Mühazirə 1 yeyiLMƏNİN Ümumi qanuna uyğunluqlari yeyimə haqqında umumı anlayış



Yüklə 0,59 Mb.
səhifə2/22
tarix16.04.2022
ölçüsü0,59 Mb.
#55577
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
C fakepathMьhazir sas imtina

Yeyilmə intensivliyi isə yeyintinin yeyilmə baş verdiyi yola, yaxud həcmə olan nisbətinə deyilir: Y = İ/L. Xətti yeyinti zamanı yeyilmə intesivliyi ölçüsüz kəmiyyətdir, ceki yeyintisi zamanı isə vahid sürünmə yoluna düşən kütlə ilə ölçülür. Işin başlanğıc dövründə hissələrin tez yeyintisi müşahidə olunur. Bu dövrün davam etməsi səthlərin keyfiyyət və mexanizmin iş rejimi ilə əlaqədardır və sürtünmə düyünün iş ehtiyatının adətən 1,5 . . . 2 % - ni təşkil edir. Işlənmə dövründən sonra qovuşmanın uzunömürlülüyünü müəyyən edən qərarlaşmış yeyilmə rejmi dövrü gəlir. 3-cü dövür təhlükəli yeyilmə dövrüdür. Bu dövür mexanizmin həddi vəziyyətini xarakterizə edir və iş ehtiyatını mehdudlaşdırır. Şəkildə təsvir olunmuş qrafiklərdən görünür ki, yeyilmə prosesi maşının sürtünmə düyünlərində nasazlıqlara və imtinaların yaranmasına, bir başa və həll edici təsir göstərir. Etbarlılıq göstəricilərinin deyişməsi eynilə yeyilə göstəricilərinin dəyişməsi ilə üst – üste düşür. 2ci məntəqədə m = ( ) və c = ( ) əyrilərinin daha yüksək əyriliklə dəyişməsi onunla izah olunur ki,işlənmə ilə əlaqədar yeyinti, yorğunluq, korroziya dağılması yaxud plastik deformasiya ilə yaranan imtinalar baş verir. Sürtünmə sərhədlərində temperaturun yüksəlməsi materialın səth laylarında fiziki – mexaniki xassələrinin dəyişməsini törədir. Müxtəlif şəraitdə və müxtəlif sütünmə cütlüərində işlənmədən sonra həmişə eyni nahamarlıq yaranır.

