Şək. 1.4. İki müxtəlif naqillərdən hazırlanan elektrik dövrəsi:
1 və 2 – termocüt budaqları
Peltye 1834-cü ildə müəyyən etmişdir ki, iki müxtəlif naqillərdən ibarət olan dövrəsindən elektrik cərəyanı buraxdıqda naqillərin birləşdiyi (qaynaq edilmiş) hissələrinin biri isinir, o biri isə soyuyur. Belə halda sistem, elektrik cərəyanı enerjisini soyuq birləşmədən istiyə keçirən soyuducu aqreqat kimi qəbul edilir.
Qaynaqla udulan və ya ayrılan istiliyin miqdarı cərəyan şiddətinin J zamana hasili ilə düz mütənasibdir: Qп=ПJ.
П– Peltye əmsalı adlanır və termoelementin budaqlarının materialından asılıdır.
Hal – hazırda maşınlı soyutmada kompressorlu və absorsiyalı soyuducu maşınlar ən çox təcrübi əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |