MühaziRƏ 1 Sistemli analiz və kompüter modelləşdirməsinin əsas prinsipləri Sistemli analizin əsas anlayışları. Sistemli analizin əsas prinsipləri. Sistemli analizin strukturu. Sistemli analizin əsas məsələləri. Sistemli yanaşma



Yüklə 262,6 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix08.09.2023
ölçüsü262,6 Kb.
#142044
1   2   3   4   5   6   7
1-new-MUHAZIRE-1-pdf

sistem anlayışı
fundamental xarakter daşıyır. Hər bir tətbiq sahəsində bu 
anlayışa xüsusi məna verilir. 
Sistem
(
yun.
 σύστημα, "təşkil edilmiş") — vahidliyə doğru çox sayda 
bir-biri ilə bağlı 
obyekt
 və resursların birliyidir. Bu birlik digər birliklərə qarşı da yönəlmiş ola bilir. 
Sistem mühitin daxilində obyekt və 
subyektl
ərin müəyyən zamana və müəyyən məqsədə doğru nisbi 
müstəqil birliyidir. Sistem — təşkil edilmiş, vahid olan, daxilində fərdilik qorunub saxlanan və bir–
biri ilə sıx bağlı olan obyektlər birliyidir. 
Sistem adı altında tam vahid kimi fəaliyyət göstərən, tərkibində qarşılıqlı əlaqəli elementlərin 
birliyi nəzərdə tutulur. Sistemin özü daha mürəkkəb sistemin elementi ola bilər. Mürəkkəb sistem 
anlayışı əsasən birmənalı deyil. Çoxsaylı təriflər mövcuddur ki, onların heç birini nə dəqiqləşdirmək 
nə də təkzib etmək mümkün deyildir, çünki təriflərin hər biri baxılan konkret obyektlə əlaqəlidir. 
Məlumdur ki, sistemin mürəkkəbliyi elementlərinin sayı və onların yerinə yetirdiyi funksiyalarla
yüksək əlaqəlilik dərəcəsilə, idarəedici təsirlərin seçilməsinin alqoritmlərinin mürəkkəbliyi və böyük 
həcmdə informasiyaların işlənməsi ilə müəyyən olunur. 
Mürəkkəbliyin bu tərifinə struktur və 
funksional mürəkkəblilik
anlayışları da əlavə edilir. Sistem yanaşmasının əsasında iki mərhələ 
durur: 
makro və mikro öyrənmə
. Birinci sistemin inteqrativ xarakteristikalarını öyrənməklə 



strukturun detallaşmasını istisna edir. İkinci isə sistemin mürəkkəbliyni öyrənir. Birinci halda əsas 
metodoloji prinsip “giriş – çıxış”dırsa, ikincidə sistemin elementləri arasında əlaqə, onların 
effektivliyi, stukturu və s.-nin öyrənilməsi tələb olunur. Sistem yanaşmasının əsaslarına sistem 
analizinin metodoloji prinsipləri söykənir. 
Sistemli analizin əsas prinsipləri aşağıdakılardır: 
Sistemli analizin alqoritmi 
1.
Problemin qoyuluşu – tədqiqata başlama momenti. Mürıkkıb sistemlərin araşdırılması zamanı 
bu metodologiyanın qarşısında strukturlaşmış problem ilə işləmək durur. 
2.
Problemin problematikaya qədər genişləndirilməsi. Yəni qarşıya qoyulmuş problem ilə 
əlaqədar olan digər problemlər sisteminin də tapılması. Bu zaman həll olunması mümkn 
olmayan problem nəzərə alınmır. 
3.
Hədəflərin müəyən olunması. Problemin mərhələli həlli üçün hərəkət edilməsi lazım olan 
istiqaməti müəyyən etməyə hədəflər kömək edir. 



4.
Meyarların müəyyən edilməsi. Meyarlar – sistemin qarşısında qoyulmuş hədəfə çatmaq üçün 
əldə edilmiş nailiyyətlərin nailiyyət göstəricisidir. Meyar həmçinin mövcud alternativ həllər 
çoxluğundan ən düzgün olanını seçmək üçün lazımdır. 
5.
Meyarların aqreqatlaşdırılması. Müəyyən edilmiş meyarlar ya bir qrupda birləşdirilə bilər, ya da 
ki, onların hamısını izah edən ümumi bir meyar ilə əvəz oluna bilər. 
6.
Alternativlərin generasiya edilməsi və meyarlar çoxluğunun köməkliyi ilə onların arasından ən 
yaxşısının seçilməsidir. Alternativlər çoxluğunun yaradılması sistemli analizin yaradıcılıq 
mərhələsidir. 
7.
İnformasiya resursları da daxil olmaqla, bütün resursların imkanlarının tədqiq olunması 
8.
Problemin həlli üçün formalizasiyaların (metodların və məhdudiyyətlərin) seçilməsi 
9.
Sistemin qurulması 
10.
Aparılmış sistemli analizin nəticələrindən istifadə edilməsi.
Sistemli analizin metodlarının və modellərinin işlənib hazırlanması zamanı, qərar qəbul etmə zamanı 
mövcud metodlar və həllər arasından ən effektlisinin seçilməsi lazımdır. Bu məqsədlə mövcud 



metodları qruplara ayırmaq, onların xüsusiyyətlərini müəyyənləşdirmək və həmin metodun hansı 
hallarda istifadə edilməsi üçün tövsiyyələr vermək lazımdır. 
Sistemli analizin bütün metodikaları sistemin fəaliyyət qanunlarının təyininə, sistemin 
strukturunun variantlarının müəyyəmləşdirilməsinə, onların ən yaxşısının seçilməsinə, fəaliyyət 
qanununu ifadə edən qanunayğunluqların altrernativ alqoritmlərinin yaradılmasına yönəlib. Sistem 
analizi və sintezi metodikası yaradılarkən sistemli analizin prinsipləri əsas götürülür. Bu prinsiplər 
aşağıdakılardır: 

Yüklə 262,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin