Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Mühazirə-13 Tomas Mann (1875-1955) həyatı



Yüklə 88,35 Kb.
səhifə29/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-13
Tomas Mann (1875-1955) həyatı
Alman yazıçısı Tomas Mann hələ gimnaziyada oxuyarkən şeir yazırdı. 1894-cü ildə yazıçı özünün ilk hekayəsi olan “Düşkün qadın” əsərini çap etdi. Münhendə yaşayan T. Mann universitetdə mühazirələrə qulaq asır, ədəbi dairələrə yaxınlaşır, satirik “Simplisissimus” jurnalında işləyir. T. Mann 1895-97-ci illərdə İtaliyada yaşayır, 1998-ci ildə yazıçı özünün “Kiçik cənab Fridman” novellalar toplusunu nəşr etdirir. Kitabda insanların eybəcər və zülmət içində itib batan mövcudluğu təsvir olunur. Topluya daxil edilmiş novellalarda bioloji məqamlar (xəstəliklər, irsi xüsusiyyətlər) ictimai qüvvələrin təzahürü kimi çıxış edirlər. Yazıçının 1903-cü ildə çap etdirdiyi “Tristem” və “Tonio Kreqer” novellalarında burjua cəmiyyətinin kobud həyat təcrübəsi ilə müqayisədə insan ruhunun üstünlükləri qeyd olunurlar. Müəllif 1910-1920-ci illərdə yazdığı məqalələrdə burjua həyat tərzinə və dünyaduyumuna qarşı kəskin şəkildə çıxış edir. “Venesiyada ölüm” (1913) T.Mann incəsənət mövzusuna müraciət edir. XX əsrin 20-ci illərində T. Mann militarist faşist ideologiyasına qarşı çıxdı. 1924-cü ildə T. Mann özünün ən məşhur romanlarından biri olan “Sehrli dağ” romanını nəşr edir. Əsərdə Birinci dünya müharibəsi ərəfəsində Avropada hökm sürən düşkünlük əhval-ruhiyyəsi öz əksini tapmışdır. 1929-cu ildə bu əsərə görə T. Mann Nobel mükafatına layiq görülür. 20-ci illərin ikinci yarısında T. Mann Bibliya mövzusunda silsilə romanlar yazmaq üçün material toplamağa başlayır. Nəticədə yazıçı Bibliya mövzusunda “Mario və cadügər” (1930) və möhtəşəm “İosif və qardaşları” (1933-43) tetralogiyası (4 hissədən ibarət əsəri) işıq üzü görürlər. Faşistlər Almaniyaya hakimiyyət başına keçdikdən sonra T. Mann mühacir həyatı yaşayır 1938-ci ilə kimi İsveçrədə, sonralar ABŞ-da yaşayır. T. Mann Sürixdə nəşr olunan “Ölçü və dəyər” antifaşist jurnalının banilərindən biridir. 1943-cü ildən başlayaraq sənətkar özünün ən məşhur romanlarından biri olan “Doktor Faustus” əsəri üzərində işləyir. Bu əsərdə müəllif XX əsrdə mövcud olan irticanın qaynaqlarını axtarıb üzə çıxarmaq vəzifəsindən çıxış edirdi.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin