Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Tomas Mannın “Doktor Faustus” romanı



Yüklə 88,35 Kb.
səhifə31/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Tomas Mannın “Doktor Faustus” romanı
Əsər 1947-ci ildə işıq üzü görmüşdür. Romanda alman bəstəkarı Adrian Leverkünün həyat yolu təsvir olunur. Əsərdə təhkiyəçi qismində əyalət gimnaziyasında latın dili müəllimi işləyən Serenus Seytblom çıxış edir. O, baş qəhrəmanın dostudur, onu uşaqlıq illərindən tanıyır. O, bəstəkarın həyat yolunu İkinci dünya müharibəsinin başa çatması ilə əlaqədar olaraq bütün Almaniyanın xarabalığa çevrilməsi səhnəsi ilə bitirir. Lakin Seytblom əsasən Birinci dünya müharibəsi ərəfəsində və ondan sonrakı ilk onillikdə baş verən hadisələri təsvir edir. Müəllif bununla mədəniyyətin böhranının nəticəsi olan mədəniyyətin böhranı ilə əlaqələndirməyə çalışır.
Əsərdə Leverkünün həyat yolu başlanğıcdan onu faciəvi şəkildə ölümü ilə, gerçəklikdə və mədəniyyətdə aparıcı qüvvəyə çevrilmiş dağıdıcı qüvvələrin zərbəsinə tab gətirə bilməməsi ilə başa çatır. Məhz buna görə bir qayda olaraq ənənəvi roman janrını xarakterizə edən baş qəhrəmanın bir şəxsiyyət kimi təşəkkülü və inkişafı haqqında danışmaq qeyri-mümkündür. Onun xarakteri demək olar ki, heç bir köklü dəyişikliyə məruz qalmır, inkişafı isə ideyaları və yönümləri dəyişməsi ilə səciyyələnir. Gələcək bəstəkar bir il ərzində ilahiyyət fakültəsində təhsil alır. Lakin bu paradoksal şəkildə Leverkünün “Allah ölmüşdür” müddəasını irəli sürən Nitşeyə meylini gücləndirir. Nitşenin təlimi baş qəhrəman üçün insanı didib parçalayan daxili şübhələrdən azad olmaq, bütün imkanları tükənmiş mədəniyyətə sitayişdən imtina edib “barbarlıq” yoluna qədəm basmaq imkanıdır.
Romanın aparıcı epizodunda Şeytan Leverkünlə görüşür. Şər qüvvələrin təmsilçisi çox aydın şəkildə onun dünya duyumunu hiss edir və onu şirnikləndirmək üçün özünəməxsus üsul və vasitələrdən istifadə edir. O, Leverkünə öz yaradıcılığında insan əzablarını ifadə etməkdən imtina etməsi müqabilində Şedevrlər yaratmaq üçün imkan yaradacağını vəd edir. Həqiqətən Şeytanla görüşdən sonra bəstəkar insan problemlərindən yan keçən əsərlər yaratmağa nail olur. Lakin bundan ötrü o, mədəniyyətin əsrlər boyu təşəkkül tapmış ənənələrindən imtina etməyə məcbur olur. Leverkünün özü yaradıcılığını bürümüş bu böhranın dərinliyini hiss edir və əqlini itirib dünyasını dəyişməzədən əvvəl bunu Seytbloma etiraf etməkdən çəkinmir.



Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin