sistem
problemin həlli vasitəsidir.
Sistemli analizin
əsas məsələləri və funksiyaları
(sistemli analizin funksiyalar ağacı) aşağıda
verilib. Sistemli analizin funksiyalar ağacı şəkil 2-dəki kimidir.
11
Sistemli analizin strukturu
Şəkil 2.Sistemli analizin funksiyalar ağacı
12
Dekompozisiya
məqsədlər və funksiyalar ağacının qurulması ilə yerinə yetirilir.
Dekompozisiya 5-6 səviyyəyədək aparılır. Dekompozisiya prosesi movcud sistemi başqa
sistemin alt sitemi kimi ifadə etmək mümkün olduqda sona çatır. Sonra bu proses altsistemlər üçün
aparılır. Sistem nəzəriyyəsində isbat edilmişdir ki, sistemlərin əksəriyyəti altsistemlərin baza
təsvirlərinə dekompozisiya oluna bilər. Onlara elementlərin ardıcıl, paralel və əks əlaqə ilə
birləşməsi aiddir. Dekompozisiyanın aparılması problemi ondan ibarətdir ki, mürəkkəb sistemlərdə
altsistemlərin fəaliyyət qanunları və alqoritmləri arasında birqiymətli uyğunluq yoxdur. Buna görə
sistemin dekiompozisiyasının bir neçə variantı təklif olunur.
-Funksional dekompozisiya(sistemin funksiyalarının analizinə əsaslanır);
-Fəaliyyət dövrünün mərhələləri üzrə dekompozisiya(alt sistemin ayrılması əlamətinə
əsaslanır);
-Fiziki proses üzrə dekompozisiya( mövcud proseslərin təsvirinə əsaslanır);
-Alt sistemlər üzrə dekompozisiya(alt sistemin ayrılması əlamətinə əsaslanır).
13
Analiz
İdarəetmə özündə bir proses kimi fasiləsiz qarşılıqlı əlaqədə olan fəaliyyətləri birləşdirir. Bu
fəaliyyətlər də özü özlüyündə bir proses təşkil edir ki, onları idarəetmə funksiyası adlandırırlar. Bu
funksiyaların hər biri proses olaraq öz növbəsində bir-biri ilə qarşılıqlı əlaqədə olan fəaliyyətlər
seriyasıdır. İdarəetmə prosesi bütün funksiyaların ümumi cəmidir. Bu yanaşmanın ilk dəfə işlənib
hazırlanması Anri Fayolun adı ilə bağlıdır. O hesab edirdi ki, ilkin olaraq menecmentin 5 funksiyası
var. Onun fikrinə görə idarəetmək qabaqcadan demək (planlaşdırmaq), sərəncam vermək,
əlaqələndirmək və nəzarət etməkdir. Faktiki olaraq idarəetmə ilə bağlı hər bir əsərdə idarəetmə
funksiyalarının siyahısı verilmişdir. Bütün bu təsnifatlar bir-birindən az da olsa fərqlənməsinə
baxmayaraq onların əsasında funksiyanın durduğunu görmək olar.
İdarəetmə funksiyaları idarəetmə fəaliyyətinin istiqamətinin xüsusiləşməsidir. İdarəetmə
prosesi planlaşdırma, təşkiletmə, motivasiya (əlaqələndirmə) və nəzarət funksiyalarının qarşılıqlı
əlaqəsini özündə birləşdirir. Bu proses kommunikasiya (Əsaslandırma) və qərarların qəbulu ilə
tamamlanır.
14
Şəkil 3. İdarəetmə funksiyaları
Ayrı-ayrı işçilər və işçilər qrupuna təsirin mümkünlüyünü özündə cəmləşdirən rəhbərlik
(liderlik) təşkilatı məqsədlərə çatılması istiqamətində fəaliyyət göstərməsini nəzərdə tutur.
|