin təşkilinin əsas elementlərindən biri əməyin normalaşdırılmasıdır. Əməyin dəqiq normaları işin icra edilməsinin ən əlverişli, məhsuldar, mütərəqqi və məqsədəuyğun formasının müəyyənləşdirilməsini özündə əks etdirir. Əməyin normalaşdırılmasında məqsəd zəruri əmək məsrəflərinin və onun nəticələrinin müəyyən edilməsi, Şəkil 1.7 Əmək mühafizəsi emblemı Şəkil 1.8 Əməyin qorunması emblemi Şəkil 1.9 Gender bərabərliyi 12 müxtəlif qrupa daxil olan işçilərin sayı və avadanlıqların miqdarı arasındakı nisbətin müəyyən olunmasıdır. Bu normalar əməyin, istehsalın və idarəetmənin ən səmərəli təşkili səviyyəsinə uyğun olmalıdır. Şəkil 1.10 İş vaxtını planlaşdır Şəkil 1.11 Vaxtını faydalı keçir Konkret texniki-təşkilati şərait daxilində iş yerində müəyyən həcmdə işin yerinə yetirilməsinə sərf olunan iş vaxtı sərfinin ölçülməsi əməyin normalaşdırılmasının ən mühüm vəzifəsi hesab edilir. Hər bir iş yerində, sexdə və müəssisədə vaxt sərfi üzrə daxili ehtiyatlar əmək məhsuldarlığını yüksəltməyin əlavə ehtiyatı olmaqla normalaşdırma vasitəsilə aşkar edilir. Bu ehtiyatların aşkar edilməsi və reallaşdırılması əməyin normalaşdırılmasının bilavasitə məqsədini təşkil edir. Müəssisədə əməyin normalaşdırılması aşağıdakıları təmin edir: istehsal olunan detal, qovşaq və· məmulatın plan əməktutumunu müəyyən etməyi; peşə və ixtisas üzrə işçilərin zəruri· sayını hesablamağı; əməyin nəticələrini· qiymətləndirməyi, əmək haqqı və maddi stimullaşdırma fondunun həcmini müəyyən etməyi; yeni texnika və texnologiyanın· tətbiqi səmərəliliyini qiymətləndirməyi; əmək məhsuldarlığının· yüksəldilməsi tapşırığını əsaslandırmağı; sexin, istehsal sahəsinin, ayrı-ayrı iş· yerlərinin istehsal proqramlarını hesablamağı; zəruri avadanlıqların miqdarını müəyyən etməyi;· iş yerlərinin attestasiyasını apararkən onların təşkilati səviyyələrini qiymətləndirməyi və· iş yerlərinin təşkilinin optimal variantlarının hazırlanması. Əmək normaları istehsalın, əməyin ödənilməsinin, əmək məhsuldarlığının yüksəldilməsinin stimullaşdırılmasının təşkili və planlaşdırılmasında əsas rol oynayır. Müəssisədə vaxt, əməliyyatın əməktutumu, istehsal, xidmət, say, idarə oluna bilmə normaları və habelə, normalaşdırılan tapşırıqların normaları hesablanır və tətbiq olunur. Əmək normaları içərisində vaxt norması əsas yer tutur.
Müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin· təmin edilməsi Müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsi və nəzarətin nəticələri haqqında əmək kollektivlərinə vaxtında məlumat verilməsi müdiriyyətə tapşırılır. İşçilərə təhlükəli və zərərli istehsalat amillərinin təsiri olmayan əmək şəraiti yaradılmasına əmək təhlükəsizliyi deyilir. Müdiriyyət əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planları hazırlayır və həyata keçirir. Müdiriyyətin və işçilərin müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəlikləri kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulur. Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq surətdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici materiallar verilir. Şəkil 1.16 İş yerində instruktaj Müəssisə və təşkilatlar həmkarlar komitəsi ilə razılaşdırılmış müddətlərdə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiyanı aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. Müdiriyyət iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir. Müdiriyyət işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivasiyasını və təmirini təmin etməlidir.

Yüklə 93,97 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin