Mühazirə 11 Ə. Mirzəzadə Azərbaycan XVIII əsrin birinci yarısında


§ 4 Azərbaycan Nadir şah Əfşarın dövründə (1736-1747-ci illər)



Yüklə 282,91 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix11.03.2022
ölçüsü282,91 Kb.
#53580
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
mt-is muhazire-11

  

§ 4 Azərbaycan Nadir şah Əfşarın dövründə (1736-1747-ci illər)  


  

Əfşarlar  azərbaycanlıların  etnogenezinin  formalaşmasında  iştirak  etmiş  qədim  türk 

tayfasıdır. Əfşar boyu Oğuzların  24 boyundan biri və Qaşqarlı Mahmuda görə, Divanı  Lüğəti-

Türkdəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), 

Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir. Əfşarlar 

Orta  Asiyada,  Sır-Dərya  bölgəsində  yaşamışlar.  Böyük  köç  ilə  digər  Oğuz  tayfalarından 

ayrılaraq  Xuzistan,  Xorasan,  bir  qismi  isə  İraq,  Suriya  yolu  ilə  Qərbi  Azərbaycan  (indiki 

Ermənistan ərazisi) və Anadoluya gəlmişlər. İrana, İraq Suriyasına, Əfqanıstana da yayılmışlar. 

Əfşarlar,  Oğuzun  o  biri  nəvələri  Kınıklar  və  Qayılar  kimi  böyük  hökmdarlar  və  sülalələr 

yetişdirmişlər.  Əfşarlar  imperiyası  əfşar  tayfasının  tarixdə  yaratdığı  ən  möhtəşəm  dövlət 

olmuşdur.   

Əfşarlar  imperiyasının  bazasını  Azərbaycan  ərazisi  təşkil  etmişdir.  Nadir  şahın  inzibati 



islahatına görə, Şirvan, Qarabağ, Çuxur-Səd, Təbriz bəylərbəylikləri birləşdirilərək Azərbaycan 

bəylərbəyliyi  yaradıldı.  Azərbaycan  bəylərbəyliyinə  Dərbənddən  Həmədanadək  bütün  tarixi 

Azərbaycan torpaqları daxil idi. Azərbaycanın mərkəzi əvvəlcə Ərdəbil, daha sonra Təbriz şəhəri 

olmuşdur.  Nadir  1736-cı  ilin  fevral  ayında  şahlıq  tacını  da  məhz  Azərbaycanda  –  Muğanda, 

Suqovuşanda başına qoydu. Əlbəttə, bu təsadüfi deyildi və Nadirin milli kökünə ehtiramının bir 

göstəricisi  idi.  Nadir  şah  əslində,  İranı  və  onun  ətrafını  fəth  edərək  Azərbaycana  birləşdirmiş, 

Azərbaycan  dövlətini  bərpa  etmişdir.  Bu  ərazidə  Azərbaycan  türkləri  ilə  bir  yerdə  farslar, 

kürdlər,  ermənilər,  gürcülər,  ərəblər,  Qafqaz  xalqları  və  s.  yaşayırdılar,  ancaq  ölkədə  vahid 

hakimiyyəti əhalinin əksər çoxluğunu təşkil edən Azərbaycan türkləri idarə etmişdir. Azərbaycan 

bəylərbəyliyinin hakimi vəzifəsinə Nadir şah qardaşı İbrahim xanı təyin etdi.   

Nadir  şah  vergi  islahatı  keçirərək,  vergilərin  toplanılmasını  qaydaya  saldı  və  xəzinənin 

gəlirini  xeyli  artırdı.  Nadir  şahın  Azərbaycanda  vergi  siyasəti  nəticəsində  əhali  tamamilə  var-

yoxdan çıxdı, bir sıra bölgələrdə kütləvi aclıq başladı. Nadir şahın torpaq siyasətinin mahiyyəti 

ondan ibarət  idi ki,  o, ayrı-ayrı iri feodalların nüfuzunu sarsıdaraq, dövlət torpaqlarını daha da 

genişləndirdi.  Nadir  şahın  Cənubi  Qafqazdan  ən  mahir  sənətkarları  Xorasana  köçürməsi 

Azərbaycanda sənətkarlığa mənfi təsir etdi.   




Yüklə 282,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin