1.4. Soyuducu agentlərin termodinamiki diaqramları
Soyuducu maşının işi zamanı soyuducu agentin aqreqat halını və parametrlərini dəyişən fasiləsiz proseslər baş verir. Soyuducu maşının etibarlı istismarı orada gedən termodinamiki proseslərin düzgün qəbul edilməsidir. Ayrı-ayrı proseslərin öyrənilməsində soyuducu maşının tsiklinə daxil olan soyuducu agentin parametrlərini təyin etmək üçün soyuducu agentlərin termodinamiki diaqramlarından istifadə edilir.
Hər bir soyuducu agentin öz diaqramı olur ki, onların qurulma və istifadə prinsipləri eynidir. Təcrübədə ən çox istifadə edilən entalpiya – təzyiq (h–lgp) və entropiya – temperatur (s-T) diaqramlarıdır.
h–lgp diaqramında istilik və adiabatik prosesin işi absis oxunda kəsiklərlə, s-T diaqramında isə sahələrlə verilir.
Şəkil 1.5.a-da soyuducu agentin faz dəyişmə sahələri verilir.
Doymuş maye əyrisinin sol tərəfində çox soyumuş maye sahəsi yerləşir. Doymuş maye və doymuş buxar əyriləri arasında nəmli buxar sahəsi yerləşir. Nəmli buxar qaynama halında və ya kondensasiya halında olan doymuş maye və doymuş buxar qarışığıdır. Mayedən buxara faz keçidi soldan sağa (qaynama), buxardan mayeyə isə sağdan sola (kondensasiya) baş verir. Buxarın tərkibini buxar–maye qarışığında sabit buxar tərkibi xətti x=const təyin edir və buxar-maye qarışığında buxarın kütlə payını göstərir (şək. 1.5.b). Doymuş maye xəttində buxar tərkibi x=0, doymuş buxar xəttində x=1 olur.
Çox qızmış buxar sahəsi doyma temperaturundan yuxarı temperaturda müvafiq təzyiqdə olan buxarın halını göstərir. Şəkil 1.5.b-də verilən h – lgp diaqramı soyuducu agentin verilmiş altı parametrini xətt şəklində göstərir. Əsas parametrlərin ədədi qiymətləri 1 kq soyuducu agentə aid edilən xüsusi qiymətlərlə verilir.
Sabit buxar tərkibi xətti x nəmli buxar sahəsindən keçir.
Sabit təzyiq xətləri p (MPa) – izobarlar –faz keçidinin bütün sahələrindən horizontal şəkildə keçir.
a) b)
Dostları ilə paylaş: |