16
Motivasiya.
Motivasiya funksiyasının vəzifəsi təşkilatın nümayəndələri
tərəfindən müəyyən
işin onlara ötürülən səlahiyyətlərə və plana uyğun yerinə yetirilməsidir.
İdarəetmə
kimi motivasiya
təşkilatın nümayəndələri də təşkilatın məqsədlərinə nail olmaq üçün onlara tapşırılan
səlahiyyət və
plana uyğun fəaliyyətlərində daxili maraq yaradılması prosesidir. Motivlər insanların
fəaliyyətinə
məqsəd və istiqamət verən psixoloji stimullardır. Bu stimullar bizim özümüzdən yaranır.
Əgər biz
başqalarını motivləşdirən rəhbərlərdən danışırıqsa onda biz təşkilatın
məqsədinə nail olmaq üçün
insan fəaliyyətinin motivləşdirilməsinə yönəldilmiş üsullarını başa düşürük.
Nəzarət işgüzar aləmdə istifadə olunan elə bir termindir ki, bu təşkilatın öz məqsədlərinin necə
həyata keçirməsinin daimi yoxlanılması və əgər bu baş vermirsə onda düzəlişlər edilməsi deməkdir.
Nəzarət
üç mərhələyə bölünür:
1. İcra üçün dəqiq tapşırıqların verilməsi;
2. Tapşırıqların real icrasının yoxlanılması;
3. Əgər icra qarşıya qoyulan tapşırıqlara uyğun deyilsə problemin həll edilməsi.
Beləliklə nəzarət təşkilatın öz məqsədlərini həyata keçirilməsinin yoxlanılması
və onun
mərhələdən ibarət olan fəaliyyətinin nizamlanması prosesi olaraq idarəetmənin funksiyalarından
17
biridir. Qarşıya qoyulan məqsədə uyğun olaraq həzarət nəticələri müəyyən olunur.
Nəzarətin
effektliyi əsasən onun informasiya bazasından asılıdır.
Dostları ilə paylaş: