MühaziRƏ 1 Mövzu : Giriş. Süni soyuducuların termodinamiki əsasları



Yüklə 1,83 Mb.
səhifə5/15
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#40023
1   2   3   4   5   6   7   8   9   ...   15
MÜHAZİRƏ-SOYUDUCULUQ TEX.-1

Şək. 1.3. Burulğanlı boru:

1- boru; 2- diafraqma; 3- ucluq; 4- drossel ventili


Diafraqmanın yanında borunun daxili səthinə nəzərən tan­gen­sial yerləşən sıxılmış havanın verilməsi üçün ucluq (soplo) yer­ləşir. Borunun diafraqmasının sağ tərəfində yerləşən hissəsi sər­bəst çıxış, yəni soyuq hissə, drossel ventili olan sol hissə isə – qay­nar hissə adlanır.

Təcrübə göstərir ki, burulğanlı boru ətraf mühit temperaturu ilə əhatə olunan ucluğa daxil olan sıxılmış qazı iki müxtəlif tem­pe­raturlu qaz axınına ayırmağa imkan verir. Bu halda Ts tem­pe­ra­tu­ru olan soyuq hava diafraqmanın yarığından və sonra borunun so­yuq hissəsindən keçir, Tq temperaturu olan qaynar hava isə əks tə­rəfdən, yəni drossel ventilindən keçir.

Burulğanlı soyuducunun işi zamanı başlanğıc parametrləri 20C temperaturlu və 0,5 MN/m2 təzyiqli quru havadan istifadə et­dikdə soyuq axının temperaturu -50C; havanın təzyiqi 0,7–0,8 MN/m2 olduqda isə daha aşağı temperaturu -70C olan ha­va axınını almaq olur.

Soyuduculuq texnikasında termoelektrik soyutmadan da is­ti­fa­­də edilməsi perspektivli olub, daha çox təcrübi əhəmiyyət kəsb edir.

İki müxtəlif naqillərdən hazırlanan qapalı elektrik dövrəsin­də, yə­­ni termoelementdə qaynaq (kontaktlar) yerləri müxtəlif tem­­pe­ra­­turda olduqda termo-elektrohərəkətedici qüvvə yaranır (şək.1.4). Bu hadisə ilk dəfə Zeebek (1821-ci il) tərəfindən öy­rə­nil­miş və termoelektrik adlandırılmışdır.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin