Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Zola naturalizmin nəzəriyyəçisi kimi



Yüklə 88,35 Kb.
səhifə6/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Zola naturalizmin nəzəriyyəçisi kimi
E. Zola belə hesab edirdi ki, dünyada mövcud olan hər şey təbiətin bir hissəsidir və onu təbiətin qanunları ilə izah etmək olar. Dünyada fövqəltəbii heç bir şey mövcud deyil. Bu fəlsəfi müddəadan çıxış edən Zola naturalist teatrın və naturalist romanın nəzəriyyəsini işləyib hazırladı. Onun işləyib hazırladığı naturalizmin estetikasına görə hər bir insanın hərəkətləri, əməlləri və fəaliyyəti onun irsiyyəti ilə, mühitlə və ictimai əlaqələri ilə müəyyən olunur. Özünün “Terese Raqin” (“Therese Raquin”) romanında özünü naturalist adlandırır və belə hesab edir ki, insan orqanizmi hər şeydən əvvəl bioloji orqanizmdir və incəsənət onun bioloji mövcudluğunu qanunauyğunluqlarını öyrənməlidir. Mühit nəzəriyyəsi Zolanın estetikasında mühüm rol oynayır və məişətlə bağlı detalların insan həyatında oynadığı rolu müəyyən etmək naturalist sənətkarın ümdə vəzifələrindən hesab olunur. Lakin sonralar Zola nəzəriyyəsində insanın təbiətə və mühitə fəal şəkildə müdaxiləsi prosesində öz təbiətini də dəyişdirə bilməsi ideyası insan təbiətinin dəyişməzliyi haqqında təsəvvürlərlə əvəz olundu. Naturalizm üçün gözə görünən dünya təbiətin bir hissəsidir və onun qanunları ilə yaşayır. Zola göstərirdi ki, rəssam öz əsərində bir tərəfdən özünün təbiətə münasibətini ifadə etməli, digər tərəfdən onu olduğu kimi, gördüyü kimi təsvir etməlidir. Zola yazırdı: “gözəllik bizdən kənarda yox, içimizdə yaşayır.” Onun fikrincə, sənətkar sənət nümunəsini öz varlığı ilə, öz cismi ilə, öz hissləri ilə yaratmalıdır. Buna görə də insan yaradıcılıq prosesində heç kimə tabe olmamalı, yalnız öz ürəyinin səsinə qulaq asmalıdır.
Zola hələ gənc yaşlarından elmin son nəticə etibarilə bütün həyat sahələrində qələbə çalacağına inam bəsləyirdi. Məhz buna görə də onun naturalizm nəzəriyyəsində elmə, dünyanın elmi, idrak prinsipləri əsasında qavranılmasına, təsvir olunmasına böyük əhəmiyyət verilirdi. Onun fikrincə, yalnız elmi prinsiplərə sədaqət sənətkarı romantizmin yanılmalarından qurtara bilər. Məhz buna görə də naturalizmin yaranmasında, onun nəzəriyyəsinin və bədii praktikasının formalaşmasında eksperimental təbiət elmləri, xüsusilə fiziologiya mühüm rol oynamışlar.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin