Kanalların tezliyə görə bölünməsi (KTB), burada xətt traktının tezlik diapazonu çərçivəsində hər veriliş kanalı üçün müəyyən fərdi tezlik zolağı ayrı- lır.
Kanalların zamana görə bölünməsi (KZB), burada xətt traktında hər bir veriliş kanalı siqnalların ötürülməsi üçün müəyyən zaman intervalları ayrılır.
Rəqəm verilişi sisteminə məlumatın bütün növlərinin rəqəm siqnallarının köməyi ilə verilməsini təmin edən veriliş sistemləri daxildir.
Məlumat mənbələri, onların yaratdığı məlumatlar və bu məlumatlara uyğun gələn siqnallar kəsilməz və diskret olur.
Zamanın kəsilməz funksiyası olan (telefoniya, radioyayım) və müəyyən zaman intervalında istənilən qiyməti qəbul edən siqnala kəsilməz siqnal deyilir.
Sonlu sayına müxtəlif qiymətlərə (teleqraf məlumatları, komanda, ...) ma- lik olan ayrı-ayrı (diskret) elementlərdən ibarət olan siqnallara diskret siqnallar deyilir.
Məsələnin quruluşuna və zamana görə təyinatından asılı olaraq dörd siqnal növü mövcuddur:
Diskret zamana görə diskret siqnal (rəqəm siqnalı).
Kəsilməz zamana görə diskret siqnal.
Diskret zamana görə kəsilməz siqnal (diskret siqnal).
Kəsilməz zamana görə kəsilməz siqnal(analoq siqnalı).
Qeyd etmək lazımdır ki, kanalların tezliyə görə bölünməsi (KTB) prinsipindən istifadə edilən sistemlər analoq siqnallarını ötürür, ona görə də bu sistemlər analoq veriliş sistemləri adlandırılır.
Kanalların zamana görə bölünməsində (KZB) xətt traktında hər kanal üzrə siqnalı ötürmək üçün müəyyən zaman intervalları ayrılır.
Əgər hər kanal üzrə bu zaman intervallarında rəqəm siqnalları ötürülürsə, onda belə veriliş sisteminə Rəqəm Veriliş Sistemi (RVS) deyilir. Şəkil 1.1-də RVS-in struktur sxemi göstərilir.
Şəkil 1.1. RVS-in struktur sxemi Burada IM - informasiya mənbəyi;
D - diskretləşdirmə;
KQ - kvantlaşdırıcı qurğu; ARÇ - analoq/rəqəm çeviricisi; RAÇ - rəqəm/analoq çeviricisi; BQ - bərpa qurğusu;
IQ - informasiya qəbuledici.
Analoq siqnalların impuls-kod modulyasiyası
Analoq siqnalın zamana görə diskretləşdirilməsi, bu siqnalın sayıb ayırma- sını - kvantlaşmasını və bunların kodlaşdırılması ilə rəqəm siqnalların alınması- na impuls-kod modulyasiyası (IKM) deyilir [1,3,10-12, 98-105, 132-136, 142-
144,153].
Analoq siqnalını diskret şəkildə təqdim edən çevrilməsinə analoq siqnalı- nın diskretləşdirilməsi deyilir. Bu halda diskret siqnalı qiymətləri analoq siqnalın hesabından alınır.
Kəsilməz siqnalın diskret formada verilməsinin mümkünlüyü V.A.Kotel- nikov tərəfindən 1933-cü ildə əsaslandırılmışdır. ABŞ-da həmin nəzəriyyə daha əvvəl Q.Naykvist tərəfindən irəli sürülmüşdir. Bu nəzəriyyəyə görə diskretləşmə tezliyi verilən (ötürülən) analoq siqnalının tezliyinin yuxarı səviyyəsindən iki də- fə böyük olmalıdır, cəni FD2Fc.
Nəzərə alsaq ki, danışıq siqnalının tezlik spektri 300-3400 hs, onda FD = 2Fc = 2x3400 = 6800 hs olacaqdır.
BTI təklifi əsasında diskretləşdirmə tezlici FD = 8000 hs qəbul edilib. Bu tezlik RVS aparaturasının süzgəclərinin reallaşdırılmasını asanlaşdırır.
Deməli, diskretləşdirmənin mahiyyəti analoq siqnalın diskret şəkildə təsvir edilməsi olub qəbuledici hissədə ötürülən məlumatın kifayət qədər dəqiq bərpa olunmasına imkan verən elektrik impulslarının kodlaşdırılmış ardıcıllığı şəklində təsvir edilməsidir.
Kvantlama dedikdə alınan mümkün diskret qiymətlər çoxluğunun mü- əyyən sıra intervallar ardıcıllığına bölünməsidir. Bu kvantlanmış intervallar yal- nız bir qiymətlə göstərilir ki, buna da kvantlanmanın səviyyəsi deyilir.
Bu əməliyyat yuvarlaqlaşdırma kimidir və kvantlama küyü adlanan xətaya gətirib çıxarır.
Araşdırılan siqnalın həqiqi qiyməti ilə onun kvantlama qiyməti arasındakı fərqə isə səhv və yaxud kvantlama küyü deyilir.
Dostları ilə paylaş: |