Mühazirə-1 İctimai iaşə müəssisələrinin tipləri və onların xarakteristikası


Mühazirə-10 Soyuq sexdə işin təşkili, istifadə olunan avadanlıq və invertarlar



Yüklə 93,97 Kb.
səhifə13/20
tarix04.12.2022
ölçüsü93,97 Kb.
#72282
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Mühazirə

Mühazirə-10 Soyuq sexdə işin təşkili, istifadə olunan avadanlıq və invertarlar.
Soyuq xörəklərin və qəlyanaltıların keyfiyyəti kulinar emalına dair qaydalara riayət olunmasından və hazırlanması vaxtından asılıdrı. Xörəyin hazırlanmasından istehlak edilməsinə qədər sərf olunan vaxt nə qədər az olarsa, onun görünüş və keyfiyyəti bir o qədər yaxşı olar. Ona görə də sex məmulatının buraxılışını mümkün qədəronların istehlak momentinə uyğunlaşdırılmalıdır.
Souq xörəklər və qəlyanaltılar lazım olduqca yaxud istehlakçılar tərəfindən sifariş edildikcə hazır məhsul navborundan çıxarılır. Bununla əlaqədar olaraq bütün lazımi məhsul və yarımfabrikatların qabaqcadan hazırlanmasının böyük əhəmiyyəti vardır.
Kolbasa məmulatı hazırlandıqda onun yalnız doğranası yerlərinin qabığı soyulur .
Azduzlu syomqa balığı , qızıl balıq və keta balığı kəsilib içindən azad edilir. Lakin dərisi üstündə saxlanılır. Balığın kəsilən yeri qurumaqdan qorunması üçün dəri ilə örtülür. Bişmiş nərə balığı və uzunburun balıq qığırdaqdan təmizləndikdən sonra soyuducu şkafda xüsusi taxta üzərində saxlanılır. Yalnız lazım olduqda doğranır.
Bişmiş və soyulmuş tərəvəz bütöv yaxud doğranmış halda olaraq aluminium qablara yığılıb soyuducu şkaflarda yaxud buz olan vannalarda saxlanılır.
Mayonez , marinadlar.,sirkəyə və duza qoyulan tərəvəz paslanmayan polad qazanlara yığılıb soyuq yerdə saxlanılır. Salat hazırlanan zaman onun tərkibinə daxil olan bütün ərzaqlar yaxşıca soyulur.
Soyuq məhsulu isti məhsula qatmaq olmaz . Çünki burada salat keyfiyyətini tez itirir. Salat bilavasitə buraxılan zaman tərtibə salınır. Soyuq xörəklər və qəlyanaltılar tərtibə salınanda məhsulların rəng uyğunluğu nəzərə alınmalı və onlar elə yerləşdirilməidirki, bir məhsul digərindən seçilə bilsin.
Qarnir əsas məhsulun üstünü örtməməli və boşqabın kənarına qoyulamldır.
Tərəvəz müxtəlif formalarda olaraq qabaqcadan doğranır və soyuq yerdə saxlanılır.
Soyuq sexdə aşpazın iş yeri qapağının altında şəbəkəli qəfəsi olan masadan ibarətdir.

Qəfəslərdə tavalar və boşqablar yerləşdirilir. Masanın üstündə ədviyyat yeşiyi , mətbəx taxtası, və lazımi qarnir doldurulmuş kasalar yerləəşir.


Soyuq sexin məhsulu tez xarabolan məhsuldur. Bunun saxlanması müddəti adi temmperaturda bir saatı ötməməlidir.
Sex ustası daima bufetlərlə əlaqə saxlamalı, onları satıldıqca müntəzəm surətdə məhsulla təmin etməlidir.
Soyuq sex məmulatının vaxtında hazırlanması üçün bufetçilər tərəfindən qabaqcadan ustaya xəbər verilməli və lazım olan xörəklərin miqdarı, növləri, və bufetə gətirilmə vaxtı göstərilməlidir.
Soyuq xörəklər üzrə belə sistemdə gündəlik sifariş verildikdə, soyuq sex öz işini düzgün təşkil edə bilir, məhsul buraxılışını sürətləndiri. İstehlakçılarlın tələbatını yaşı təminedir.
Xarici bufet adlanan , həmin iaşə müəssisəsindən kənarda yerləşən bufetlərdən vaxtında xəbərdarlıq təqdim edilməsinin əhəmiyyəti xüsusilə artıqdır. Belə bufetlərə məhsul gündə 1-2 dəfə buraxılır. Bu səbəbdən də satışa lazım olan məhsullar qabaqcadan dəqiq surətdə nəzərə alınmalıdır.
Xarici bufetlərin məmulatla təmin edilməsi üçün kip qapaqlı və plomb asmaq üçün deşiyi olan qablardan istifadə edilməsi məqsədə uyğundur. Belə qablarda plomb altında olaraq xörəklər və qəlyanaltılar köməkçi işçilər tərəfindən istənilən vat daşına bilər.
Soyuq sex məmulatı xaricibufetlərdə mühasibat şöbəsi tərəfindən tərtib olunmuş aşxana müdiri tərəfindən təsdiq edilmiş qaimələr üzrə buraxılır.

Yüklə 93,97 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin