Mühazirə 11 Ə. Mirzəzadə Azərbaycan XVIII əsrin birinci yarısında



Yüklə 282,91 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix11.03.2022
ölçüsü282,91 Kb.
#53580
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
mt-is muhazire-11

Nadir şahın dini islahatları. Nadir şahın apardığı dini siyasət Səfəvilər dövründən yayılan 

məzhəb  ixtilaflarına  son  qoyulmasına,  sünnülər,  şiələr  və  sair  məzhəb  tərəfdarlarının  vahid 

məqsədlər  ətrafında  birləşdirilməsinə  xidmət  edirdi.  Bu  məqsədlə  1743-cü  ilin  noyabr  ayında 

Nadir  şah  xanımı,  Şah  Sultan  Hüseynin  qızı  Raziyyəbəyim  ilə  Kərbəlaya  gəlmiş,  burada 

imamların  qəbirlərini  ziyarət  edib,  səcdəgahın  təmiri  üçün  20000  pul  ayırmışdı.  Bundan  sonra 

Nadir şah Nəcəfə gəlib burada bütün müqəddəs yerlərin din alimlərinin iştirakı ilə məclis təşkil 

etdi, sünnü və şiə təriqətləri arasında olan ixtilafların aradan qaldırılması üçün tapşırıqlar verdi. 

Məlumdur ki, dövrünün ən qüdrətli və möhtəşəm dövləti olan Osmanlı dövlətinin sultanı 1517-ci 

ildə  Misirin  fəthindən  etibarən,  həm  də  müsəlman  dünyasının  xəlifəsi  kimi  əmir  əl-mömin 

(möminlərin  əmiri) olmaqla ruhani  hakimiyyətini  də təmsil edirdi. Ona görə də Nadir şah dini 

tələblərlə bağlı məsələləri Osmanlı sultanı ilə bilavasitə razılaşdırmaq yolunu tutdu.   

Orta  əsrlər  müsəlman  idarəçilik  sisteminin  mahiyyətini  müəyyən  edən  Nadir  şah  islamla 

bağlı  mövcud  stereotipləri  məhv  etdi.  Özü müsəlman  ayin  və  ibadətlərini  ardıcıl  olaraq  yerinə 

yetirsə  də,  din  xadimlərinin  dövlət  işlərinə  müdaxiləsini  minimuma  endirdi  və  dünyəvi 

məzmunlu  qüdrətli  bir  imperiya  yarada  bildi.  Şiə  məzhəbinin  dövlətin  idarəçiliyində 

hegemonluğunu bir kənara qoyaraq, vahid məzhəbin bərqərar olması istiqamətində ən müxtəlif 

səviyyələrdə  tədbirlər  gördü.  Nadir  xəlifə  kimi  ruhani  hakimiyyətini  də  həyata  keçirən  türk 

sultanı Mahmud ilə yazışmalardan sonra VI İmam Cəfər Əs-Sadiqin adı ilə bağlı olan Cəfəriliyin 

rəsmi təriqət kimi qəbul edilməsinə cəhd etdi. Hənəfi, Şafii, Hənbəli və Maliki məzhəbləri kimi, 

dörd məşhur məzhəblə yanaşı, sünnülər Cəfəri məzhəbini də felən tanıdılar. Cəfərilər adı çəkilən 

sünnü məktəbinin davamçıları ilə bərabər, Kəbə ətrafında namaz üçün ayrıca yer (məqam və ya 

musalla) aldılar. Bütün bunlar Nadirin müstəsna fəaliyyətinin nəticəsi idi. Nadir şahın həm dini, 

həm  siyasi,  həm  də  hərbi  sahədə  apardığı  siyasət  məhz  Turan  və  İslam  aləmini  birləşdirmək 

olmuşdur.  1740-cı  ildə  Nadir  şah  Sultan  I  Mahmuda  (1730-1754)  belə  bir  müraciətlə  məktub 

göndərmişdi ki, əgər siz Cəfəri məzhəbini qəbul etsəniz, mən bütün məmləkətlərimi Osmanlıya 

qataram.  





Yüklə 282,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin