Mühazirə 11 Ə. Mirzəzadə Azərbaycan XVIII əsrin birinci yarısında


Osmanlı  hakimiyyəti  altına  keçməsi



Yüklə 282,91 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix11.03.2022
ölçüsü282,91 Kb.
#53580
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   16
mt-is muhazire-11

Osmanlı  hakimiyyəti  altına  keçməsi.  Rusiyanın  Xəzər  hövzəsində  və  Cənubi  Qafqazda 

möhkəmlənməsindən  narahat  olan  İngiltərə  və  Fransa  Osmanlı  dövlətini  Rusiyaya  qarşı 

müharibəyə  təhrik  edirdilər.  Osmanlı  dövləti  də  Rusiyanın  Cənubi  Qafqazda  mövcudluğunun 

əksinə  idi.  Azərbaycan  əhalisi  də  bu  dövrdə  müəyyən  qədər  Osmanlı  dövlətinə  meyl  edirdi. 

Bunu  İrəvan  azərbaycanlılarının  adından  Ərzurum  paşasına  yazılmış  məktub  da  təsdiqləyir. 

Məktubda deyilirdi: “Niyə oturubsunuz? Siz də türksünüz, biz də. Gavurun əlinə düşməkdənsə, 

sizin əlinizə düşməyimiz yaxşıdır, vaxtında gəlin şəhəri zəbt edin və rusları şəhərə buraxmayın”. 

Osmanlı  qoşunları  1723-cü  ilin  oktyabrında  Gəncəyə  hücum  etdi.  Lakin  Səfəvi  qoşunları 

tərəfindən  müdafiə  olunan  şəhəri  tuta  bilmədilər.  Ancaq  1724-cü  ilin  iyununda  osmanlılar 

İrəvanı müqavimətsiz ələ keçirdilər.   

Osmanlı  dövlətinin  Azərbaycana  qoşun  çəkməkdə  əsas  məqsədi  Cənubi  Qafqazın  rusiya 

tərəfindən  işğalına  yol  verməmək  və  Xəzər  dənizinə  çıxaraq  rus  donanmasının  Xəzərdə 

hegemonluğunun  qarşısını  almaq  idi.  Rusiya  isə  Osmanlı  dövləti  ilə  toqquşmaq  istəmir, 

münaqişəni diplomatik yolla həll etməyə çalışırdı. Beləliklə, Cənubi Qafqazda Rusiya, Türkiyə 

və Səfəvi dövlətlərinin maraqları toqquşurdu. Avropa dövlətlərinin maneçiliklərinə baxmayaraq, 

1724-cü  ilin  iyunun  12-də  Rusiya  ilə  Osmanlı  dövləti  arasında  Peterburq  müqaviləsinin 

şərtlərinə  oxşar  sülh  müqaviləsi  bağlandı.  İstanbul  müqaviləsinin  şərtlərinə  görə  osmanlılar 

Dərbənd,  Bakı,  Salyan,  Lənkəran,  Rəşt  və  Ənzəlinin  Rusiyaya  ilhaqını  tanıdı.  Rusiya  is 

Xəzəryanı  vilayətlərdən  başqa  Azərbaycanın  qalan  torpaqlarının  Osmanlı  dövləti  tərəfindən 

tutulmasına  razılıq  verdi.  Qoşun  saxlamamaq  şərti  ilə  Şamaxı  osmanlıların  himayəsinə  keçdi. 

Yarımmüstəqil  Şirvan  xanlığı  yaradıldı  və  Hacı  Davud  Şirvan  xanı  təsdiq  edildi.  Beləliklə, 

Azərbaycan ərazisi Rusiya və Osmanlı imperiyaları arasında bölündü.  




Yüklə 282,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin