Mühazirə 1 Rəqəmli veriliş sisteminin əsasları



Yüklə 212,2 Kb.
səhifə3/4
tarix04.03.2023
ölçüsü212,2 Kb.
#86644
növüMühazirə
1   2   3   4
Mühazirə 1

Ekv(t) = U⏐⏐AIM(t) - Ukv(t)
Kvantlama səviyyələrinin "nömrələnməsini" yerinə yetirməklə səviyyələ- rin deyil, onların qiymətlərinin səviyyələr şkalasına görə ikili kodda verilməsi nəzərdə tutulur.
Kvantlama küyünün azaldılmasının birinci yolu kompressiya - yəni, qeyri- bərabər güclənmədir. Bu halda diskret siqnallar zəif siqnallar zamanı böyük və əksinə, böyük siqnallar zamanı kiçik olur. Qəbuledici hissədə siqnal bərpa olu- nan zaman əks çevirmə - ekspondirə əməliyyatı həyata keçirilir və siqnal çıxış formasına gətirilir.
Veriliş sistemində kompressiyadan sonra siqnalın ekspondirə olunması tə- ləb olunur və bu proses kompondirə olunma adını alıb.
Kvantlanma prosedurası siqnalın amplitud-impuls modullaşma (AIM) qiy- mətinin təyin olunmasına gətirib çıxarır.
Bundan ötrü kvantlanma şkalası seçilir ki, onun uzunluğu modullaşdırılan analoq siqnalının səviyyəsinin aşağı və yuxarı qiyməti ilə təcin olunur.
Şkala səviyyəsinin sayı kodlaşma sistemindən asılıdır, bu da üçüncü proses (prosedura) kodlaşmadan asılıdır. Bundan ötrü ikili eyniölçülü koddan istifadə edilir.
Beləliklə, kvantlanmış siqnalın kod sözləri ilə təsvir edilməsinə siqnalın kodlaşdırılması deyilir.
BTI təklifinə əsasən kvantlanma səviyyələrinin sayı 256, kod sözünün uzunluğu isə 8 ikili simvol (bit) qəbul olunub (TTBMK G771).
Praktiki olaraq kvantlama səviyyələrinin sayı ilə verilən danışığın keyfiyyə- ti arasındakı asılılıq təyin olunmuşdur (cədvəl 1.1).
Cədvəl 1.1


Danışı- ğın keyfiy- yəti

Kvant- lanma sə- viyyəsi

Kod sözündə impulsların sayı

Danışı- ğın key- fiyyəti

Kvant- lanma sə- viyyəsi

Kod sözün- də impuls- ların sayı

Çox pis

8(23)

3

yaxşı

64(26)

6

Pis

16(24)

4

çox cax-
şı

128(27)

7

kafi

32(25)

5

əla

256(28)

8


    1. IKM ilkin sıxlaşdırıcı qrupu

Impuls-kod modulyasiya (IKM) sistemində hər bir analoq siqnalı Analoq-


/Rəqəm çevrilməsinə məruz qalır və bunun nəticəsində çevirişdə ikili kod im- pulsları qruplarının ardıcıllığına çevrilir [10-14].
Bir tərəfli IKM sisteminin sadə sxemi şəkil 1.2-də göstərilib. Şəkildən gö- ründüyü kimi, abunəçilərdən daxil olan məlumatlar aşağı tezlik süzgəcindən amplitud-impuls modulyatoruna (AIM) daxil olur.
Bu modulyatorun funksiyasını elektron açar yerinə yetirir. Onun köməyi ilə daxil olan siqnalların zamana görə diskretləşdirilməsi həyata keçirilir. Siqnal- lar modulyatorun (açarın) çıxışında AIM siqnallar qrupunu təşkil edir.


Эириш тезлик
золаь

А ИМ



2

Р/А

1

2 1
А/Р
Верилиш тракты
Coder Decoder

А ИМ
3

КИ
Чыхыш тезлик
Ф золаьы


4


Şək. 1.2. Birtərəfli IKM sistemi


Modulyatorun işi sinxrogeneratordan daxil olan kanal impulsları (KI) ilə idarə edilir. Kanal impulsunun hərəkətetmə dövrü 125 mks-dir. Səviyyəyə görə kvantlama, həm də kodlaşdırma əməliyyatı koder adlanan kodlayıcı qurğuda ye- rinə yetirilir.


Koderin çıxışındakı kanal, kod qrupları, sinxrosiqnal vericisindən gələn sinxrosiqnal kod qrupu və kodlaşdırılmış siqnal tsikl və ifrat tsikl yaradaraq bir- ləşmə qurğusuna ötürür.
Generator avadanlığından daxil olan müvafiq idarəetmə siqnalı isə düzgün və nizamlı hərəkəti təmin edir.
Kabelin növündən asılı olaraq IKM-30-un xətt traktının maksimal uzunlu- ğu 50-100 km-ə bərabərdir. Tələb olunan regenerasiya sahəsinin uzunluğu 1,5- 2,7 km-dir. 1024 khs yarımtakt tezlikdə regenerasiya sahəsinin maksimal sönmə- si 36 db, minimal sönməsi isə 8 db bərabərdir.
Kodlaşdırma A-87, -13 qeyri-xəttidir. Xətti kod kimi kvazi üçlük kodun- dan istifadə edilir. Müasir şəbəkələrdə geniş yayılmış IKM-30/32 sisteminin əsas imkanları aşağıdakılardır:

  • 30 tonal tezlikli kanal yaradılması;

  • veriliş sürəti fT = 2048 khs (qrup seli üçün);

  • telefon kanallarının diskretləşdirilməsi tezliyi 8 khs.

Beləliklə, 32 kanal intervalı (KI) tələb olunan diskretləşdirmə tezliyi 8 khs olan və 8 elementli koddan istifadə edilən IKM-30 veriliş sistemində takt tezliyinin qiyməti:

Yüklə 212,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin