Sürtünmə və yeyimə dedikdə, detalların təmas səthlərində, müqvimət hərəkətin əksinə yönələrək mexaniki təsirdən mikrko-makro hissəciklərin qopması nəzərdə tutulur.Bu proses layihələndirmədə maşınların hazırlanması üçün istifadə olunan materialların keyfiyyətindən, hazırlanma texnologiyasından, maşınların istismar şəraitindən, maşının normal işləməsinə nəzarətdən, idarə olunmasının səviyyəsindən, ətraf mühitin təsirindən, işləmə müddəti materialların keyfiyyətinin dəyişməsindən asılıdırİlk dövrlərdə maşınların layihələndirilməsi statik yükə görə aparılırdı.Bu halda xarici təsirdən yaranan ekvivalent yükün bu və ya digər möhkəmlik nəzəriyyəsi ilə müəyyən olunan həddi yükdən kiçik olması şərti ödənilirdi.. Ilk başlanğıcda dinamik qüvvələrdən yaranan yeyilmədə nəzərə alınmaqla, maksimum yeyilmə həddi kiçik olması şərti ödənilirdi. Sonrakı tədqiqatlar nəticəsində maşın hissələrinin dağılmasına bir çox əlavə amillərində təsir etdiyi aydın oldu.Bu amillərə maşın hissələri hazırlanarkən yol verilən deffektlər; 1) səthin təmizliyinin növü; 2) təsir edən xarici qüvvələrin dəyişmə xarakteri; 3) miqyas faktoru; 4) yeyilmənin konsentrasiyası, 5) materialların dözümlüyü, faktorlar daxildir. Müəyyən temperatur şəraitində materiallar öz mexaniki xassələrini dəyişir. Bu səbəbdən onlarda plastiklik, axıcılıq və digər xassələr yaranır. Bu halda Huk qanununa tabe olan elastik modeldən Maksvell, Foxt, Kelvin fiziki modellərə keçmək lazım gəlir. Bu modellərdə elastik xassə ilə yanaşı axıcılıq, plastiklik, qocalaraq köhnəlmə xassələridə nəzərə alınır.Ilk dövrlərdə layihələndirmə işində maşın hissələrinin yalnız iki vəziyyətdə olduğu qəbul edilirdi: sürtünmə vəziyyəti və yeyilmə vəziyyəti. Keçən əsrin 20-ci illərində Qriffits tərəfindən, deformasiya olunan cisimlərin mexanikası əsasında, materialların kövrək dağılması nəzəriyyəsi yaradıldı. O,təklif etdiki, yeyilmə prosesini energetik konsepsiya əsasında izah etmək lazımdır.Bu nəziryyəyə əsasən səthdə yığılmış sərbəst enerji çatların əmələ gəlməsi üçün lazım olan enerjidən çox olduqda dağılma baş verir. Yeyilmə mürəkkəb proses olub öz xarakterinə görə mexaniki,molekulyar-mexaniki və korroziya olunmaqla mexaniki kimi qruplara ayrılır.Mexaniki yeyilməyə abraziv, yorulmaqla və plastik deformasiya olunmaqla yeyilmə növləri aiddir.Molekulyar- mexaniki yeyilməyəyapışaraq qopmaqla, qat-qat olub qopmaqla yeyilmə növləri aidir. Qovşaq səthlərinin hərəkət xarakterindən asılı olaraq sürtünmənin aşağıdakı növləri mövcuddur: a) I növ (sürüşmə) sürtünmə; b) II növ (diyirlənmə) sürtünmə. I növ sürtünmə öz növbəsində aşağıdakı kimi təsnif olunur: 1) qurusürtünmə. 2) yağlısürtünmə; 3) sərhədsürtünməsi (10-20mkyağlayı); 4) yarımqurusürtünmə (yağlayıarabiryarılır); 5) yarımyağlısürtünmə. Sürtünmə əmsalı t=const və birləşmədəki təzyiq dəyişən olduqda yeyilmə miqdarı görülən mexaniki işə proporsional, yeyilmənin dəyişmə sürəti isə sürtünmə gücünə proporsionaldır. Quru sürtünmə zamanı yeyilmə iki prosesdən ibarət olur: yonulma və əzilmə. Yonulma zamanı metal hissəcikləri sürtünmə səthindən qoparaq hissənin çəkisinin azalmasına və ölçülərinin dəyişməsinə səbəb olur. Əzilmə zamanı materialın plastikliyindən hissədə qalıq deformasiya yaranır və bu da onun həndəsi ölçülərini dəyişdirir. Quru sürtünmədə yeyilmə aşağıdakı amillərdən asılıdır: 1)xüsusi təzyiqdən; 2) sürtünmə əmsalından; 3) hissənin nisbi hərəkət və s.