Mühazirə 11 Ə. Mirzəzadə Azərbaycan XVIII əsrin birinci yarısında


Yeni  çıxışlar.  Nadir  şahın  öldürülməsi



Yüklə 282,91 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix11.03.2022
ölçüsü282,91 Kb.
#53580
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
mt-is muhazire-11

Yeni  çıxışlar.  Nadir  şahın  öldürülməsi.  Şirvan  və  Şəkidə  baş  verən  üsyanlardan  sonra 

xalqın vəziyyəti daha da ağırlaşdı. Nadir şah yeni-yeni vergilər üçün fərmanlar verdi, keçən ildən 

qalmış  vergi  borclarının  ödənilməsini  tələb  etdi.  Üsyan  dalğası  yenidən  gücləndi.  1747-ci  ildə 

Ərdəbildə və Təbrizdə üsyan başladı.  

Təbriz  üsyanına  III  Sam  Mirzə  başçılıq  edirdi.  Üsyançılar  Novruz  bayramı  günü  şəhəri  ələ 

keçirdilər  və  şahın  adamlarını  qırdılar.  Onlar  İrəvana  hücum  etdilər,  müqavimətə  rast  gəlib 

Təbrizə qayıtdılar. Bu üsyan da məğlubiyyətlə başa çatdı, III Sam Mirzə qətlə yetirildi.   

Xalqların  azadlıq  mübarizəsi,  aramsız  müharibələr,  iqtisadi  vəziyyət,  iri  feodal  qrupları 

arasındakı  mübarizə  -  bütün  bunlar  Nadir  şahı  qəzəbləndirdi  və  o,  kütləvi  cəza  tədbirlərinə 

başladı.  Təqiblər  aparıcı  soyların  məşhur  nümayəndələrindən  də  yan  keçmədi.  Bunun  da 

nəticəsində sarayda sui-qəsd havası yetişirdi. 1747-ci ilin iyununda gecə Nadir şah öz çadırında 

qətlə  yetirildi.  Bir  çox  tarixçilərin  “Şərqin  Napoleonu”  adlandırdıqları  bu  böyük  şəxsiyyətin 

həyatı belə faciəli şəkildə başa çatdı. Onun yaratdığı və ərazisi 5,5 milyon kvadrat kilometr olan 

Azərbaycan Əfşarlar imperiyası süqut etdi, dövlətin ərazisində onlarla xırda dövlətlər – xanlıqlar 



meydana gəldi 

 

Yüklə 282,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin