Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Borev Simvol ( symbolon-işarə, fərqləndirmə əlaməti)



Yüklə 88,35 Kb.
səhifə11/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Borev Simvol ( symbolon-işarə, fərqləndirmə əlaməti)
Simvol anlayışı çoxdan peyda olmuşdur və müxtəlif kontekslərdə mövcuddur. Onun semantik diapazonu genişdir. Belə ki, Avropa mədəniyyətində qırmızı qızılgül məhəbbətin simvoludur. Simvol işarə yaxud predmet ola bilər və bütöv bir ideyalar sistemini əvəz edə bilər başqa predmeti əvəz edib.
Mədəniyyətdə çoxsaylı simvollar kök salmışdır: belə ki, tərəzi-ədaləti, palma budağı-sülhü, dəfinə çələngi-qüdrəti, sarı qızılgül-xəyanəti, ağ qızılgül-məsumluğu, xaç-xristianlığı, svastika-faşizmi simvolizə edən jestlər də simvola çevrilə bilərlər.
Ədəbi simvol özündə obrazı və ideyanı birləşdirir. Poeziya simvollarla dolğundur. Simvollarla dolğunluq Orta əsrlər Şərq və Qərb mədəniyyətinin xarakterik cəhətidir. Teologiyada, ədəbiyyatda, incəsənətdə simvollarla düşünürdülər. Hər bir predmet daha yüksək sferada ona uyğun olan daha yüksək nəyinisə simvolizə edirdi. Orta əsrlərdə simvolizm universal səciyyə daşıyırdı. Düşünmək gizli mənaların açıqlanması prosesi idi. Patrist konsepsiyasına görə Allah transendent səciyyə daşıyır. (Unversializm) işarələr və simvollar sistemidir və Allahı, həmçinin varlığın ruh sferasını göstərir. Orta əsrlər estetik şüurunda hiss aləmi ideal, simvolik aləmlə əvəz olunur. Orta əsrlər simvolizmi canlı aləmə inkar (ideoloji) xüsusiyyətlərini şamil edir. Xristian incəsənətinin total simvolizmi bununla bağlıdır. Hegel öz incəsənət nəzəriyyəsini sistem şəklində təqdim edir. Simvolik (Şərq), klassik (antik), romantik xristianlıq).
Simvol hər hansı bir elementin digər elementlə əvəz olunmasıdır. Simvol çox zaman təbii şəkildə mətnlərarası xarakterə malik olur. Açar sözlər və simvollar arasında fərqlər; 1) simvoldan fərqli olaraq, açar sözlər təhkiyənin konkret detallarından kənara çıxmırlar; 2) bədii kontekst simvoluna semantikasına təsir etmir, açar söz kontekstin təsirinə məruz qalır. Simvol alleqoriyadan onunla fərqlənir ki, simvol gerçəklikdə mövcuddur, alleqoriya isə təxəyyülün məhsuludur. "Kral Lir"də tufan səhnəsi ev və kosmik xaos kimi şərh oluna bilər. Simvol fərdilikdə tipikliyin görüntüsüdür.


Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin