MühaziRƏ 1 Mövzu : Giriş. Süni soyuducuların termodinamiki əsasları


Evtektik məhlulların fiziki xassələri



Yüklə 1,83 Mb.
səhifə4/15
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#40023
1   2   3   4   5   6   7   8   9   ...   15
MÜHAZİRƏ-SOYUDUCULUQ TEX.-1

Evtektik məhlulların fiziki xassələri


Duz məhlulunun adı

Məhlulda duzun miqdarı, %

Məhlu

lun sıx­lı­ğı, kq/l

Evtektikin əri­mə tem­­­pe­ra­tu­ru, C

Ərimə is­ti­liyi, kCoul/kq (kkal/kq)

Kalium sulfit

6,5

-

-1,5

-

Maqneziumhidrosulfit

19,0

-

-3,9

243(58,2)

Sink hidrosulfit

27,2

1,25

-6,5

213(50,8)

Kalium xlorid

19,7

1,15

-11,1

301(71,9)

Ammo­nium xlorid

18,7

1,06

-15,2

286(68,4)

Ammo­nium nitrat

36,9

-

-18,5

241(57,5)

Natrium xlorid

22,4

1,17

-21,2

236(56,4)

Maqne­zium xlorid

20,6

-

-33,6

-

Kalsium xlorid

29,9

1,28

-55

213(50,8)

Ka­lium yodid

31,5

-

-65

-

Evtektik məhlul (qatışıqlar) zerotor adlanan xüsusi çənlərdə don­durulur.

Quru buzla soyutmada (bərk karbon) aşağı temperaturu almaq müm­kündür. Bərk karbonu karbon qazından alırlar.

Atmosfer təzyiqi altında bərk karbon soyudulacaq mühitin is­ti­liyini qəbul edərək sublimasiya edir, yəni bərk haldan qaz halı­na ke­çir. Yaranan buxarın temperaturu -78,9C olduqda sublima­si­ya is­tiliyi 574 kCoul/kq (137 kkal/kq) olur.

Soyuducu maşınlar soyuqluğu uzun müddət istehsal edə bi­lir­lər. Eyni işçi maddə maşında dövr edərək dövrü proses ye­rinə yetirir. Maşınla soyutma proseslərində müxtəlif işçi ci­sim­lə­rin aşağı temperaturlarında qaynayan tərkiblərdən istifadə olu­nur. Belə tərkiblər ammonyak, freonlar, karbon, kükürd anhidridinə və bir çox maddələrə malikdirlər.

Aşağı temperaturun alınması üçün qazların sıxılmasının dros­sel­lənməsinə (sürətlənməsinə) əsaslanan soyuducu tsikllərdən is­ti­fadə edilir.

Drossellənmə prosesi kanalın qəfildən sıxılması halında baş ve­rir və bu, qazın təzyiqinin azalması ilə müşahidə olunur. İdeal qaz­lardan fərqli olaraq drossellənmə zamanı real qazların tem­pe­ra­­­turu dəyişir. Drossellənmə zamanı real qazların temperaturunun də­­yişmə halı drossellənmə effekti və ya Coul – Tomson effekti ad­­­­lanır.Demək olar ki, bütün qazlar drosselənmə zamanı adi tem­pe­ra­tur şəraitində soyudulur, çünki onların inversiya temperaturu yük­səkdir (800K-dan yuxarı). İstisna olaraq hidrogen Ti=200K və helium Ti=30K təşkil edir.

Burulğanlı soyutma effekti sadə quruluşlu boruda – burulğanlı bo­ruda, onu ixtira edən Rankanın adı ilə bağlı olan Ranka bo­ru­sun­da və ya burulğanlı soyuducularda yerinə yetirilir.

Burulğanlı boru deşikli diafraqma ilə iki hissəyə bölünmüş si­lindrik borudur (şək.1.3).



Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin