Yağlı sürtünmə. Bu üsulla yağlamanı ilk dəfə 1883-cü ildə rus alimi, prof. N. P. Petrov icad etmişdir.Bu halda iş zamanı valla yastığın səthləri arasında daima müəyyən yağ təbəqəsi olub, yalnız hərəkətin başlanğıcında və axırında sürtünürlər. Beləliklə, yastığın işləmə müddəti dəfələrlə artır.
M inimum yağ təbəqəsinin qalınlığı val və yastığın girinti-çıxıntılarının cəmindən çox olmalıdır. Yəni Petrovun hidrodinamiki yağlama nəzəriyyəsinə əsasən əgər düzgün həndəsi formalı val düzgün həndəsi yastıqda yerləşdirilərsə, onda qovşağın həndəsi ölçüləri ilə yağın özlülüyü və yük arasında müəyyən bir münasibətdə valın vəziyyəti yalnız onun fırlanma dövrlər sayından asılı olacaq . Valın fırlanması zamanı hidrodinamiki qüvvə təsiri altında val yastıqdan aralanır və yağ qatının qalınlığı "h" olur.Val fırlanaraq öz kələ-kötürlüyü ilə yağı araqatına aparır və qovşaqda mərkəzi bucağı 90°-120° olan zonada izafi təzyiq yaradır.Valın fırlanması zamanı yağ qatında yaranan təzyiqin paylanma epürası yastığın konstruksiyasından və valın yüklənmə xarakterindən asılıdır.Yağlılıq dərəcəsi onun sürtünmə səthində metalla nazik lay şəklində möhkəm kimyəvi birləşmələr yaratması ilə izah olunur. Yarım yağlanma rejimində sürtünən səthlərin təmizlik dərəcəsini maksimuma çatdırmağa çalışırlar.Bu sürtünmənin qarışıq növüdür. Bu zaman qovuşan hissələrin toxunma səthlərində həddi və quru sürtünmə prosesi mövcud olur. Həddi sürtünmədə yağ layının qalınlığı bir molekulun ölçüsü qədər olur.Quru sürtünmədə sürtünmə əmsalı sürt= 0,1 - 0,3 Yağlı sürtünmədə sürtünmə əmsalı sürt= 0,003 - 0,01. Yarım yağlı, yarım quru və həddi sürtünmələrdə sürtünmə əmsalı sürt= 0,0140,2 olur
Maşınlar fasiləsiz işləyə bilmədikləri üçün onları vaxt aşırı saxlayıb, yenidən işə buraxıb və revers etdirirlər. Bu səbəbdən qovşaqda hissələr bir-birinə toxunur və bu zaman sürətlə yeyilmə prosesi gedir. Yeyilmə nəticəsində aşağıdakı hallar baş verir: 1. Qovşaqdakı ara boşluğu artır; 2.Qovşaqdakı hissələrin toxunma səthlərinin düzgün həndəsi formaları pozulur.
Hər bir qovşaqda uyğunlaşma prosesi getməlidir . Uyğunlaşma zamanı mikro kələ-kötürlüklərin daraqcıqları yeyilir. Bu zaman yağlı sürtünmə prosesi üçün yağ layının qalınlığı:
Uyğunlaşmada yeyilmə azaldıqca qovşağın ümumi işləmə müddəti artır. İşləmə müddətinə qovşaqdakı başlanğıc ara boşluğununda təsiri çoxdur
MÜHAZİR-3
Sürtünmədə hissələrin həndəsi formaların dəyişilməsi
Yeyilmənin əsas xarakteristikası
Qovşaqda val müntəzəm yeyilib, yastıq isə birtərəfli olur. Bunun nəticəsində valın radiusu x qədər kiçilib. Yağlı sürtünmə olmadıqda yastığın sürtünmədən yeyilmə zonası 90°-120° bucaqla məhdudlaşır. Neft avadanlığının işinin istismar göstəriciləri böyük dərəcədə onun hissələrinin yeyilməyə qarşı davamlılığından asılıdır. Maşın hissələrinin yeyilmə intensivliyini minimuma çatdırmaq, yeyilməyə qarşı davamiyyəti təmin edən yeni materialların yaradılıb, seçilməsi və eləcə də səthi möhkəmlətmə üsullarından geniş istifadə olunmalıdır.
Dostları ilə paylaş: |