15 Planlaşdırma məqsədlərin müəyyənləşdirilməsi və onlara çatılması yollarını özündə
birləşdirən prosesdir. O bu və ya digər təşkilatın müxtəlif səviyyələrini əhatə etməklə uzun müddətli
və ya qısa müddətli xarakter daşıyır.
Bir sıra iri təşkilat dövlət müəssisələri uzunmüddətli planlaşdırmadan istifadə edirlər.
Müəssisənin fəaliyyət məqsədinin və onun inkişaf perspektivlərini, imkanlarının müəyyən edilməsi
üçün istifadə edilən uzunmüddətli planlaşdırmanın sistematik prosesi strateji planlaşdırma adlanır.
Strateji planlaşdırma peşəkar menecerlər tərəfindən həyata keçirilir. Yalnız onlar müəssisənin strateji
məqsədini müəyyən və modifikasiya etmək səlahiyyətlərinə malikdirlər.
Təşkiletmə planların reallaşdırılması idarəetmənin digər funksiyasını əks etdirən təşkiletmənin
olmasını tələb edir. Təşkilolunma dedikdə işçi heyyəti və ya əməkdaşlar qrupu arasında işlərin
bölüşdürülməsi və onların fəaliyyətinin koordinasiya edilməsi başa düşülür. İstənilən fəaliyyət
sahəsi onun həcmindən asılı olmayaraq yaxşı təşkil olunmalıdır. Bununla yanaşı müəssisənin bütün
sahələrinin bir yerdə vahid tam kimi işləməsinə nail olmaq lazımdır. Təşkilatda işi insanlar həyata
keçirir. Buna görə də təşkiletmə funksiyasının vacib aspekti müxtəlif tapşırıqlar çərçivəsində hər bir
konkret tapşırığı məhz kimin yerinə yetirməli olduğunu müəyyən etməkdir.
16 Motivasiya. Motivasiya funksiyasının vəzifəsi təşkilatın nümayəndələri tərəfindən müəyyən
işin onlara ötürülən səlahiyyətlərə və plana uyğun yerinə yetirilməsidir.
İdarəetmə kimi motivasiya
təşkilatın nümayəndələri də təşkilatın məqsədlərinə nail olmaq üçün onlara tapşırılan səlahiyyət və
plana uyğun fəaliyyətlərində daxili maraq yaradılması prosesidir. Motivlər insanların fəaliyyətinə
məqsəd və istiqamət verən psixoloji stimullardır. Bu stimullar bizim özümüzdən yaranır. Əgər biz
başqalarını motivləşdirən rəhbərlərdən danışırıqsa onda biz təşkilatın məqsədinə nail olmaq üçün
insan fəaliyyətinin motivləşdirilməsinə yönəldilmiş üsullarını başa düşürük.
Nəzarət işgüzar aləmdə istifadə olunan elə bir termindir ki, bu təşkilatın öz məqsədlərinin necə
həyata keçirməsinin daimi yoxlanılması və əgər bu baş vermirsə onda düzəlişlər edilməsi deməkdir.
Nəzarət üç mərhələyə bölünür:
1. İcra üçün dəqiq tapşırıqların verilməsi;
2. Tapşırıqların real icrasının yoxlanılması;
3. Əgər icra qarşıya qoyulan tapşırıqlara uyğun deyilsə problemin həll edilməsi.
Beləliklə nəzarət təşkilatın öz məqsədlərini həyata keçirilməsinin yoxlanılması və onun
mərhələdən ibarət olan fəaliyyətinin nizamlanması prosesi olaraq idarəetmənin funksiyalarından
17 biridir. Qarşıya qoyulan məqsədə uyğun olaraq həzarət nəticələri müəyyən olunur. Nəzarətin
effektliyi əsasən onun informasiya bazasından asılıdır.