Yeyilmənin əsas növləri

Maşınların texniki vəziyyətindəki dəyişiklilik proseslərini səmərəli idarə etmık və maşın hissələrinin yeyilmə intensivliyinin azaldımasına yönəldilmiş tədbirləri əsaslandırmaq üçün hər bir konkret halda səthlərin yeyilməsi növünü müəyyənləşdirmək lazımdır. Bunun üçün aşağıdakı xarakteristikaları vermek tələb olunur:1.Səthlərin nisbi yerdəyişməsinin növü ( friksion təmasın növü )2.Aralıq mühitin xarakteri ( sürtgü materialının yaxud işci mayenin növü )3.Yeyilmənin əsas mexanizmi. Aralıq mühitin növünə görə sürtgü materialı olmadıqda sürtünmə zamanı yeyilmə, sürtgü materialı olduqda sürtünmə zamanı yeyilmə, obraziv materiallı sürtünmə zamanı yeyilmə növləri fərqləndirilir. Hissələrin materialının, sürtgü materiallarının yaxud obraziv materialların xassələrindən, eləcə də onların qovuşmadakı münasibətlərindən asılı olaraq iş zamanı səthlərin dağılmasının mütəlif növləri baş verir. Yeyilmə ГОСТ 23.002 üzrə aşağıdakı növlərə bölünür:1.Mexaniki ( abraziv, hidro – və qazabraziv, eroziya, hidro – və qazeroziya, kaviyasiya, yorulma, toxunma zamanı yeyilmə, freting zamanı yeyilmə )2.Korroziya – mexaniki ( oksidləşmə, fretinq – korroziya zamanı yeyilmə )3.Elektrik cereyanının təsiri altında yeyilmə ( elektroeroziya ). Mexaniki yeyilmə sürtünmə səthinə mexaniki təsir neticəsində baş verir. Materialın mühitlə kimyəvi və yaxud elektirik qarşılıqlı təsiri ilə müşayiət olunan mexaniki təsir nəticəsində yaranan yeyilmə korroziya – yeyilmə adlanır. Elektrik cərəyanı keçdikdə yüklərin təsiri nəticəsində səth eroziyalı yeyilmə adlanır. Bu cür yeyilməyə elektrik avadanlığı elementlərində: generatorlarda, elektrik mühərriklərində, eləcə de elektromaqnit işə salıcılarında rast gəlinir. Sərbəst yaxud bərkidilmiş vəziyyətdə yerləşən abraziv hissəciklərin kəsici yaxud cırmaq təsiri nəticəsində materialın mexaniki yeyilməsi abraziv yeyilmə adlanır. Metala nəzərən bərkliyi böyük olan abraziv hissəciklər hissələrin səthini dağıdır və onların yeyintisini xeyli artırır. Bu növ yeyilmə ən geniş yayılma növüdür. Polimerlərdən hazırlanmış hissələrin işi zamanı da abraziv yeyilmə baş verə bilər. Bu nəinki abraziv hissəciklərin səthə düşməsi nəticəsində baş verir, eləcə de sürtünmə zamanı kələ - kötürləri qovuşan hissənin səthini cırır və uzununa cırıqlar yaranır. Hidro – və qazabraziv yeyilmədə mayeda asılı halda olub yeyilən səthə nəzərən yerdəyişmədə olan bərk hissəciklərin təsiri nəticəsində baş verir. Hidroabraziv yeyilmə hidrodinamiki ötürmə hissələri üçün qazabraziv yeyilmə isə kompressor və pnevmoalət elementləri üçün xarakterikdir. Bu növ yeyilmələr üçün yeyilmə intensivliyi J = kvm. Burada k – abrazivin xassələrindən və qaz yaxud maye axını parametrlərindən asılı olan əmsal;v – axının sürətidi, m ; m - dərəcə göstəricisidir. Abraziv hissəciklərin ölçüləri artdıqca yeyilmə intensivliyi monoton olaraq artır. Yeyilmənin növünü müəyyən etdikdə erozuya, hidro- qazeroziya və kavitasiya yeyilmələrini hidro – və qazabraziv yeyilmədən fərqləndirmək lazimdir.Maye və qaz axının təsiri nəticəsində səthin mexaniki yeyilməsi eroziyalı yeyilmə adlanır. Maye (qaz) axını təsiri nəticəsindəki eroziya yeyilməsinə hidroeroziya (qazeroziya) yeyilməsi deyilir. Bərk cismin mayeyə nəzərən hərəkrti zamanı hidro eroziya yeyilməsinə kavitasiya yeyilməsi deyilir, bu zaman qazqovucuqlar səth yaxınlığında toplanır və beləliklə yəzyiqin yaxud temperaturun yerli artması baş verir. Bu növ yeyilmə boru kəmərlerində və kollektorlarda müşayiət olunur. Yorulma yeyilməsi mexaniki yeyilmənin bir növü olub səth qatında materialın mikrohəcmin təkrar deformasiyası zamanı yorulma dağılması zamanı yaranır. Belə yeyilmə istər diyirlənmə, istərsə də sürüşmə sürtünmələri zamanı yaranır. Yorulma yeyilməsi prosesi adətən diyirlənmə və ya sürtünmə təmasındakı çox saylı təkrarlaşan gərginlilər tsikli ilə bağlı olur. Yorulma yeyilməsinin intensivliyi aşağıdakı amillərlə müəyyən olunur: qalıcı gərginliklərin və səth gərginlik konsentratorlarının olması; səthlərin keyfiyyəti; qovuşmada yüklərin paylanması; sürtünmənin növü; sürgü materialın olması. Qovuşmanın real işi zamanı eyni zamanda bir neçə növ yeyilmə müşahidə oluna bilər. Bunlardan hamısının aparıcı olması yeyilən səthlərin öyrənilməsi nəticəsində müəyyən oluna bilər ki, bunu da nəticəsində maşının uzunömürlülüyünün artırılması üzrə tədbirlər işləmək olar.

Sürtünmə düyünlərində materialın yeyilmə materiları və onların dəyərləndirilməsi


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin