Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


XX əsr realizmi haqqında mübahisələr



Yüklə 88,35 Kb.
səhifə22/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

XX əsr realizmi haqqında mübahisələr
1950-1960-cı illərdə realizmin təbiəti ilə bağlı bir sıra nəzəri diskussiyalar keçirildi. Bu diskussiyalar zamanı bir sıra ədəbiyyatşünaslıq, sənətşünaslıq, estetik və fəlsəfi problemlər həll olunurdular və mətbuatda işıqlandırılırdılar. Sovetlər ittifaqında həyata keçirilən bu mübahisələrdə əsas məsələlərdən biri fəlsəfənin tarixi inkişafında materializmlə idealizmin mübarizəsinin ədəbiyyatşünaslığa və estetik fikrə tətbiq edilib edilməməyini aydınlaşdırmaq idi. Bir çox sovet tədqiqatçıları ədəbiyyatın tarixini realizmlə antirealizmin mübarizəsi kimi şərh etməyi təklif edirdilər. Keçən əsrin 40-cı illərində ədəbi prosesə məhz belə bir münasibət hökm sürürdü. Lakin son nəticə etibarilə bu mübahisələrdə incəsənətin estetik zənginliyi ilə bağlı nəzər nöqtəsi qalib gəldi. Son nəticə etibarilə göstərildi ki, bədii fikrin inkişafı həm realist, həm də digər bədii istiqamətlərin axarında inkişaf edir. Başqa bir mübahisədə realizmin təbiətini üzə çıxarmağa cəhd olunurdu: görəsən, realizm incəsənətin təbiətinin özünün xassəsidir yoxsa bu yalnız konkret tarixi istiqamətdir. İkinci müddəanın tərəfdarları realizmin tarixini bəzən İntibahla, bəzən Maarifçiliklə, bəzən də XX əsrlə əlaqələndirirdilər. Bəzi tədqiqatçılar belə hesab edirdilər ki, realizmin mahiyyət etibarilə iki mənası var: a) realizm XIX əsrdə formalaşmış konkret tarixi istiqamətdir; realizm obyekyiv həqiqəti dərk etməyə can atan incəsənətin ümumi xüsusiyyətidir. Bu isə o demək idi ki, metod kimi realizm istiqamət kimi realizmdən fərqlənir. Lakin onu da nəzərə almaq lazımdır ki, həyat həqiqətini təcəssüm etmək meyli bütün əsl incəsənət nümunələrinə xas olan bir xüsusiyyətdir və böyük incəsənət bütün tarixi boyu müxtəlif bədii formalardan istifadə edərək bu məqsədə nail olmağa çalışmışdır. Bədii yaradıcılığın dərin qaynaqları gerçəkliyin hadisələrinin mahiyyətinə nüfuz etməyə sövq edirdi. Bununla yanaşı həyat çoxcəhətli və çoxmənalıdır. Buna uyğun olaraq həyat həqiqəti plüralist səciyyə daşıyır. Bu baxımdan realizm xüsusi bədii istiqamət kimi yalnız ona xas olan dünyanın və şəxsiyyətin bədii konsepsiyasının daşıyıcısı kimi dəyərləndirilə bilər.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin