Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə7/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Naturalizm və bədii ədəbiyyat
Naturalist sənətkarlar üçün ədəbi-bədii əsər hər şeydən əvvəl “bəşəri sənəddir” və məhz əsərin çərçivəsində sənətkar humanitar eksperimentlər həyata keçirib insan və cəmiyyət haqqında qanunauyğunluqları üzə çıxara bilər. Belə ki, Zola Ruqon-Makarların simasında insanın həyatında irsiyyətin rolunu açıqlamağa cəhd göstərmişdir. “Pul” romanında yazıçı fransız möhtəkirini-onun sonsuz enerjisini, qənaətcilliyini, uğur qazanmaq naminə hər cür əxlaqsızlığa yol vermək əzmində olduğunu təsvir etmişdir.
Öz romanlarında Zola yeni respublika qayda-qanunlarını ölkədə yaxın keçmişdə hökm sürən imperiya qaydaları ilə müqayisə edir və onların prinsipial şəkildə bir-birilə bağlı olması nəticəsinə gəlirdi.
Zolanın fikrincə, insan təbiətinin özü onu vəhşi heyvanla yaxınlaşdırır. Bu ideya Zolanın “İnsan-vəhşi heyvan” romanında öz bədii təcəssümünü tapmışdır. Lakin tədricən Zola şəxsiyyətin formalaşmasında irsiyyətin heç də aparıcı rol oynamadığı qənaətinə gəlir və onun romanlarında bioloji amillər universal açar rolunu oynamır. Artıq onun “Parisin bətni” romanında bioloji amillər bir sıra sosial amillərlə əvəz olunmuşdur. Tədqiqatçılar belə hesab edirlər ki, naturalizmin əsas xidmətlərindən biri də öz əsərlərində yaratdıqları bədii reallığa “iqtisadi nəhəng orqanizmləri” daxil etmələri ilə bağlıdır. Zolanın əsərlərində insan obrazları ilə yanaşı universal mağazaların, şaxtaların, birjaların, dəmir yollarının da obrazlarına təsadüf etmək olar. Bununla da sənətkar insanın təşəkkül tapdığı iqtisadi şəraiti bədii ədəbiyyatda təcəssüm etməyə cəhd etmişdir. Naturalizm gündəlik həyat hadisələrinə xüsusi diqqət verirdi. Bu əvvəlki ədəbiyyatda demək olar ki, təsadüf olunmurdu: naturalist yazıçılar kəndli təsərrüfatının, şaxtanın, camaşirxananın, bazarın, həyatın dibində yaşayan insanların həyatına xüsusi diqqət verir. Məhz bu baxımdan Zolanın “Jerminal” romanında ailə xronikasında Huismansda yüngül əxlaqlı qadınların gündəlik həyatının təsviri faktiki olaraq o vaxta qədər ədəbiyyatın nəzər nöqtəsindən kənarda qalan həyat laylarının ədəbi dövriyyəyə daxil edilməsindən xəbər verir.


Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin