Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə12/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-5
Dadaizm
Dadaizm cərəyanın meydana gəlməsi
Dadaizm XX əsrin əvvəllərində Birinci dünya müharibəsi nəticəsində meydana gəlmiş modernist cərəyandır. “Dadaizm” anlayışının mənası və mənşəyi ilə bağlı çoxsaylı fikirlər mövcuddur. Fransız dilində “dada” taxtadan düzəldilmiş oyuncaq ata deyilir. Belə hesab olunur ki, bu adı dadaizmin banisi T. Tsara Laruss lüğətini açarkən gözünə dəyən ilk sözdən götürülmüşdür. Başqa bir fikrə görə dada uşağın heç bir məna ifadə etməyən qaqqıltısına təqliddir. Hətta belə bir rəvayət də mövcuddur ki, T. Tsara Laruss lüğətini bıçaqla deşmiş, tiyənin dirəndiyi söz “dada” olmuşdur. O dəqiq məlumdur ki, “dada” sözü 1916-cı ildə İsveçrənin Bazel şəhərində “Volter” kabaresində rəssam və incəsənətdə cərəyandır. Dadaizm dünyanın mənasız- divanəlik olduğunu bəyan edən bədii konsepsiyada çıxış idi. Dadaistlər söyləyirdilər ki, “Dadanın nə olduğunu soruşmaq qeyri-dadaist sualdır.” Dadanı başa düşmək qeyri-mümkündür. Onu yaşamaq lazımdır. T. Tsaranın özü dəfələrlə demişdir ki, insanın normal durumu dadadır. Hamı dadaist ola bilər. Cərəyanın görkəmli nəzəriyyəçilərindən biri olan X. Ball isə göstərirdi ki, “dada” beynəlxalq sözdür. Ancaq sözdür. Hərəkət kimi sözdür. Hər şey son dərəcə sadədir. Bu istiqamətin əsasında yaratmaq bir çox çətinlikləri dəf etmək deməkdir. Dada psixologiyadır, dada ədəbiyyatdır, dada burjuaziyadır. Siz də hörmətli şairlər, söz vasitəsilə yaradırsınız , lakin heç zaman sözün özünü yarada bilmirsiniz. Siz də dadaistsiniz. Dada dünya müharibəsidir. Dada dünya inqilabıdır və hər bir başlanğıcın yoxluğudur. Siz də mənim əziz dostlarım, dadaistsiniz. Beləliklə dadaizm Birinci dünya müharibəsi meydana gəlmiş bədii cərəyandır. O özündən əvvəl mövcud olmuş cərəyanları məhv etmək məqsədindən çıxış edirdi. Dadaizm müharibənin mənasızlığını, incəsənətin mənasızlığı ilə dəf etmək məqsədindən çıxış edirdi .Dadanın heç bir mənası yoxdur. Sözdən ötrü vaxt itirməyə dəyməz. Çünki bu söz heç bir məna ifadə etmir.
Dadaizmin meydana gəlməsi və yayılması
Dadaizm beynəlxalq bədii istiqamətdir və anarxiya əhval-ruhiyyəsindən çıxış edən gənclər arasında geniş yayılmışdır. Dadaistlərin arasında fransızlar, almanlar vardır. İstiqamətin yaradıcısı və başçısı Tristian Tsara isə rumin idi istiqamət 1916-cı ildə Bazel şəhərində meydana gəlmişdir. Dadaizmin görkəmli nümayəndələrindən biri olan alman rəssamı Hülzenben göstərirdi ki, “dada” sözü gerçəkliyi ən bəsit münasibəti ifadə edir. Dadaizmlə bərabər yeni reallıq meydana gəlir. Həyat səslərdən, rənglərdən, ritmlərdən ibarətdir. Onlar bir-birilə qarışmış və çulğalaşmışdır. Dadaizm estetik baxımdan həyata qarşı deyil. Lakin onu hissələrə parçalayır. Bu halda insanın daxili həyatından etikasından, mədəniyyətindən əsər-əlamət qalmır. Bundan belə nəticə çıxarmaq olar ki, dadaizm insanın idrakını və inancını təftiş etməyi özünün əsas məqsədlərindən biri hesab etmişdir. Dadaistlər klassik incəsənətə tənqidi yanaşmırdılar və bir çox hallarda onun aparıcı estetik prinsiplərini təkzib etməkdən belə çəkinmirdilər. Dadaistlər incəsənəti mədəniyyət sahəsindən tamamilə sıxışdırıb çıxarmaq və onu əvəz etməyə çalışırdılar. Dadaistlərin məşhur “Luvruyandır!” çağırışı məhz bununla bağlı idi. Dadaistlər ziyalıların Birinci dünya müharibəsinə qarşı etirazını ifadə edirdilər və bir çox cəhətdən bu müharibəyə meydan açan mədəniyyəti təkzib edirdilər. Lakin bununla belə dadaistlər müsbət ideallar ortaya qoya bilmirdilər və onların dünyagörüş mövqeyi pessimist səciyyə daşıyırdı. Bununla bağlı Tsara yazırdı: Müharibə humanist sivilizasiyanı məhv etdi. Bu sübut edir ki, humanist sivilizasiyanı məhv edib ona son qoymaq lazımdır. Bundan ötrü onun düşüncə tərzini və dilini məhv etmək tələb olunur. “Dada” məhz bu zəruriyyətdən meydana gəlmişdir. Dadaizm dünyanın mənasızlığını dərk edib Dünya müharibəsinin dəhşətlərindən qaçmaq cəhdi idi.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin