Mühazirə 2. Dekadent ədəbiyyatın meydana gəlməsi səbəbləri və Qərb bədii fikrində rolu Dekadent (düşkünlük) əhval-ruhiyyəsinin Qərb incəsənətində təcəssüm xüsusiyyətləri Qərbi avropa ədəbiyyatlarında və incəsənətində dekadent (düşkünlük) meyilləri bir qayda olaraq XIX əsrin sonu-XX əsrin əvvəllərində meydana gəlmişdir. Bu ilk növbədə həm cəmiyyətdə, həm də incəsənətin inkişafında o vaxta qədər bəşər nəslinin aramsız inkişafı ilə bağlı illüziyaların itirilməsi ilə bağlı idi. Dekadent ədəbiyyat naturalizm, impressionizm, postimpressionizm ilk baxışdan müxtəlif, lakin düşkünlük əhval-ruhiyyəsinə köklənmiş cərəyanları özündə birləşdirir. Bu ədəbi-bədii istiqamətlərdən hər biri özünü dünyaya və insana fərqli münasibəti ilə də diqqəti cəlb edir. Bütün bu istiqamətləri səciyyələndirən əsas cəhətlərdən biri də onların bir-birilərini əvəz etməsi ilə deyil, paralel şəkildə inkişaf etmələri ilə bağlıdır. Bu ardıcıl yox, paralel inkişafda tarixi, o cümlədən ədəbi-bədii fikrin hərəkətinin sürətlənməsi özünü büruzə verir. Dekadent dövründə sənətkarlar hələ ifrat meyillərdən qaçırdılar və əvvəlki dövrlərdə olduğu kimi...
Ədəbiyyatda dekadentlik son dərəcə aydın şəkildə XIX əsrin sonunda Paris məğlubiyyətindən sonra özünü büruzə verdi. Bu hadisə Verlen, Rembo, Malarme kimi şairlərin yaradıcılıqları üçün xarakterikdir. İniglis ədəbiyyatında dekadentlik prerafaelitlər deyilən cərəyanın nümayəndələrinin yaradıcılıqlarına xas olan bir xüsusiyyətdir. Onları sosial tərəqqinin mövcudluğunu təkzib edirdilər və yaradıcılıqlarında mistikaya geniş meydan açırdılar. Ölüm mövzusu həm fransız, həm də ingilis dekadent ədəbiyyatının yaradıcılığında mühüm yer tuturdu. Dekadentlər belə hesab edirdilər ki, həyatda insanın üz-üzə gəldiyi problemlərin əksəriyyəti onun sosial amillərə həddindən artıq böyük əhəmiyyət verməsi ilə bağlıdır və yeganə çıxış yolu fərdiyyəçiliyə qapılmaqla həyatın çətinliklərindən üz döndərməkdir. Görkəmli ingilis yazıçısı Oskar Uayldın yaradıcılığı dekadent ədəbiyyatının ən gözəl nümunələrindən hesab oluna bilər.