Friksion materiallar(FM)mexaniki xassələrinin müsbət qradiyenti iki yolla əldə edilir.Birinciyolondan ibarətdirki,təmas ara boşluğuna aralıq plastik qatdaxiledilir.Ikinciyolda tətbiq olunan belə FM sürüşmə gərginliyinin və təmas zonasındakı yüksək temperaturun təsiri altında termiki parcalansın və yumşalsın. Sürtünmə səthində plastiki pərdə yaranır. FM–lərin bu növləri var; a)metal b)asbokauçuk c)asboqətran d)üzvi e)metalkeramik. Metal friksion materiallara adətən U7, U8 yüksək karbonlu polad cütü ilə işləyən boz çuqunlarıaid edirlər.Çuqunlarda karbon qrafit şəklində iştirak edir.Belə cütlərin çatışmayan cəhəti kiçik sürtünmə əmsalının olması,üstüncəhəti isə qiymətinin ucuz olması və etibarlı işləməsidir. Göstərilən cütlər dəmiryolnəqliyyatında təkərlərin əyləclərində istifadə olunur.